Rasim Əliyevin Üstü Açılmamış Qətli Jurnalist Rasim Əliyevin qətli ilə bağlı müstəqil araşdırma



Yüklə 310.94 Kb.
PDF просмотр
səhifə1/4
tarix18.04.2017
ölçüsü310.94 Kb.
  1   2   3   4

Rasim Əliyevin Üstü 

Açılmamış Qətli 

Jurnalist Rasim Əliyevin qətli ilə bağlı 

müstəqil araşdırma 

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ

Avqust, 2016  

 

www.irfs.org 



 



MÜNDƏRİCAT 

 

MİNNƏTDARLIQ.......………………………………………………………………………………………………………………………………..3 



RASİM ƏLİYEVİN XATİRƏSİNƏ.………………………………………………………………………………………………………………..4

 

İŞİN QISA TƏSVİRİ......…………………………………………………………………………………………………………………………….6 

HADİSƏNİN İŞTİRAKÇILARI.…………………………………………………………………………………………………………………...7 

GİRİŞ..............…………………………………………………………………………………………………………………………………………10 

JURNALİSTLƏRƏ QARŞI ZORAKILIĞIN CƏZASIZ QALMASI……………………………………………………………………12 

QƏTL..........……………………………………………………….…………………………………………………………………………………...14 

RASİM ƏLİYEVƏ 1 SAYLI  ŞƏHƏR KLİNİK XƏSTƏXANASINDA GÖSTƏRİLƏN YARDIM  VƏ MÜALİCƏ İLƏ 

BAĞLI MÜSTƏQİL ARAŞDIRMA………………………………………………………………………………………………………………..17 

REAKSİYALAR……………………………………………………………………………………………………………………………………………19 

HÜQUQ POZUNTULARI.......……………………………………………………………………………………………………………………..21 

MEYDANA ÇIXAN MƏSƏLƏLƏR, ŞƏRHLƏR VƏ TƏHLİLLƏR …………………………………………………………………….23 

NƏTİCƏ........…………………………………………………………………………………………………………………………………………...29 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 



MİNNƏTDARLIQ  

Bu  hesabat  Reportyorların  Azadlıq  və  Təhlükəsizlik  İnstitutunun  (RATİ)  nəşridir.  Hesabat  adlarının 

anonim qalmasını istəyən bir qrup müstəqil ekspertin müştərək səyinin nəticəsində ərsəyə gəlib.    

Hesabat  iki  hüquqşünas,  bir  informasiya  texnologiyaları  mütəxəssisi  və  üç  insan  hüquqları  və  media 

ekspertindən (yerli və beynəlxalq) ibarət olan ekspert qrupunun apardığı araşdırma və təhlil əsasında 

hazırlanıb.  Onların  2015-16-cı  illərdə  həyata  keçirdiyi  iş  aşağıdakı  səhifələrdə  təqdim  olunan 

məlumatların əsasını təşkil edir.   

Bu  hesabat  hazırlanarkən,  RATİ  digər  məsələlərlə  yanaşı  iş  materiallarını,  ekspert  rəylərini,  ittiham 

aktını,  məhkəmə  ifadələrini,  hadisə  yerindən  video  görüntüləri,  müsahibələri  və  mediada  gedən 

xəbərləri, eləcə də yerli və beynəlxalq qanunvericiliyi təhlil edib və onlara istinad edib.   

Ekspert  qrupu  hadisə  yerinə  baxış  keçirib,  Rasim  Əliyevin  ailəsindən,  məhkəmə  işini  aparan  iki 

vəkildən  və  yeddi  müstəqil  hüquqşünas  və  ekspertdən  müsahibə  alıb.  Bundan  başqa,  iki  müstəqil 

həkimin də rəyi öyrənilib.    

Hesabatda  həmçinin  RATİ-nin  ifadə,  toplaşma  və  birləşmə  azadlıqları  sahəsindəki  əvvəlki 

araşdırmasının bilgilərindən istifadə olunub.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



RASİM ƏLİYEVİN XATİRƏSİNƏ  

 

Jurnalist və hüquq müdafiəçisi Rasim Əliyev. 10 mart 2013-cü il, Foto: Fərqanə Novruzova © RATİ  

 

“O,  səssiz  qəhrəman,  hər  zaman  hazır  olan  insanlardan  biri  idi.  Bütün  bu  olaylar  RATİ-nin  başına 



gələndə, o, onlar üçün çalışmağa davam etdi. O, təvazökar, dürüst və olduqca cəsur idi” deyə Meydan 

TV-nin direktoru Emin Milli bildirib. 

 

Rasim  Əliyev  jurnalist,  hüquq  müdafiəçisi  və  Reportyorların  Azadlıq  və  Təhlükəsizlik  İnstitutunun 



(RATİ) sədri idi.  

Rasim  Əliyev  1984-cü  il  avqustun  16-da  anadan  olmuş  və  31  yaşının  tamam  olmasına  az  bir  vaxt 

qalmış  vəfat  etmişdir.  Öz  yaşlı  valideynləri  ilə  birlikdə  yaşayan  Rasim  Əliyev  ailə  qurmaq  üçün 

nişanlanmışdı  və  toy  etməyi  planlaşdırırdı.  Valideynləri  və  nişanlısından  başqa,  Rasim  Əliyevin  bir 

bacısı da var.  

Tez-tez  öz  video  reportajları  ilə  hüquq  pozuntularını  ifşa  edən  açıq  sözlü  reportyor  Rasim  Əliyev 

Azərbaycanın vətəndaş cəmiyyəti və media icması daxilində yaxşı tanınırdı və onun ölümü onu tanıyan 

və onunla uzun illər birlikdə çalışan insanlar üçün ağır zərbə oldu.   

Rasim  Əliyev  2006-ci  ildə  Azərbaycan  Dövlət  Neft  Akademiyasını  bitirib.  Universitetdə  ona  neft-qaz 

sektorunda yaxşı karyera qurmaq imkanı verə biləcək neft mühəndisliyi ixtisasına yiyələnsə də, Rasim 

qeyri-kommersiya sektorunda çalışmaq və ifadə azadlığının müdafiəsinə töhfə vermək qərarına gəlib. 

Beləliklə, o, 2006-ci ilin avqustunda Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna könüllü olaraq 



 

qoşulub və qısa bir müddətdə RATİ-nin İdarə Heyətinin üzvünə çevrilib (2008-ci ildən 2014-cü ilədək). 



Rasim  Əliyev  RATİ-də  fəaliyyət  göstərdiyi  dövrdə  məhkəmə  müşahidəçisi,  media  kontentinin 

monitorinqi  və  təhlili  üzrə  ekspert,  RATİ-nin  Obyektiv  TV  layihəsində  jurnalist  və  daha  sonra  isə 

redaktor vəzifəsində çalışıb.   

 Bu  əməli  törədən  şəxslər  az  qala  heç  vaxt  etdiyinin  nəticəsini  görməyəcək.  Lakin  cəzasızlıq 

məsələlərinin mediada geniş işıqlandırılması bunu dəyişdirməyə kömək edə bilər və Rasim də RATİ-nin 

Azərbaycanda cəzasızlıqla mübarizə cəhdlərinin bir hissəsi idi. 2012-14-cü illərdə, Rasim Əliyev RATİ-

nin jurnalistlərə və KİV əməkdaşlarına qarşı qətl və hücumların alternativ araşdırmasını həyata keçirən 

tədqiqat qrupunun üzvü olub.  

RATİ  ilə  əməkdaşlığı  dövründə  Rasim  bir  çox  yüksək  profilli  məhkəmələri,  o  cümlədən  belarusiyalı 

hüquq  müdafiəçisi  Ales  Bialiatskinin  və  Azərbaycanlı  bloggerlər  Emin  Milli  və  Adnan  Hacızadənin 

məhkəmələrini müşahidə edib. 

2013-cü il prezident seçkiləri zamanı Rasim seçicinin qorxudulması, bir dəfədən çox səs vermə, topa 

bülleten  atma  və  digər  ciddi  pozuntuları  qeydə  almaq  üçün  Azərbaycan  boyunca  bir  səsvermə 

məntəqəsindən digərinə gedib.  

2014-cü il oktyabrın 13-də Rasim Əliyev RATİ-nin Ümumi Yığıncağının qərarı ilə RATİ-nin sədri seçilib 

və bu vəzifədə əvvəlki sədr Emin Hüseynovu əvəzləyib.  

RATİ-nin  2006-cı  ildə  təsis  olunmasından  bəri,  onun  əməkdaşları  və  müqaviləçiləri  böyük  təzyiqlərə 

məruz  qalıblar.  2014-cü  ilin  avqustunda  təşkilatın  qanunsuz  olaraq  bağlanması  və  təşkilatın  təsisçisi 

Emin  Hüseynovun  təqibə  məruz  qalması  bu  təzyiqlərin  kulminasiya  nöqtəsi  olub.  Rasim  Əliyev  qarşı 

2015-ci ilin 8 avqustunda baş vermiş hücum hakimiyyətin RATİ-nin ofisinə reydi, RATİ və onun tele-

layihəsi olan Obyektiv TV-nin ofislərinin bağlanması və fəaliyyətini dayandırmağa məcbur olmasından 

bir il sonraya təsadüf edir.  

Eyni gündə, yəni 2014-cü il avqustun 8-də, RATİ direktoru Emin Hüseynov gizlənmək məcburiyyətində 

qalmış və az müddət sonra İsveçrənin Bakıdakı səfirliyində ona sığınacaq verilmişdi. Hüseynov orada 

10  ay  qaldıqdan  sonra  ona  ölkədən  çıxmağa  icazə  verildi,  lakin  eyni  zamanda  o,  Azərbaycan 

vətəndaşlığından da məhrum edildi.  

Hüquq  mühafizə  orqanları  2014-cü  ilin  avqustunda  RATİ-nin  ofisinə  reyd  edərkən  Emin  Hüseynovu 

oranın yaxınlığından müvəqqəti təhlükəsiz bir yerə öz avtomobili ilə aparan Rasim Əliyev olub.  

2014-cü  ilin  oktyabrında  Rasim  Əliyev  RATİ  sədri  seçilərək  Hüseynovu  bu  vəzifədə  əvəzlədi.  Bu 

seçkinin  protokolu  Azərbaycanın  Ədliyyə  Nazirliyinə  göndərildi.  Təşkilatın  ən  ağır  dönəmində, 

hakimiyyətin  şiddətli  təzyiqi  nəticəsində  faktiki  olaraq  iflic  duruma  düşdüyü  bir  vaxtda  RATİ-yə 

rəhbərliyi Rasim Əliyev öz üzərinə götürdü.  

Ölümündən öncəki üç həftə ərzində Rasim Əliyev ona sosial şəbəkədə davamlı olaraq təhdid və hədə-

qorxular gəldiyini bildirirdi.  

Rasim  Əliyev  fəaliyyət  göstərdiyi  müddət  ərzində  dəfələrlə  polis  və  xüsusi  xidmət  işçilərinin  fiziki 

təzyiqinə  və  mənəvi basqılarına  məruz  qalsa  da  insan  hüquqlarının  müdafiəsindən    kənara  çəkilmədi 

və həyatının son anına qədər ifadə azadlığının müdafiəsində durdu.   

 

 



 

 

 

 



İŞİN QISA TƏSVİRİ  

 

Rasim Əliyev 2015-ci il avqustun 8-də amansızcasına döyülərək bir gün sonra, avqustun 9-da Bakıdakı 



xəstəxanalardan birində dünyasını dəyişib. Bakıda fəaliyyət göstərən 30 yaşlı reportyor Rasim Əliyev 

azərbaycanlı futbolçu Cavid Hüseynovu xarici jurnalistə qarşı pis rəftarına görə tənqid etdikdən sonra 

ona  özünü  futbolçunun  qohumları  kimi  təqdim  edən  şəxslərdən  telefon  zəngləri  gəlib.  Nəhayət,  o, 

Bakının  gediş-gəlişli  və  məskunlaşmış  bir  ərazisində  təhlükəsiz  kimi  görünən  bir  yerdə  görüşməyə 

razılıq verib, lakin, elə həmin yerdə bir qrup şəxs tərəfindən amansızcasına döyülüb.  

İlk anda xəsarətlər ağır görünmürdü. Hücumdan bir neçə saat sonra, Rasim Əliyev Bakı Şəhər Klinik 

Xəstəxanasındakı  çarpayısında  aydın  və  acıqlı  bir  səslə  danışırdı.  Lakin  sonradan  onun  vəziyyəti 

qəflətən pisləşdi və o, cəmi bir neçə saat sonra elə həmin xəstəxanada da vəfat etdi.  

Azərbaycan məhkəməsi jurnalistin döyülməsində iştirak etmiş beş şəxsə uzun müddətli həbs cəzaları 

versə də, bu hesabatdan da göründüyü kimi, bu iş hələ tam həllini tapmayıb.  

Əliyevin  qətli  Azərbaycanda  media  ictimaiyyəti  arasında  onsuz  da  geniş  yayılmış  qorxu  atmosferini 

daha da gücləndirməyə xidmət edir. Futbolçunu tənqid etməzdən əvvəl, Əliyev öz Facebook səhifəsinə 

polis  zorakılığını  ifşa  edən  silsilə  fotoşəkillər  yerləşdirdikdən  sonra  ona  təhdidlərin  gəldiyi  barədə 

məlumat  vermişdi.  Əliyev  uzun  illər  RATİ-də  fəaliyyət  göstərmişdi.  Hakim  rejimin  təşkilatın  bank 

hesablarını dondurmasından və onun sədri və direktoru olan, sonradan İsveçrə səfirliyindən sığınacaq 

alan  və  daha  sonra  xaricə  mühacirət  etməyə  məcbur  olan  Emin  Hüseynovu  təqib  etməsindən  sonra 

Rasim təşkilatın sədri oldu. Hüquq mühafizə orqanları RATİ-nin ofisində reyd edərkən Emin Hüseynovu 

öz avtomobili ilə oranın yaxınlığından müvəqqəti təhlükəsiz bir yerə aparmış şəxs RATİ-nin ən güvənli 

və sadiq əməkdaşların biri olan Rasim Əliyev idi.  

Elə  Rasim  Əliyevə  qarşı  hücum  da  hakimiyyətin  RATİ-nin  Bakıdakı  ofisinə  reyd  etməsi  və  onu 

bağlamasının bir ilinin tamamında baş verdi. 

İnternetə  yüklədiyi  polis  zorakılığı,  sosial  narazılıq,  məsələn  "İstefa"  sözü  yazılmış  baner  daşıyan 

etirazçıların  şəkilləri  ilə  əlaqədar  ona  təhdid  mesajları  gəlirdi.  Rasim  Əliyev  ona  "bu  fotolara  görə 

cəzalanacaqsan"  mətnində  təhdidin  gəldiyini  bildirirdi.  O,  2015-ci  il  iyulun  25-də  bu  təhdidi 

ictimailəşdirdi  və  bununla  bağlı  polisə  şikayət  etdi,  lakin  polis  Rasim  Əliyevi  qorumaq  üçün  heç  bir 

addım atmadı. 

RATİ-nin araşdırması ilə müəyyən olunub ki, 1 saylı Şəhər Klinik Xəstəxanasının tibbi personalı Rasim 

Əliyevə  lazımi  tibbi  yardımı  göstərməyib.  Bundan  başqa,  Rasim  Əliyevin  ailəsi  məhkəmənin  onun 

xəstəxanada hansı şəraitdə ölməsini araşdırmamasından məyusluqlarını ifadə edərək Rasimin ölümünə 

görə  cavabdeh  olan  hər  kəsin  məsuliyyətə  cəlb  olunması  üçün  səylərini  davam  etdirəcəklərini  əhd 

ediblər.  

 

 

 

 

 

 


 



 



HADİSƏNİN İŞTİRAKÇILARI  

 

Cavid  Hüseynov,  futbolçu,  Azərbaycan  millisinin  və 

Qəbələ Futbol Klubunun (FK) hücumçusu.   

Rolu:  Cinayətə  yardımçı:  təşviq  etmə  və  gizli 

saxlama  yolu  ilə  cinayət  əməlinin  törədilməsinə 

köməklik  göstərib.  Dörd  il  həbs  cəzasına  məhkum 

olunub.  

2015-ci il avqustun 7-də jurnalist Rasim Əliyev Facebook-

səhifəsində bildirib ki, Qəbələ FK-nın 28 yaşlı hücumçusu 

Cavid  Hüseynov  kiprli  jurnalistə  kobud  jest  göstərdiyi 

üçün  futboldan  uzaqlaşdırılmalıdır.  Bundan  sonra,  Rasim 

futbolçunun  qohum  və  dostları  olduqlarını  iddia  edən  və 

onu  aldadıb  görüşə  çağıran  bir  qrup  şəxs  tərəfindən 

döyülüb. Rasim daha sonra Bakıdakı xəstəxanalardan birində dünyasını dəyişib.  

Cavid  Hüseynov  2015-ci  il  avqustun  11-də  həbs  olunub.  İstintaq  müəyyən  edib  ki,  Cavid  Hüseynov 

bibisi oğlu Elşən İsmayılovun hücumu planlaşdırdığını bildiyi halda hadisənin baş verməsinin qarşısını 

alacaq hər hansı addım atmayıb.  

Səbail Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli hökmü ilə Cavid Hüseynov Cinayət Məcəlləsinin 

307.1  (ağır  cinayətin  hazırlanmasını  və  ya  törədilməsini  bilərək  həmin  cinayət  barəsində  xəbər 

verməmə)  və  307.2-ci  (qabaqcadan  vəd  etmədən  ağır  cinayəti  gizlətmə)  maddələrinə  əsasən  4  il 

müddətinə azadlıqdan məhrum edilib.  

Əsas cinayətkarlar: Cinayət əməlinin həyata keçirilməsinə görə məsuliyyət daşıyan şəxslər  

Elşən İsmayılov 

Rolu: Cinayəti törədən, 13 il müddətinə azadlıqdan məhrum olunub.  

Elşən  İsmayılov,  İdman  Akademiyаsının  Futbol  fakültəsinin  22  yaşlı 

məzunu. Bir neçə ildir peşəkar futbolla məşğul olur. İsmayılov Qəbələ FK-nın 

hücumçusu Cavid Hüseynovun bibisi oğludur.   

O, 2015-ci il avqustun 9-da Rasim Əliyevi döymək ittihamı ilə həbs olunub. 

İstintaq  müəyyən  edib  ki,  İsmayılov  "qabaqcadan  əlbir  olan  dəstə  təşkil 

edərək  Rasim  Əliyevin  səhhətinə  xüsusi  amansızlıqla,  ehtiyatsızlıqdan 

sonuncunun  ölümü  ilə  nəticələnən  ağır  xəsarət  yetirib."  Elşən  İsmayılov 

Cinayət  Məcəlləsinin  126.3-cü  (qəsdən  bədənə  ağır  xəsarət  yetirmə  ölümə 

səbəb olduqda) maddəsilə və hadisə yerindən Rasim Əliyevin pul kisəsini də 

götürdüyünə görə əlavə olaraq, CM-nin 177-ci (oğurluq) maddəsi ilə ittiham 

edilib.  

Məhkəmə prosesi zamanı etdiyi əməldən peşman olmadığını və Rasim Əliyevi "düz edib öldürdüyünü" 

qeyd  edib.  İstintaqa  verdiyi  ifadəsində  törətdiyi  cinayəti  etiraf  edib.  Məhkəmə  zamanı  Rasim  Əliyevi 

döyməkdə təqsirli olduğunu boynuna alıb.  

Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2016-cı il tarixli hökmünə əsasən oğurluq və ölümə səbəb 

olan qəsdən ağır bədən xəsarəti yetirmə ittihamları ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.   

 


 

 



Camal Məmmədov 

Rolu: Cinayəti törədən, 11 il müddətinə azadlıqdan məhrum olunub.  

Qaradağ-Lökbatan  FK-nın  21  yaşlı  futbolçusu  Camal  Məmmədov  Elşən  İsmayılovun  dostu  olub.  O, 

2015-ci  il  avqustun  9-da  cinayətkar  dəstənin  üzvü  olaraq  həbs  olunub.  Məmmədov  məhkəmədə 

verdiyi ifadədə özünü təqsirli bilərək etdiyi əməldən peşman olduğunu bildirib. O, Bakı Ağır Cinayətlər 

Məhkəməsinin  01  aprel  2016-cı  il  tarixli  hökmünə  əsasən  Cinayət  Məcəlləsinin  126.3-cü  (qəsdən 

bədənə  ağır  xəsarət  yetirmə  ölümə  səbəb  olduqda)  maddəsilə  təqsirli  bilinərək  11  il  müddətinə 

azadlıqdan məhrum edilib. 

Arif Əliyev 

Rolu: Cinayəti törədən, 12 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.  

20  yaşlı  Arif  Əliyev  2015-ci  il  avqustun  9-da  Rasim  Əliyevin  amansızcasına  döyülməsində  iştirakına 

görə həbs olunub. O, Elşən İsmayılovun dostu olub. O, ifadəsində bildirib ki, Elşənin istəyi üzrə Rasim 

Əliyevlə görüş yerinə gedib və Rasimin döyülməsində iştirak edib. İstintaq orqanı Arif Əliyevə ittiham 

elan  edib.  Əliyev  Bakı  Ağır  Cinayətlər  Məhkəməsinin  01  aprel  2016-cı  il  tarixli  hökmü  ilə  Cinayət 

Məcəlləsinin 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə ölümə səbəb olduqda) və 177-ci (oğurluq) 

maddələri üzrə  təqsirli bilinərək 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.  

Samir Mustafayev  

Rolu: Cinayəti törədən, 9 il müddətinə azadlıqdan məhrum olunub. 

26  yaşlı  Samir  Mustafayev  2015-ci  il  avqustun  9-da  Rasim  Əliyevin  döyülməsi  cinayətini  törətmiş 

qrupun bir üzvü kimi həbs olunub. O, Elşən İsmayılovun qohumlarından birinin dostu olub. O, hadisə 

yerinə  Elşən  İsmayılovun  qohumu  Pərviz  Qabulzadənin  xahişi  üzrə  gəlib.  İstintaq  orqanı  Samir 

Mustafayevə  Cinayət  Məcəlləsinin  126.3-cü  (qəsdən  bədənə  ağır  xəsarət  yetirmə  ölümə  səbəb 

olduqda) maddəsi ilə ittiham irəli sürüb. Mustafayev Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2016-

cı il tarixli hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.   

Kənan Mədətov, Elşən İsmayılovun dostu, 21 yaşı var 

Rolu: Cinayəti törədən, 9 il müddətinə azadlıqdan məhrum olunub.  

21  yaşlı  Kənan  Mədətov  Elşən  İsmayılovun  dostu  olub.  Mədətov  2015-ci  il  avqustun  9-da  Rasim 

Əliyevin  döyülməsində  Elşənə  qoşulduğuna  görə  həbs  olunub.  İstintaq  müəyyən  edib  ki,  dəstənin 

Rasim  Əliyevlə  görüş  yerinə  çatdırılmasında  Kənan  Mədətovun  avtomobilindən  istifadə  olunub. 

Mədətov da Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə ölümə səbəb olduqda) 

maddəsi  ilə  ittiham    edilib.  O,  istintaq  zamanı  əməlini  etiraf  etsə  də,  məhkəmədə  günahı  olmadığını 

bildirib. Mədətov Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2016-cı il tarixli hökmü ilə 9 il müddətinə 

azadlıqdan məhrum edilib.  



 

Tibbi personal

  

RATİ-nin apardığı araşdırma müəyyən edib ki, 1 saylı Şəhər Klinik Xəstəxanasının tibbi personalı Rasim 



Əliyevə  lazımi  tibbi  yardımı  göstərməyib.  Bundan  başqa,  Rasim  Əliyevin  ailəsi  məhkəmənin  onun 

xəstəxanada hansı şəraitdə ölməsini araşdırmamasından məyusluqlarını ifadə edərək Rasimin ölümünə 

görə  cavabdeh  olan  hər  kəsin  məsuliyyətə  cəlb  olunması  üçün  səylərini  davam  etdirəcəklərini  əhd 

ediblər.  



 

 

 



Həkim Saday Əliyev, cərrah, reanimasiya, 1 saylı Şəhər Klinik Xəstəxanası  

Həkim Saday Əliyev Azərbaycan Tibb Universitetinin Cərrahiyyə kafedrasının professorudur və 1 saylı 

Şəhər  Klinik  Xəstəxanasında  cərrahiyyə  əməliyyatları  həyata  keçirir.  O,  öz  ifadəsində  Rasim  Əliyevi 

əməliyyat  etdiyini  bildirib.  Rasim  Əliyevin  ölümündən  sonra  mediaya  verdiyi  ilk  müsahibədə  Rasim 

Əliyevi  8  avqust  2015-ci  il  tarixində  saat  20.05-də əməliyyat  etdiyini  bildirmişdi.  Lakin,  qeyd  olunan 

vaxtda  Rasim  Əliyevin  yanında  dostları  olub  və  o,  mediaya  müsahibə  verib  (məs.  Meydan  TV  ilə 

müsahibə saat 21.00 radələrində olub). Müsahibə zamanı Rasim bildirib ki, o yalnız müayinə olunub və 

heç  bir  əməliyyat  edilməyib.  Müsahibə  alınarkən  o,  adi  palatada  idi  və  sadəcə  qoluna  sistem 

qoşulmuşdu. Müstəntiqlər tərəfindən dindirilmə zamanı Saday Əliyev bildirib ki, əməliyyat vaxtında və 

peşəkarcasına icra olunub. O deyib ki, Rasimə bütün lazımi tibbi yardım göstərilib.  

Həkim Babək Zeynalov,  cərrah,  Cərrahiyyə Şöbəsi, 1 saylı Şəhər Klinik Xəstəxanası  

Həkim Zeynalov 1 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə Şöbəsində əməliyyatlar həyata keçirir 

və həmçinin Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Kafedrasının dosentidir. Rasim Əliyevi 1 saylı 

Şəhər Klinik Xəstəxanasına daxil olarkən qəbul edən həkim olub. O, istintaq orqanındakı ifadəsində də 

təsdiq edib ki, Rasimi xəstəxanaya məhz o qəbul edib. Həmin vaxt orada olan tibbi personalın qalan 

hissəsi də bunu təsdiqləyiblər.   

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

10 


GİRİŞ  

Bu hesabat Azərbaycanda ifadə azadlığının təşviqi ilə məşğul olan müstəqil qeyri-kommersiya təşkilatı 

Reportyorların  Azadlıq  və  Təhlükəsizlik  İnstitutunun  (RATİ)  nəşridir.  RATİ  2006-cı  ildə  Beynəlxalq 

Mətbuat  Azadlığı  Günündə  iki  azərbaycanlı  jurnalist  tərəfindən  hökumətin  ifadə  və  media  azadlığını 

getdikcə daha çox məhdudlaşdırmasına cavab olaraq yaradılıb.  

Təşkilatın hesabatları Azərbaycanda ifadə azadlığı ilə bağlı məsələlərin Birləşmiş Ştatlarda və Avropada 

müvafiq qurumların və rəsmilərin diqqətinə çatdırılmasında böyük əhəmiyyətə malik olub. RATİ 2007-

ci ilin oktyabr ayından Beynəlxalq Söz Azadlığı Mübadiləsi təşkilatının (IFEX), 2012-ci ilin noyabrından 

isə Qlobal Şəbəkə Təşəbbüsü təşkilatının üzvüdür.  

RATİ-nin geniş ifadə azadlığı yanaşması və onun mətbuat azadlığına qarşı ən hiddət doğuran əməllərə 

belə cəld reaksiya verməsi RATİ-nin Azərbaycandakı fəaliyyətinin əsasını təşkil edir. Həmkarımız Rasim 

Əliyevə  həsr olunmuş  bu  hesabat  eyni  zamanda  RATİ-nin  Azərbaycanda  ifadə  azadlığını  qorumaq  və 

təşviq etməklə bağlı ümumi səylərinin bir hissəsidir.  

RATİ-nin  2006-cı  ildə  təsis  olunmasından  bəri,  onun  əməkdaşları  və  müqaviləçiləri  böyük  təzyiqlərə 

məruz  qalıblar.  2014-cü  ilin  avqustunda  təşkilatın  qanunsuz  olaraq  bağlanması  və  təşkilatın  təsisçisi 

Emin  Hüseynovun  təqibə  məruz  qalması  bu  təzyiqlərin  kulminasiya  nöqtəsi  olub.  Rasim  Əliyev  qarşı 

2015-ci ilin 8 avqustunda baş vermiş hücum hakimiyyətin RATİ-nin ofisinə reydi, RATİ və onun tele-

layihəsi olan Obyektiv TV-nin ofislərinin bağlanması və fəaliyyətini dayandırmağa məcbur olmasından 

bir il sonraya təsadüf edir.  

Eyni gündə, yəni 2014-cü il avqustun 8-də, RATİ direktoru Emin Hüseynov gizlənmək məcburiyyətində 

qalmış və az müddət sonra İsveçrənin Bakıdakı səfirliyində ona sığınacaq verilmişdi. Hüseynov orada 

10  ay  qaldıqdan  sonra  ona  ölkədən  çıxmağa  icazə  verildi,  lakin  eyni  zamanda  o,  Azərbaycan 

vətəndaşlığından da məhrum edildi.   

Jurnalist Rasim Əliyev qəddarcasına qətlə yetirilməsi Azərbaycanda jurnalistlər və KİV əməkdaşlarının 

məruz  qaldığı  təhdid  və  təhlükələrin  kəskinliyini  nümayiş  etdirdi.  Təəssüf  ki,  bu  qətl  Azərbaycanda 

jurnalistlərə qarşı zorakılığın tarixində aysberqin yalnız görünən hissəsidir. RATİ-də olan məlumatlara 

görə, Azərbaycanda son 13 ildə 300-dən çox jurnalist və media işçisi hədəfə alınıb. 

 

Jurnalisti  öldürməklə  susdurmaq  senzuranın  ən  son  həddidir:  prezident  İlham  Əliyevin  2003-cü  ildə 



hakimiyyətə  gəlişindən  bəri  Azərbaycanda  beş  jurnalist  və  media  işçisi  öldürülüb.  Hədə-qorxu  və 

təzyiqdən  tutmuş  məhdudlaşdırıcı  siyasət  və  qanunsuz  həbsə  qədər,  o  cümlədən  xanım  jurnalistlərə 

qarşı hücumlar kimi əlavə təhlükələr vəziyyəti daha da ağırlaşdırır. Jurnalistlərə qarşı hücumların hər 

onundan  doqquzunun  üstünün  açılmaması  eyni  dərəcədə  narahatlıq  doğurur.  Son  nəticə  isə  sonu 

görünməyən cəzasızlıq və ifadə azadlığına çəkindirici təsirdir. Azərbaycan cəmiyyəti qorxu və özünü-

senzura mühitində yaşayır.  

2014-cü  ildə  Azərbaycan  hakimiyyəti  müstəqil  QHT-ləri  sıradan  çıxarmaq  və  hüquq  müdafiəçilərini 

susdurmaq  üçün  amansız  repressiya  dalğasına  start  verdi.  Bunun  ilk  mərhələsi  kimi  2014-cü  ilin 

aprelində  Baş  Prokurorluğun  Ağır  Cinayətlər  Üzrə  İstintaq  İdarəsində  yerli  və  beynəlxalq  QHT-lərin 

fəaliyyəti ilə bağlı cinayət işi açıldı. Bu cinayət işi çərçivəsində ilk olaraq 2014-cü ilin iyulunda müstəqil 

QHT-lərin  və  hüquq  müdafiəçilərinin,  o  cümlədən  RATİ-nin  və  RATİ  sədrinin,  bank  hesablarına  həbs 

qoyuldu.  Daha  sonra  hökumət  saxta  ittihamla  2014-cü  ilin  30 iyul  tarixində  hüquq  müdafiəçisi  Leyla 

Yunusu,  2  avqust    tarixində  hüquq  müdafiəçisi  Rəsul  Cəfərovu,  8  avqust    tarixində  isə  hüquq 

müdafiəçisi  İntiqam  Əliyevi  həbs  etdi.  8  avqust  2014-cü  il  tarixində  prokurorluq  RATİ-nin  ofisində 

qanunsuz axtarış aparmış və təşkilatın rəhbəri  hüquq müdafiəçisi Emin Hüseynovun məcburi istintaq 

orqanına aparılması barədə qərar olduğunu bildirmişdi.  

RATİ  insan  hüquqlarının  müdafiəsi  ilə  məşğul  olan  təşkilat  olaraq  prezident  İlham  Əliyevi  və  onun 

rejimini  sərt  tənqid  etmişdir.  Eyni  zamanda,  RATİ  fəaliyyət  göstərdiyi  illər  ərzində  bütün  müvafiq 

qanun  və  prosedurlara  tam  şəkildə  əməl  edib.  Birinci  cümlədə  göstərilən  səbəbdən  RATİ  sədri  Emin 

Hüseynov  hakimiyyət  üçün  aşkar  hədəf  idi.  Hər  an  baş  verə  biləcək  saxta  ittihamlara  əsaslanan 

həbsdən  yayınmaq  üçün  Hüseynov  gizlənmək  məcburiyyətində  qaldı.  Hüquq  mühafizə  orqanlarının  

qanunsuz  və  əsassız  təqibindən  xilas  olmasında  Hüseynova  yardım  edən  şəxslərdən  biri  də  Rasim 



 

11 


Əliyev  olmuşdu.  Emin  Hüseynov  bu  barədə  vətəndaşlığı  əlindən  alındıqdan  və  Azərbaycanı  tərk 

etdikdən sonra 4 may 2016-cı il tarixində Əvəz Zeynalının “Qaynar qazan” verilişində danışıb.

1

  

RATİ-nin apardığı araşdırmaya əsasən qeyd etmək olar ki, Rasim Əliyevin ölümünün rəsmi istintaqı bir 



çox suallar doğurur. Təşkilat hesab edir ki, hüquq mühafizə orqanları obyektiv araşdırma aparmayıblar 

və  yalnız  yüksək  çinli  məmurların  sifarişi  əsasında  ittiham  hazırlayıblar.  Məhkəmə  proseslərinin  RATİ 

tərəfindən ardıcıl müşahidəsi bir sıra prosessual pozuntulara yol verildiyini üzə çıxarıb.  

  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə