BİOFİZİKA
İzahat vərəqi
Tərtib olunan proqram BDU-nin Biofizika və molekulyar biologiya
kafedrasında “Biologiya” (tədris yükü 60 s, o cümlədən 30 s. mühazirə, 30 s.
laboratoriya məşğələsi) ixtisası üzrə ixtisaslaşan tələbələrə oxunan “Biofizika”
fənni üçün nəzərdə tutulmuşdur.
Fənnin məqsədi:
- Bioloji elmlər arasinda biofizikanın vacib rolunu və yerini izah etmək;
- Biofizikanın bir elm sahəsi kimi predmetini və araşdırdığı problemləri
tələbələrə catdırmaq;
- Bioloji sistemlərdə baş verən fizioloji proseslərin fiziki- kimyəvi
mexanizmlərini müəyyənləşdirmək;
-Canlı sistemlərdə baş verən membran proseslərinin qanunauyğunluqlarını
tələbələrə aşılamaq;
-Mühitin bir sıra fiziki-kimyəvi amillərinin canlı sistemə təsirinin biofiziki
mexanizmini öyrətmək.
Fənnin mənimsənilməsi nəticəsində tələbələr
Bilməlidirlər:
-
Biofizikanın təbiət elmləri sırasında yerini və vəzifələrini;
-
Bioloji kinetikanın xüsusiyyətlərini;
-
Termodinamika qanunlarının biologiyada tətbiqini;
-
Makromolekulyar strukturun və proseslərin fiziki-kimyəvi xüsusiyyətlərini;
-
Membranın həyatı vacib proseslərin icrasındakı rolunu;
-
Fotobioloji və radiobioloji proseslərin fiziki-kimyəvi xüsusiyyətlərini;
-
Ekoloji proseslərin tənzimlənməsinin əsaslarını.
-
Bacarmalıdırlar:
-
Əsas biofiziki metodlardan müstəqil istifadə etməyi;
-
Hüceyrə sisteminin bir sıra fiziki-kimyəvi göstəricilərinin dəyişmə
qanunauyğunluğunu tədqiq etməyi;
-
Canlı sistemdə baş verən entropiya dəyişikliyini izah etməyi;
-
Biofiziki metodlardan istifadə etməklə hüceyrənin membran sistemində baş
verən sərbəst radikal proseslərini tədqiq etməyi.