F – əsas daşınmanın göndərmə terminallarında, əsas daşınma ödənilməmişdir (ing. main carriage unpaid);
C– əsas daşınmanınçatdırılma terminallarında, əsas daşınma ödənilmişdir (ing. main carriage paid);
D– alıcıda, tam çatdırılma (ing. arrival).
EXW (ing. EXWorks sözlərindən) – franko-zavod.Mal alıcı tərəfindən satıcının müqavilədə göstərilmiş anbarından götürülür, ixrac rüsumlarının ödənilməsi alıcının məsuliyyəti ilə əvəz edilir. EXW çatdırma şərtinə görə alıcı satıcının ərazisindən göstərilmiş təyinat yerinə qədər yüklərin hərəkəti üzrə bütün riskləri və xərcləri ödəyir. Bu termin satıcının üzərinə minimal öhdəlik qoyur.
CFR (ing. Cost and Freight) – qiymət və fraxt. Mal alıcının müqavilədə göstərilmiş təyinat limanına çatdırılır, əsas daşınmanın sığortasını, boşaltmanı, boşaldılıb-yükləməni alıcı ödəyir.