ifadəsində göstərmişdir ki, 08 avqust 2015-ci ildə saat 17:30-da xəstə Rasim Əliyevi travmatoloq
Vüqar həkimin (red: soyadı məlum deyil) göndərişi ilə USM-si etmiş və müayinə nəticəsində müəyyən
edilmişdir ki, Rasim Əliyevin qarın boşluğunda sərbəst maye yoxdur, parenximatoz (qara ciyər, dalaq,
böyrəklər, mədəaltı vəz) orqanlarda hematoma yoxdur.
İş üzrə şahid qismində dindirilmiş Azərbaycan Tibb Universitetinin Cərrahiyə kafedrasının professoru
həkim Saday Əliyev istintaqa verdiyi ifadəsində deyir: 8 avqust 2015-ci il tarixdə 1 saylı Şəhər
Klinik Xəstəxanasında növbətçi həkim cərrah olmuş, ondan başqa məsul növbətçi cərrah dosent həkim
Babək Zeynalov, digər növbətçi cərrah həkim Əli İsmayılov da həmin sutka növbədə olmuşlar.
2015-ci ilin avqust ayının 8-dən 9-na keçən gecə saat 00:30 radələrində həkim Babək Zeynalov xəstə
Rasim Əliyevin vəziyyətinin pisləşdiyini, qarın boşluğunda maye aşkar edildiyini və xəstənin təcili
21
http://mia.gov.az/index.php?/en/content/193/
22
163.1. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi
ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə –
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
163.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə
və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
25
əməliyyata götürülməli olmasını bildirmişdir. Dərhal tərəfindən əməliyyat icra edilmiş, əməliyyatda
cərrahlar Əli İsmayılov və Babək Zeynalov, anestezioloq Fətəli Fətəliyev, adını xatırlamadığı tibb bacısı
da iştirak etmişdir. Əməliyyat 1 saat 35 dəqiqə davam etməklə təxminən saat 02:00 radələrində başa
çatmışdır.
Əməliyyat zamanı qarın boşluğu açılarkən müəyyən edilmişdir ki, orada 1,5 litrdən çox qan və qan
laxtaları vardır. Qanın təxminən 1,2 litri reinfuziya (təkrarən xəstəyə köçürmə) olunmuşdur. Təftiş
zamanı dalağın mərkəzindən qapısına doğru gedən geniş partlaması, mədəaltı vəzinin quyruğunun
partlaması və mədə-mədəaltı vəzi bağının hemorrogik inbibisiya (qanla hopma) aşkar edilmişdir.
Splenektomiya (dalaq çıxarılması) icra edilmiş, mədəaltı vəzin quyruq hissəsinin zədə deffekti tikilmiş
və qanaxma tam dayandırılmışdır. Təftiş davam etdirilmiş və digər daxili orqanların zədələnməsi aşkar
edilməmişdir. Qarın boşluğu yuyulub qurudulmuş, sağdan, soldan və çanaqdan cəmi üç drenaj
qoyulmaqla əməliyyat yekunlaşdırılmışdır. Əməliyyat boyu xəstənin hemodinamik göstəricilərinin
nisbətən bərpa olunmasına baxmayaraq (A/T 120-80, nəbz 120) xəstənin saturasiyası düşməyə meyilli
olduğundan (60-35 arası) xəstəyə əlavə 300 ml donor eritrosit kütləsi, 200 ml plazma və digər qan
əvəzedici məhlullar köçürülmüşdür. Lakin saturasiya bərpa olunmamışdır. Bu vəziyyət ağ ciyərlərin
zədələnməsi ilə əlaqədar xəstədə respirator hipoksiyasının olması barədə şübhələnməyə əsas
verdiyindən (travmanı nəzərə alaraq) hər iki tərəfdən torakosentez (plevra boşluğunun drenajlanması)
icra edilmişdir. Bu vaxt sol plevra boşluğundan təxminən 120-150 ml qan xaric olunmuş və tez bir
zamanda kəsilmişdir. Sağ plevra boşluğundan isə yalnız hava qabarcıqları xaric olunmuşdur. Havanın
xaric olunması fasilələrlə davam etmiş və sonra kəsilmişdir. Xəstə əməliyyatdan sonra ağır vəziyyətdə
süni tənəffüs aparatına birləşdirilmiş halda Reanimasiya şöbəsinə yerləşdirilmişdir. Bütün gecə boyu
xəstəyə intensiv reanimasiyon tədbirlər kompleksi aparılsa da proqressiv inkişaf edən kəskin tənəffüs
və ürək damar çatmamazılığı nəticəsində 09 avqust 2015-ci ildə saat 05:20-də xəstə Əliyev Rasim
Məmmədəli oğlunda bioloji ölüm baş vermişdir.
Həkim Babək Zeynalov ifadəsində bildirib: 08 avqust 2015-ci il tarixdə saat 17:15 radələrində KTM-
in qəbul şöbəsinə TTY (təcili tibbi yardım) stansiyasının avtomaşını ilə həkim briqadası tərəfindən
Əliyev Rasim Məmmədəli oğlu “başın, döş qəfəsinin, kürəyin və qarnın küt travması” diaqnozu ilə
gətirilmişdir. Həmin xəstə ilk olaraq mənim tərəfimdən qəbul olunmuş, döş qəfəsinin, başın və üzün
rengtenoloji müayinəsi, qarın boşluğunun USM edilmiş və laborator analizlər götürülmüşdür. Müayinə
nəticəsində döş qəfəsinin sağ hissəsində 8, 9-cu qabırğaların yerini dəyişməyən qapalı sınığı və
sinusda az miqdarda maye izlənmişdir. Qarın boşluğunun USM-də və kəllənin rentgen müayinəsi
nəticəsində xəstədə patologiya aşkar edilməmişdir. Bundan sonra xəstə dinamik müşahidə məqsədilə
stasionara qəbul olunmuş və nəzarətdə saxlanılmışdır. Həmin müddətdə huşu tam aydın, aktiv olmuş,
sərbəst olaraq danışmışdır. Xəstə Rasim Əliyev daxil olan zaman özünü yaxşı hiss etmiş, sadəcə
başının, döş qəfəsinin və sol qulağının ağrılarından şikayət etmişdir. Nəzərə almaq lazımdır ki, alınmış
travma ilə əlaqədar xəstəyə TTY həkimi tərəfindən müvafiq ağrıkəsicilər vurulmuşdur. Xəstə Rasim
Əliyev bütün zəruri müayinələrdən keçirildikdən sonra Cərrahiyə şöbəsinin palatasına yerləşdirilmiş və
sistem qoşulmuşdur. Tərəfindən mütəmadi olaraq xəstəyə baxış keçirilmiş, xəstədə daxili qanaxmaya
əsaslı şübhələr olmamış və dinamik müşahidə davam etdirilmişdir. Saat 00:20 radələrində xəstə Rasim
Əliyevin vəziyyəti qəflətən pisləşmiş, qarında yayılmış ağrılar başlamış, baş gicəllənmə ümumi zəiflik
qeyd olunmuş, A/T 80/50 mm c/s-na düşmüş, bədəni soyuq tərlə örtülmüşdür. Həmin əlamətlərə
əsasən xəstədə dalağın partlaması ilə əlaqədar daxili qanaxmaya şübhə yaranmış və USM nəticəsində
həmin şübhə təsdiq edilmişdir. Buna görə də xəstə R.Əliyevin üzərində təxirəsalınmaz əməliyyat icra
edilmişdir.
1 saylı Şəhər Klinik Xəstəxanasında Şüa və diaqnostika şöbəsinin müdiri Həkim Tamara Hacıyeva,
ifadəsində göstərib ki, 08 avqust 2015-ci il tarixdə saat 17:40-da xəstəxananın növbətçi həkimi
Babək Zeynalov Rasim Əliyev adlı xəstəni yanına gətirib şifahi formada onun döş qəfəsini rentgen
müayinə etməyini bildirmişdir. Həmin vaxt xəstə Rasim Əliyev özü yeriyib rentgen otağına gəlmiş və
aparatın qarşısına keçmişdir. Bundan sonra mikrofon vasitəsilə Rasimlə danışıb hansı nahiyəsinin
ağrıdığını soruşmuş, sonuncu əli ilə sol döş qəfəsinin aşağı orta nahiyəsini göstərib həmin yerin
ağrıdığını bildirmişdir. Rasim bundan əlavə bədən səthində ağrıyan yer göstərməmişdir. Rasim ağrının
təsirindən dik dayana bilməmiş və sağ tərəfə əyilmiş vəziyyətdə dayanmışdır. Rentgen müayinəsinin
dəqiq nəticələnməsi üçün Rasimə bir neçə dəfə düz dayanmasını bildirsə də, sonuncu ağrıdan düz
26
dayana bilmədiyini demişdir. Buna görə də məcbur olub Rasimi həmin vəziyyətdə müayinə etmişdir.
Rentgen müayinəsi zamanı Rasim Əliyevin solda 8 və 9-cu qabırğalarında yerdəyişmiş sınıq və sinusda
maye yığılmasını müəyyən etmişdir. Həmin vaxt Rasim Əliyevin ağrıları və duruş vəziyyəti onu tam
dəqiqliyi ilə müayinə etməyə imkan vermədiyindən və Rasimin qabırğalarında əlavə sınıqların da
olmasından şübhələndiyindən xəstəyə komputer tomoqrafiya müayinəsi məsləhət görərək bu barədə
xəstəlik tarixində qeyd etməklə Rasimin müalicəsi ilə məşğul olan həkimləri məlumatlandırmışdır.
Rentgen müayinəsini edən həkim bildirir ki, ilk müayinə zamanı sinusda maye yığımı aşkar edib və bu
barədə Rasimin müalicəsi ilə məşğul olan həkimə məlumat verib, hətta komputer tomoqrafiyanın
edilməsini istəmişdir. Lakin 17:40 radələrindən 00:30-a kimi həkimlər komputer tomoqrafiya etməmiş,
yenidən rentgen müayinə aparılmamış və sinusda yığılan mayenin təmizlənməsi üçün cərrahi tibbi
müdaxilə olmamışdır. Rentgen sənədlərinə sinusda maye yığımı aşkarlandığı qeyd edildiyi üçün
müstəntiqlər bu sənədi cinayət işi materiallarına əlavə etməyiblər və məhkəmə zamanı bu sənəd
zərərçəkmiş və təqsirləndirilən şəxslərin vəkili tərəfindən tələb edilsə də, məhkəmə bu sənədi almaqda
maraqlı olmamışdır.
Rasim Əliyevin ölümünün səbəbinin müəyyən edilməsi cinayət işinin istintaqına həkimlərin
günahı olmadığı barədə məktub göndərərək müdaxilə edən Səhiyyə Nazirliyinə tabe olan
ekspertlərə tapşırılmışdır ki, bu ekspertlərin də verdiyi rəy şübhə doğurur. Çünki müstəqil ekspert
tərəfindən ekspertiza aparılmayıb.
RATİ-nin müşahidə apardığı məhkəmə zamanı ekspertlər dindirilib.
16 fevral 2016-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində 20 avqust 2015-ci il tarixində
ilkin ekspertiza rəyini vermiş Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Səbail rayon
şöbəsinin eksperti Alim Hüseynov dindirilib. Alim Hüseynov bildirib ki, o, meyidi müayinə edərək rəy
verib. Ekspert bildirib ki, Rasim Əliyevin üzərində gözlə görünən xəsarət izləri yox idi. “Rəy
hazırlayarkən mənə Rasim Əliyevin ilkin müayinə sənədləri təqdim edilməyib. Mən yalnız müayinə
nəticəsində rəy vermişəm. Müayinə nəticəsində müəyyən etdim ki, mərhum Əliyev Rasim Məmmədəli
oğlunun ölümünə səbəb aldığı zərbələrin yaratdığı travma kompleksi nəticəsində törənmiş kəskin daxili
qanitirmə fonunda inkişaf edən ağ ciyər-ürək çatışmamazlığı olmuşdur”, deyə Alim Hüseynov qeyd
edib.
Eyni məhkəmə prosesində 13 oktyabr 2015-ci il tarixli məhkəmə komisiyon tibbi ekspertiza
rəyini hazırlayan ekspert Ziyafəddin Məmmədov dindirilib və o bildirib ki, Rasim Əliyevin meyidini
görməyib və ekspertiza rəyini istintaq orqanının verdiyi tibbi sənədlər əsasında verib. “Sənədlərdən
görünür ki, Rasim Əliyev xəstəxanada müayinə edilərkən hər hansı problemi olmadığı üçün dərhal
əməliyyat edilməyib. Müvafiq müayinə və müalicələr, cərrahiyyə əməliyyatı səhiyyə sistemində
mövcud olan təlimata uyğun aparılıb. Mənə təqdim edilmiş sənədlərə əsasən rəy vermişəm ki,
ölümünə səbəb dalağın partlaması, mədəaltı vəzin quyruğunun travması nəticəsində baş verən daxili
qanaxma fonunda ağ ciyərlərin əzilməsi hesabına inkişaf edən kəskin ağ ciyər və ürək-damar
çatışmazlığı olmuşdur ” deyə Ziyafəddin Məmmədov qeyd edib.
Ekspertlərdən də ifadələrindən aydın olur ki, ekspertiza tam şəkildə aparılmayıb. Bir ekspertə
meyid təqdim edilib, ilkin müayinə və müalicə sənədləri təqdim edilməyib, digər ekspert isə yalnız ona
verilmiş sənədlərə əsasən rəy verib.
Azərbaycanın şah qanunu olan Konstitusiyanın 41-ci maddəsində
23
göstərilir ki, Hər kəsin sağlamlığını
qorumaq və tibbi yardım almaq hüququ vardır. Eyni zamanda bu maddədə göstərilir ki, İnsanların
həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında
məsuliyyətə cəlb edilirlər. Rasim Əliyev verdiyi son müsahibəsində qeyd edir ki, onun qulağında ağrılar
olduğu halda həkim müayinə etməyib, bildirib ki, qulaq həkimi xəstəxanada deyil. Eyni zamanda,
Rasim Əliyevin anası Teyfurə Əliyeva da bildirib ki, həkim Rasim Əliyevin həyatına hər hansı təhlükə
olduğunu bildirməyib, ailəsi ehtiyac olarsa daha yaxşı imkanlara malik olan xəstəxanaya da aparmağa
23
http://www.azerbaijan.az/portal/General/Constitution/doc/constitution_a.pdf
27
hazır olduğunu bildirdiyi halda, həkimlər Rasim Əliyevin vəziyyətinin yaxşı olduğunu bildiriblər. Halbuki
ilkin rentgen müayinəsi zamanı sinusda maye yığımı aşkarlanıb. Bu fakt ailədən gizlədilib.
Hüquq müdafiə təşkilatları və müstəqil medianın Rasim Əliyevə Səhiyyə Nazirliyinə məxsus olan 1 saylı
Şəhər Klinik Xəstəxanasında lazımi tibbi yardım göstərilmədiyi barədə həyəcan təbili vurulduğu halda
prezident 12 avqust 2015-ci il tarixində Səhiyyə Naziri Oqtay Şirəliyevi “şöhrət ” ordeni ilə təltif edir.
Bu fakt özü də jurnalistin ölümündə həkimlərin günahkar olduğu şübhəsini gücləndirmiş olur.
Başqa bir qeyd edilməli məqam ondan ibarətdir ki, prezident Rasim Əliyevin ölümünü nəzarətə götürür
və bu barədə prezidentin köməkçisi 10 avqust 2015-ci il tarixində açıqlama verir. Amma elə bu
məqamda xatırlatmaq yerinə düşər ki, hazırkı hakimiyyəti sərt tənqid edən “Monitor” jurnalının baş
redaktoru Elmar Hüseynov 2005-ci ildə evinin önündə qətlə yetirilən zaman Prezident İlham Əliyev söz
vermişdi ki, 40 gün ərzində bu qətlin üstü açılacaq. Ancaq üzərindən 11 il keçməsinə baxmayaraq
jurnalistin qatilləri cəzalandırılmayıb. Elmar Hüseynov ağzından silahla vurulmuşdu və onun köməksiz
qalması üçün yaşadığı evdə telefonlar söndürülmüşdü.
Ölkə prezidenti İlham Əliyev 24 avqust 2014-cü il tarixində çıxış edərkən bildirir ki, Azərbaycanda
bütün azadlıqlar o cümlədən ifadə azadlığı təmin edilir. Ancaq rəhbərlik etdiyi 13 il ərzində azad fikrini
ifadə etdiyi üçün ən azı 5 jurnalist (Elmar Hüseynov, Alim Kazımlı, Novruzəli Məmmədov, Rafiq Tağı
və Rasim Əliyev) öldürülüb, yüzlərlə jurnalist döyülüb, hədəyə məruz qalıb. Jurnalistlərə qarşı cinayət
işlədən şəxslər həbs olunmadığı üçün cəzasızlıq mühiti yaranıb və nəticədə hədəfə alınan jurnalistlərin
sayı artır.
İnsan Hüquqları haqqında Ümumdünya bəyannaməsi
24
Maddə 18 - Hər bir insan düşüncə, vicdan və din azadlığı hüququna malikdir: bu hüquqa öz dinini və
ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə,
dini təlimdə, ibadətdə və dini mərasim qaydalarının yerinə yetirilməsində açıq və özəl qaydada etiqad
etmək azadlığı daxildir.
İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyası
25
Maddə 10. İfadə etmək (ekspression) azadlığı 1. Hər kəs (öz fikrini - tərc.) ifadə etmək azadlığı
hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər
hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və
yaymaq azadlığı daxildir.
Digər müşahidələr / siyasi motivin göstəriciləri
Rasim Əliyevin qətlinin siyasi motivli olduğuna işarə verən bir sıra faktorlar vardır.
Cinayət işi materiallarına əlavə edilmiş Elşən İsmayılovla Cavid Hüseynovun whatsapp yazışmasında
diqqət çəkən bu hissədir. Elşən İsmayılov yazır “Gaga bagisla allahqi bilmirdim soypet senin ustunde
qurulacag , sadece vasteci sen oldun o telefonu acan kimi mene soyuw soyuwdu varyox , ana soyuwu
soydu , men bilmirdim bu qurma iwdi . ondan sonra men onla gorusdum. Ne ola ola ozunu ele de
pis eleme miletin icinde yani oz xeyirine necedise ele de ele . Onsuzda menim adimim cixib . Sen
taninmiwsan sene 100 , 100 soz deye biler yaxsi menada . Amma o mene soyende yanimda usaqlar
var idi .. Bilmirem”
Elşən İsmayılov Cavid Hüseynovla danışığında bildirir ki, bu işin “qurama iş” olduğunu bilmirdi, bu isə
onu deməyə əsas verir ki, bu işdəki əsas cinayətkarların özlərinin də planın tam miqyasından xəbərləri
olmayıb. Yəni, bunlar bu siyasi işin pionları qismində olublar. Cavid Hüseynov Səbail Rayon
Məhkəməsində etdiyi son çıxış zamanı bildirib ki, istintaq zamanı ona bildiriblər ki, “ölkəmizə təzyiq
edilir, buna görə də 2-3 ay yatıb çıxarsan.” Bunu da onu göstərir ki, istintaq orqanı əvvəlcədən bu
şəxslərin cəzaları boynuna alması üçün təzyiq edib, məqsəd isə qətlin siyasi tərəfli olmadığını sübut
etmək olub.
24
http://www.ohchr.org/EN/UDHR/Documents/UDHR_Translations/eng.pdf
25
http://www.echr.coe.int/Documents/Convention_ENG.pdf
28
Elşən İsmayılov və Cavid Hüseynov Rasim Əliyevin Facebook sosial şəbəkəsində dostu deyil və ortaq
dostları da yoxdur. Elşən İsmayılova Rasim Əliyevin yazdığı status barədə başqa bir adam xəbər verib
və o adamın kimliyi müəyyən olmasa da, bu işdə maraqlı olduğu aydın görünür. Çünki o adam Elşən
İsmayılovu tanıyıb və onun statusa verəcəyi reaksiyasını təxmin edə bilərdi.
RATİ tərəfindən aparılan məhkəmə monitorinqi onu deməyə əsas verir ki, məhkəmə formal xarakterli
olub və verilən cəzaların yüksək olması da qətlin siyasi motivli olmasından diqqəti yayındırmaq
məqsədi daşımışdır. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmələrdə Rasim Əliyevin
vəkillərinin vəsatətlərin təmin edilməməsi, işə formal yanaşılması bunu sübut edir
.
29
NƏTİCƏ
Azərbaycan hakimiyyəti tənqidi və müstəqil səsləri boğmaq üçün mürəkkəb repressiya sistemi
hazırlayıb. Fərqli düşüncənin əzilməsi, jurnalistlərə hücumlar, vətəndaş cəmiyyəti təşkilatlarına
təzyiqlər, dinc etirazların zor tətbiq etməklə yatırılması və fundamental azadlıqların digər ciddi
pozulması halları Azərbaycanda sistematik hal alıb və bu cür əməllərin cəzasız qalması nəticəsində
daimiləşir. Nəticədə, fərqli baxışlar, müstəqil media və müstəqil təşkilatlar üçün məkan getdikcə
daralır
.
Ölkədə ifadə azadlığı durumuna gəldikdə, RATİ daha öncəki hesabatlarda qeyd olunmuş nəticələri bir
daha təkrar edərək ictimai həyatda fəal iştirakı və cəmiyyətin müxtəlif sektorları arasında açıq fikir
mübadiləsini stimullaşdıran tolerantlıq mühitinin yoxluğunu narahatlıqla qeyd edir.
Azərbaycanda ifadə azadlığının durumu 2005-ci ildə Elmar Hüseynovun qətlindən sonra sürətlə
pisləşməyə başladı və son üç ildə kritik həddə çatdı. Media təşkilatları, müstəqil jurnalistlər uzun
müddətdir ki həyəcan təbili çalsalar da, hökumət reaksiya verməyib.
Beynəlxalq təşkilatlar da Prezident İlham Əliyevi ölkədə ifadə azadlığını və jurnalistlərin
təhlükəsizliyini təmin etməyə çağırıb. Ancaq Əliyev hökuməti jurnalistlərin həbsini davam etdirib,
media qanunvericiliyinə mürtəce dəyişikliklər edib, jurnalistlərə qarşı hücumların üstünün açılması
üçün addım atmayıb. Azərbaycan beynəlxalq təşkilatlara, ATƏT və Avropa Şurası kimi qurumlara üzv
olanda üzərinə insan hüquqları ilə bağlı öhdəliklər götürsə də, bu öhdəliklər kağız üzərində qalıb.
Əliyev hökuməti elə bir mühit yaradıb ki, tənqidi fikir səsləndirən şəxs və yaxud qohumları ya həbs
olunur, ya da digər təhdidlərə məruz qalır. Belə bir kontekstdə, jurnalistlərin fəaliyyətinə ictimaiyyətin
də artıq hörməti qalmayıb. Cəzasızlığın hökm sürdüyü şəraitdə jurnalistlərin təhlükəsizliyi təmin oluna
bilməz və siyasi motivli həbslər "fırlanan qapı" prinsipi ilə davam edir.
Ölkədə neft qiymətlərinin düşməsi ilə artan iqtisadi problemlər də hökuməti insan hüquqları sahəsində
islahat aparmağa, alternativ fikrə hörmət etməyə məcbur edə bilmir. Əliyev rejimi ifadə azadlığına
müdaxilə etməkdən çəkinmir, məsələn, bu yaxınlarda siyasiliyi şübhə doğurmayan bir addım ataraq
ölkədə illərdir fəaliyyət göstərən ANS telekanalını bağlayıb.
Jurnalistlərin təhlükəsizliyi təmin olunmur. Rasim Əliyev polisə təhlükəsizliyini təmin etməsi üçün
müraciət etdiyi halda polis bunu etməyib və nəticədə o, iki həftə sonra döyülüb və xəstəxanada
müəmmalı şəkildə dünyasını dəyişib. Həkimlər düzgün tibbi xidməti göstərməyiblər. Ölkə prezidenti isə
rəhbərlik etdiyi xəstəxanada iki jurnalistin öldüyü səhiyyə nazirinə şöhrət ordeni verməklə ölkədə baş
verən bütün hüquq pozuntularına dəstəyini nümayiş etdirmiş oldu.
Tənqidi səsləri susdurmaq üçün hakim maraqlara "müdaxilə" edən jurnalistlərin bir qayda olaraq fiziki
və mənəvi hücumlara, beş halda isə qətlə, məruz qaldığı cəzasızlıq mühitinə görə məsuliyyət
Azərbaycan hakimiyyətinin üzərinə düşür.
Bununla əlaqədar olaraq, RATİ Azərbaycan hakimiyyətini jurnalistlərə qarşı zorakılıq və təzyiqin digər
formalarına və jurnalistlərə hücum edən və onları öldürən şəxslərin cəzasızlığına son qoymağa,
jurnalistlərə qarşı bütün zorakılıq halların üstünün açılmasını və bütün günahkarların qanuna uyğun
olaraq cəzalandırılmasını təmin etməyə çağırır.
RATİ Azərbaycan hakimiyyətini jurnalist Rasim Əliyevin qətlini tam şəkildə araşdırmağa, qətldə iştirakı
olan hər kəsi cəzalandırmağa və ölkədə jurnalistlərə qarşı zorakılığa görə cəzasızlıq mühitini aradan
qaldırmağa çağırır.
RATİ həmçinin beynəlxalq təşkilatları Azərbaycan hökumətindən media azadlığı ilə bağlı öhdəliklərini
yerinə yetirməyi və jurnalistlərə qarşı cinayətləri tam və ədalətli şəkildə araşdırmağı tələb etməyə
çağırır.
Dostları ilə paylaş: |