19
Klasterin ölçüsü, yəni sektorların sayı məntiqi diskdən asılı olaraq ƏS tərəfindən təyin
olunur. Faylların yerləşmə cədvəlinin elementlərinin uzunluğu 12, 16 və 32 bit olur.
MS DOS və Windows ƏS üçün FAT16 və FAT32 fayl sistemindən istifadə edilir.
Fayla müraciətdə istifadəçi onun yalnız yolunu və adını göstərməlidir. Əməliyyat
sistemi əvvəl fayl-kataloqa müraciət edərək faylın diskdə yerləşməsi haqqındakı məlumatı
tapır, sonra isə tələb olunan əməliyyatı yerinə yetirir.
Diskdəki verilənlərə müraciətdə ƏS burada yerləşən faylların yerləşmə cədvəlindən
(FAT), baş kataloq və altkataloqdan istifadə edir. Başlanğıc sektor (yükləyici yazı), faylların
yerləşmə cədvəli, baş kataloq və verilənlər sahəsi (boş yaddaş sahəsi) birlikdə diskin fayl
strukturunun elementlərini təşkil edir.
Yükləyici yazı (Boot Record) hər bir məntiqi diskin 0 nömrəli sektorunda yerləşir.
Burada diskin formatı haqqında verilənlər və əməliyyat sisteminin başlanğıc
yüklənmə
prosedurunu yerinə yetirən qısa proqram yerləşir.
Bildiyimiz kimi, Windows 2000 FAT16, FAT32 və NTFS
(New Technology File
System) fayl sistemlərini dəstəkləyir.
Dostları ilə paylaş: