BiOFİZİka izahat vərəqi


Bioloji membranın molekulyar quruluşu, kimyəvi tərkibi, dinamik



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə4/6
tarix18.09.2023
ölçüsü0,7 Mb.
#145251
növüMühazirə
1   2   3   4   5   6
Biofizika

Bioloji membranın molekulyar quruluşu, kimyəvi tərkibi, dinamik 
xüsusiyyətləri. 
Membran bioloji sistemin univerisal komponenti kimi. Membranın molekulyar 
təşkili haqda təsəvvürlərin inkişafı. Membran zülalları və lipidləri, xolesterin. 
Membran sistemlərində faza keçidlərinin xüsusiyyətləri, liotrop və termotrop 
metamorfizm, fosfolipidlərin fırlanma və laterial mütəhərrikliyi, flip - flop 
keçidləri. Kinklər, klasterlər [2, 6, 7, 8, 11, 14, 18].
Qeyri-elektrolitlərin membrandan daşınması, stasionar və qeyri-stasionar 
diffuziya, asanlaşmış diffuziya. 
Biomembrandan maddələrin qeyri-fəal daşınması. Qeyri-elektrolitlərin 
daşınmasının hərəkətverici qüvvəsi. Maddə seli, yürüklük, nüfuzluq, diffuziya 
əmsalı. Asanlaşmış diffuziyanın xüsusiyyətləri. Diffuziya əmsalı ilə maddənin 
molekulyar parametrləri arasında əlaqə [2, 8, 9, 12].
Elektrodiffuziya. Elektrokimyəvi potensial. Elektrogen daşınma. İon 
nasosları.
Biomembranda enerji transformasiyası. ATFsintaza. 


Kimyəvi, 
elektrokimyəvi 
potensial. 
Nernst-Plankın 
elektrodiffuziya 
nəzəriyyəsi. İon seli və membran potensialı üçün Qoldman tənlikləri. Ussinq-
Teorel münasibəti. İon nasosları. Na
+
-K
+
-, Ca
2+
-, H
+
-nasosları. Membran 
potensialı və onun meydana çıxması. Membranın ion nüfuzluğu və keçiriciliyi. 
Fəal daşınma, ionların elektrogen daşınması. İonların kanalda daşınması. İon 
kanallarının təsnifatı. İonların kanal və asanlaşmış diffuziyasının kinetikası, 
onların identifikasiyası. 
Bioloji membranlarda enerji transformasiyasının ümumi prinsipləri. 
Elektronəqliyyat zəncirinin lokalizasiyası. Protonların elektrokimyəvi potensial 
qradiyentinin kimyəvi rabitə enerjisinə çevrilməsi. ATF-sintaza kompleksi [2, 6, 8, 
9, 12]. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin