22
Kataloqun adları böyük, faylların adları kiçik hərflərlə qeyd edilir. Hər bir maqnit diskində
bir baş və ya kök kataloq olur. Baş kataloqda fayllar və altkataloqlar (1 səviyyəli kataloqlar)
qeyd olunur. Bu kataloqlarda fayllar və 2 səviyyə li kataloqlar qeyd olunur. Bu proses xeyli
dərinliyə davam edə bilər. Bu halda maqnit diskində ağacvari(iyerarxik) struktur alınır.
Məlumat daşıyıcısının ekranda alınan mündəricatında əvvəlcə kataloqların,
sonra isə
faylların adları yerləşir.
Baş kataloqun faylın adınadək olan kataloqların siyahısı “fayl yolu” adlanır. Faylın
yolunu göstərərkən kataloqların adları bir-birindən və faylın adından maili xətlə ayrılır. Baş
kataloqun adından sonra iki nöqtə qoyulur.
Fayl və kataloqların silinməsi. Hər bir disk daşıyıcısı
sonsuz ölçüyə malik
olmadığından, verilənlərin silinməsi vasitələrinin rolu böyükdür. Verilənlərin silinməsinin 3
rejimi mövcuddur: çıxartmaq, ləğv etmək və silmək. Birinci 2
rejim əməliyyat sistemləri
vasitəsi ilə yerinə yetirilir. Verilənlərin silinməsi isə xüsusi proqram
vasitələri ilə həyata
keçirilir. Faylların çıxardılması müvəqqəti xarakter daşıyır.
Windows əməliyyat
sistemlərində bu xüsusi qovluğun köməyi ilə həyata keçirilir ki, bu da “Səbət” adlanır. Fayl
və qovluqlar çıxardıldıqda yerini dəyişərək səbətdə yerləşir. Bu
əməliyyat sisteminin fayl
strukturu səviyyəsində baş verir. Sərt diskin fayl sistemi səviyyəsində
isə heç bir şey baş
vermir. Yəni fayl hansı sektora yazılıbsa, orada qalır. Faylların ləğv olunması MS DOS əs-
də silmədə və ya Windows əs-də səbətin təmizlənməsində baş verir. Bu halda fayl tamamilə
əməliyyat sisteminin fayl strukturundan çıxardılır, amma diskin
fayl sistemi səviyyəsində
faylda bir az dəyişiklik baş verir. Cədvəldə bu fayl çıxardılmış
kimi qeyd olunur, amma
fiziki olaraq fayl uz yerində qalır.
Dostları ilə paylaş: