Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə25/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   ...   21   22   23   24   25   26   27   28   ...   54
WINDOWS VISTA - peşəkar kompüterlər, notbuklar və s. üçün Microsoft şirkətinin 
təqdim etdiyi əməliyyat sistemidir. 
22 iyul 2005-ə - Vista adı bildirilməyənədək Longhorn kod adı ilə tanınırdı. 30 
Yanvar 2007-ci ildə bazara təqdim edilmişdir. Windows Vista köhnə versiya ilə müqayisədə 
bir çox yeni xüsusiyyət və dəyişikliyə sahibdir. Bu dəyişmə inkişaf etdirilmiş qrafiki 
istifadəçi interfeysi, vizual stil, yenidən hazırlanmış axtarış funksiyaları, multimedia 
vasitələri, yenidən hazırlanmış şəbəkə ünsiyyəti, görünüş və yazıçı kimi müxtəlif 
funksiyaları əhatə edir. Microsoftun Vista üçün təyin etdiyi əsas hədəf, Windows əməliyyat 
sisteminin təhlükəsizlik vəziyyətini inkişaf etdirmək olmuşdur. Vistanın işləyə bilməsi üçün 
ən azı 800 MHz tezlikli prosessor, RAM-ın 512 MB RAM-dan az olmaması lazımdır. 
Windows Vista əməliyyat sistemi Microsoft şirkətinin istehtal etdiyi əməliyyat 
sistemləri arasında ən çox narazılıqlara, müzakirələrə səbəb olan əməliyyat sistemi idi. 
Çoxları bunu Microsoft-un “uğursuz”u kimi də adlandırırdılar. Beləliklə, "Microsoft" 
korporasiyasının 2007-ci ildə satışa çıxardığı Vista artıq satışdan çıxarılır. Vista 2017-ci ilin 
sentyabrın 11-dək "qismən dəstək" sistemində olacaq. "Tam dəstək" sisteminin 
dayandırılması o deməkdir ki, bu gündən etibarən istifadəçilər pulsuz texniki dəstək
təminat və yenilənmələrdən məhrum olacaqlar. Vista-nın təhlükəsizlik problemlərinin 
onlayn həll edilməsi və yenilənməsi də dayandırılıb. 
WINDOWS 7 - Windows ailəsinin növbəti bir üzvü olub Windows Vistadan sonra 
çıxmışdır. Bu sistem 22 oktyabr 2009-cu ildə Windows Vistanın satışa çıxmasından 3 il 
sonra alıcılara təqdim olunmuşdur. Windows 7-nin tərkibinə Vistadan tanıdığımız interfeys 
və quraşdırılmış proqramlar daxildir. Fərqli olaraq Start düyməsindən klassik menyuya 
keçid ləğv edilmişdir. 
Windows 7-nin işçi masa digər Windows-lardan xeyli fərqlənir. Bu fərqlilik onun 
maraqlı, multimedional interfeysində, həmçinin açılmış pəncərələrin idarə edilməsində 
özünü biruzə verir. Həmçinin açılan pəncərənin adının üstünə gəldikdə həmin pəncərənin 
balaca görüntüsünü göstərmək funksiyası bizə vistadan tanış bir funksiyadır. Start düyməsi 
də cox istifadəyə rahat şəkildə düzəldilmişdir. Hər bir proqramın üstünə gədldikdə 
qabağında onun son dəfə istidadə olunmuş fayllar avtomatik açılır. Windows 7 əsasən 
NTFS və Fat32 fayl sistemlərinə yazılır. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin