18
Əməliyyat sisteminin dinamik bölmələrə yaddaşın paylanması zamanı olan
funksiyalarına əlavə olaraq, burada əməliyyat sistemi həm də hər bir anda yaddaşın boş və
boş olmayan oblastlar cədvəlini korrektə etməklə bölmələrin məzmununu yaddaşın bir
hissəsindən digər hissəsinə köçürməlidir. Bu proses “sıxma” adlanır. Sıxma ya məsələlər
yekunlaşdıqdan sonra və ya yeni daxil omuş məsələ üçün boş yer çatmadıqda
yerinə
yetirilir. Bu üsulda proqram yerinə yetirildiyi zaman operativ yaddaş da öz yerini dəyişdiyi
üçün virtual ünvanların fiziki ünvanlara çevrilməsi dinamik üsulla yerinə yetirilir. Sıxma
proseduru yaddaşdan çox səmərəli istifadə etməyə imkan verir. Lakin xeyli əlavə vaxt tələb
edir.
Proqramın həcmi boş olan yaddaş sahəsindən
çox olarsa onun yaddaşda
yerləşdirilməsi problemi yaranır.
Bu problemin həlli xarici yaddaşdan istifadə etməklə
yaddaşın paylanması üsullarının köməyi ilə olur. Xarici
yaddaşdan istifadə etməklə
hesablama proseslərinin təşkili üsullarının inkişafı
virtual yaddaş üsulunun meydana
gəməsinə səbəb oldu. Virtual yaddaşın ən geniş yayılan növləri yaddaşın səhifələrə,
seqmentlərə və səhifə-seqmentlərə təşkilidir.
Proqramın həcmi boş olan yaddaş sahəsindən çox olarsa onun yaddaşda
yerləşdirilməsi problemi yaranır. Bu problemin həlli
xarici yaddaşdan istifadə etməklə
Dostları ilə paylaş: