Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə11/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   ...   7   8   9   10   11   12   13   14   ...   54
Əməliyyat sisteminin fəaliyyəti. Müasir kompüterlərdə əməliyyat sisteminin 
funksiyalarının bir hissəsi sabit yaddaşda saxlanan proqramlarda reallaşdırılmışdı. Bu 
proqramlar giriş - çıxış baza sistemi (BİOS) adlanır. Kompüter şəbəkəyə qoşulan kimi ilkin 
yüklənmə proqramı icra edilir və kompüterin qurğularını yoxlayan diaqnostika 
proqramlarını işə qoşur. Bunda sonra əməliyyat sistemi operativ yaddaşa yüklənir. Sonra 
isə əməliyyat sisteminin nüvəsi - baş idarəedici proqram (və ya kommander, və ya 
dispetçer, və ya əməliyyat sisteminin monitoru) işə başlayır. Utilitlər lazım gəldikdə 
yüklənir və işləri başa çatan kimi operativ yaddaşdan silinir. Əməliyyat sisteminin nüvəsi 
ətraf mühitdən (klaviaturadan, mausdan və s.) daxil olan əmri təhlil edib müvafiq proqramı 
yaddaşda axtarır, tapırsa işə qoşur, tapmırsa, bu barədə məlumat verir. Dispetçer MS DOS- 
da command.com, Windows-da win.com adlanır. 
Proqramların icrasının idarə edilməsi. İlk zamanlar kompüterdə yalnız bir proqram 
işləyirdi və o, operativ yaddaşın sıfır nömrəli yuvasından aşlayaraq yerləşdirilirdi. Operativ 
yaddaşa bir neçə proqramın yerləşdirilməsi halında proqramın icrasından sonra onun 
yaddaşda ünvanı dəyişə bilir. 
Bu hal verilənlərin yerləşməsində də özünü göstərir. Buna görə də nisbi ünvan 
anlayışından istifadə edilir. Yəni, proqramın ilk ünvanı nə qədər sürüşürsə, həmin rəqəm 
qalan ünvanların üzərinə əlavə edilir. 
Müasir kompüterlərdə çoxsaylı proqram mərtəbələri mövcuddur ki, bunların da ən 
yüksək mərtəbəsində ƏS durur. Müxtəlif proqramlar qarşılıqlı fəaliyyət göstərə bilir. Daha 
doğrusu, bir proqram işləyərkən başqa proqramı işə qoşa bilir və özü başqa proqram 
vasitəsilə işə qoşula bilir. Başqa proqram vasitəsilə işə qoşularkən həmin proqram özünü 
alt proqram kimi aparır. Yəni, bu proqramın aldığı nəticələr hökmən onu işə qoşan proqram 
tərəfindən istifadə edilir. Bu o deməkdir ki, hər bir proqramın icrası müəyyən proqramlar 
əhatəsində baş tutur. Bütün bunlar isə ƏS tərəfindən idarə olunur. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin