Nəqletmə üsulundan asılı olaraq sığortalanmanın aşağıdakı növləri var:
- yerüstü nəqliyyat vasitələri (dəmiryolu və avtomobil nəqliyyatı) ilə daşımalarda yüklərin sığortalanması;
- su yolları ilə daşımalarda yüklərin sığortalanması;
- kombinə edilmiş sığortalanma.
Xalq təsərrüfatı maraqları baxımından yüklərin sığortalanmasını ixrac olunan yüklərin və idxal olunan yüklərin sığortalanmasına ayırırlar. Bağlanmış alqı-satqı müqavilələri bu sığorta ilə müşayiət oluna bilər. Müqavilə şərtlərində sığorta müqaviləsinin kimin – satıcının yoxsa alıcının bağlamağa borclu olduğu haqda tələblər ola bilər. Sığorta müqaviləsi sığortalının yerləşdiyi yer üzrə və ya yükün olduğu yer üzrə bağlana bilər. Daşıyıcının (ekspeditorun) məsuliyyəti sığortalandığı halda əlavə arzu olunan əlavə sığorta növü daşıma zamanı yükün təsadüfən məhv olması riskinin sığortalanmasıdır.
Yüklərin sığortalanması həyata keçirildikdə “zərər” kimi aşağıdakılar nəzərdə tutulur:
yükün tam itirilməsi (ölməsi), tam məhv olması – onun həqiqi (sığorta) dəyəri; yükün bir hissəsi – yükün hamısının həqiqi dəyəri ilə təqdim edilmiş sənədlərə görə saxlanmış yükün həqiqi dəyəri arasında olan fərq;
yükün zədələnməsi zamanı – sığorta halı başlaması ilə əlaqədar qiymətdən düşmə (keyfiyyətin itirilməsi) nəzərə alınmaqla zədələnmiş yükün (bir hissəsinin və ya hamısının) həqiqi dəyəri ilə yükün dəyəri (bir hissəsinin və ya hamısının) arasında fərq.
Ümumən, əmlakın istənilən sığorta növündə zərərin nizamlanma ardıcıllığını aşağıdakı mərhələlərə bölmək olar:
əmlakın oğurlanması (məhv olması, zədələnməsi) faktının müəyyən edilməsi;
zərərin vurulması səbəblərini və sığorta halının (qeyri-sığorta halının) olmasını müəyyən etmək;
zərər çəkmiş obyektlərin müəyyən olunması və sığorta obyektlərinə dəymiş ziyanın məbləğinin hesablanması;
sığorta ödənişinin aparılması.
Zərərlərin nizamlanması üçün aşağıdakı məlumatlar təqdim olunmalıdır:
a) dəmir yolu ilə daşımalarda:
- yükün itməsi zamanı: yük qəbzi və ya qaimənin dublikatı (üçüncü vərəq) və ya qaimənin əsli və yükün təyinat stansiyasına çatmaması haqda məlumat qeyd olunmuş bildiriş vərəqi;
yükün çatışmaması və zədələnməsi halında: qaimə (daxili dəmir yolu daşımalarında), qaimənin əsli və yükün çatması haqqında bildiriş vərəqi, təyinat məntəqəsində dəmir yolu tərəfindən verilən kommersiya aktı və ya qəza sertifikatı;
şəxsi hərəkət tərkibi ilə daşıma zamanı: yükün çatışmaması və zədələnməsi halında – kommersiya aktı; yükün itməsi halında – yükün çatdmadığı haqda təyinat stansiyasının qeydi olan dəmir yolu qəbzi.
Bunlardan əlavə sığorta halının baş verməsi faktını və zərərin məbləğini təsdiq edən digər sənədlərin də təqdim olunması mümkündür.
b) avtomobil nəqliyyatı ilə daşımalarda:
nəqliyyat-əmtəə qaiməsi; qorunmamış daşıma haqda akt və ya malın kəmiyyət və keyfiyyət üzrə qəbulu aktı; oğurluq halında daxili işlər orqanlarının (polisin) qərarı; yol nəqliyyat hadisəsi baş verdikdə sürücünün günahkarlıq dərəcəsi haqqında yol polisinin arayışı və sığorta hadisəsinin baş vermə faktını və dəymiş zərərin məbləğini təsdiq edən digər rəsmi sənədlər.
c) dəniz və hava nəqliyyatı ilə daşımalarda:
zərərin nizamlanması üçün: konosamentlər; dəniz etirazı (protest); gəmi jurnalından çıxarış; bildiriş aktı; əsas akt və idarə tələbi ilə tərtib olunmuş digər rəsmi sənədlər.
Dəniz daşımalarında xərcləri təsdiq edən hesabatlar təqdim olunur. Gəminin itkin düşməsi zamanı gəminin göndərmə məntəqəsindən yola düşmə vaxtı və təyinat yerinə müəyyən olunmuş vaxtda gəlməməsi haqqında obyektiv faktlar təqdim olunur.
Əgər yükün qəbulu zamanı yükalan müəyyən edilmiş müddətdə əlaqədar şəxsə yükün çatışmaması və ya korlanması (zədələnməsi) ilə əlaqədar yazılı məlumat verməyibsə, onda daşınma müqaviləsinin şərtlərinə uyğun olaraq, onun yükü zədəsiz və tam həcmdə qəbul etdiyi hesab edilir. Əgər yükün standart qəbulu üsulunda onun çatışmaması (zədələnməsi) müəyyən oluna bilməyibsə, bu halda onun müəyyən olunması zamanı əlaqədar şəxsləri xəbərdar etmək lazımdır, əks halda yükün tam həcmdə, zədəsiz qəbul olunduğu hesab olunacaq. Yükün və ya nəqliyyat vasitəsinin itməsi zamanı zərərin miqyası tam məhv olmadakı kimi hesablanır. Əgər yük (və ya onun bir hissəsi) sığortalıya (faydalanan şəxsə) geri qaytarılıbsa, onda o, alınmış yükə (onun hissəsinə) uyğun verilən sığorta ödənişini sığortaçıya qaytarmalıdır.
Dostları ilə paylaş: |