14
alqoritmik dildə olan
proqramda dəyişənin adı
translyator
tərəfindən
işlənən şərti ünvan
fiziki
yaddaşda
oyuğun
nömrəsi
yerinə yetirilir. Yükləyicidə fiziki yaddaşın başlanğıc ünvanı və ünvandan asılı olan
sabitlər haqqında informasiya olur. Yükləyici virtual ünvanı fiziki ünvana çevirərək
proqramı fiziki yaddaşa yükləyir.
İkinci üsulda proqram yaddaşa dəyişməz olaraq virual ünvanlarla yüklənir.
Əməliyyat sistemi virtual ünvanlar fəzasına nəzərən proramın kodunun yerləşdiyi yeri qeyd
edir. Proqramın yerinə yetirilməsi zamanı operativ yaddaşa hər bir müraciətdə virtual
ünvan fiziki ünvana çevrilir. İkinci üsul daha çevikdir. Bu üsulda yerinə yetirilmə zamanı
proqramın yerini dəyişməsinə imkan verir. Ancaq birinci üsulda hər hər bir proqram üçün
ilkin olaraq konkret yaddaş sahəsi ayrılı.
Qeyd edək ki, birinci üsulda hər bir virtual
ünvanın fiziki ünvana çevrilməsi ancaq bir dəfə-yükləmə zamanı baş verir, ikinci üsulda isə
yaddaşa hər müraciət zamanı virtual ünvan fiziki ünvana çevrilir. Ona görə də yerini
dəyişən yükləyici çəkilən xərcləri azaldır.
Bəzi hallarda əvvəlcə proqramın operativ yaddaşın hansı
hissəsində yerinə
yetirilməsi məlum olarsa, onda translyator yerinə yetirilən kodu birbaşa fiziki ünvana verir.
Dostları ilə paylaş: