Azərbaycan texniKİ universiteti “NƏQLİyyat logiSTİkasi və HƏRƏKƏTİn təŞKİLİ” kafedrasi nəqliyyatda sığorta


Mühazirə 9. Dəmir yolu nəqliyyatında sığorta



Yüklə 230,72 Kb.
səhifə40/63
tarix02.01.2022
ölçüsü230,72 Kb.
#39325
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   63
Nəqliyyatda sığorta - mühazire 2020-2021

Mühazirə 9.

Dəmir yolu nəqliyyatında sığorta

Avrasiya materikinin ölkələrində iki əsas beynəlxalq dəmir yolu konvensiyası fəaliyyət göstərir: keçmiş sosialist düşərgəsi ölkə­ləri arasında qəbul edilmiş konvensiya və COTIF (fransızcadan Convention relalive aux transports internationuux ferroviaires). Bu konvensiyalar əsasında dəmiryollarının birgə məsuliyyəti müəyyən olunmuşdur. Belə ki, bir ölkənin dəmir yoluna digər ölkənin dəmir yolundakı çatışmazlığa görə narazılıq verilə bilər. Narazılıq və iddi­aların təmin olunmasından sonra dəmir yolları öz aralarında müəy­yən olunmuş qaydada hesablaşırlar. Beynəlxalq COTİF konvensiya­sına əsasən iddia qaldırılmasına qədər narazılıqların təqdim olunması vacibdir. Dəmir yolunda münasibətləri nizamlayan normativ aktlara görə narazılıqların və iddiaların qısa vaxtları müəyyən olun­muşdur: Şərqi Avropa ölkələri arasında qəbul edilmiş konvensiyaya əsasən narazılıq və iddia müddəti 9 ay. COTİF konvensiyasına görə yükün saxlanması barədə fikir ayrılığının nizamlanmasında narazı­lıqların verilməsi qaydasına mütləq riayət olunmadan iddia müddəti 1 ildir.

Dəmir yoluna narazılıq bildirmək hüququ olan şəxslərin mü­əyyən olunması əhəmiyyətli rol oynayır. Bu şəxslərə ancaq yükalan və yükgöndərənlər aiddir. Onlar narazılıqların və iddiaların verilməsi üzrə öz hüquqlarını etibarnamə və ya həvalə vasitəsilə digər fiziki və hüquqi şəxslərə verə bilərlər. Bu hal dəmir yollarına narazılıq və ya iddia hüququ ötürülmüş şəxslərə imtina üçün əsas ola bilər.

Yüklərə görə narazılıqlar yükün təhvil verilməsindən 6 ay müddətində bildirilməlidir.

Yükün çatışmaması və ya zədələnməsi aşkarlandıqda dəmir­yolu stansiyası yükün korlanması xarakteri göstərilməklə kommersi­ya əqdi tərtib etməlidir. Bu əqdin tərtib olunması çox diqqətlə yerinə yetirilməlidir, çünki onun tərtibatının ətraflı və düzgün olması də­miryoluna tələbatın gələcəyinə təsir göstərir. Müxtəlif ölkələrin də­mir yollarının iştirak etdiyi beynəlxalq daşımalarda konkret dəmir­yolu qaiməsində qeyd edilən konvensiyaların tələblərinə diqqət ye­tirmək vacibdir. Bəzən yük hər hansı mübadilə stansiyasında bir dəmir yolundan digərinə ötürülür və orada başqa qaimə təqdim olu­nur. Bu halda qaimədə yükün lazımi mövcud vəziyyəti haqqında qeydlərin olmasına fikir vermək lazımdır. Bu cür qeydlərin edilməsi ilə yanaşı yeni kommersiya əqdi də tərtib oluna bilər. Bu qaydalara lazımi şəkildə riayət olunarsa qəbul edən dəmir yolu məsuliyyət daşımır. Bu cür qeydlərin və kommersiya əqdinin olmaması yükün lazımi qaydada təhvil alınmasını göstərir.




Yüklə 230,72 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin