Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi


NTFS - in FAT - la müqayisədə əsas üstünlükləri



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə20/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   ...   16   17   18   19   20   21   22   23   ...   54
NTFS - in FAT - la müqayisədə əsas üstünlükləri 
- verilənlərin mühafizəsinin müasir texnologiyasından istifadə imkanı 
- fayl və qovluqların şifrələnməsi , sıxılması və bərpası 
- çox böyük həcmli sərt disklərdə informasiyanı daha effektli və qənaətlə yerləşdirir 
- nasaz sektorların meydana çıxmasında klasterlərin əvəz olunmasının təmin edilməsi. 
Klasterdən təkrar istifadə etməmək üçün onun ünvanı yadda saxlanılır 
- fayl, qovluq və disklərin avtomatik sıxılmasını və açılmasını dəstəkləyir 
- diskin bölməsində faylın maksimal imkanla kəsilməz yazılması texnologiyası 
hesabına faylların fraqmentasiyası azalır 
- hər bir istifadəçi ayrıca Səbət (Zibil qutusu-Recycle Bin) ilə təmin olunur. 
8. Fayl strukturuna xidmət. Faylın yaradılması və adlandırılması 
İnformasiya disklərdə fayl şəklində saxlanılır. Fayl disk və ya başqa informasiya 
daşıyıcısında adlandırılmış bir sahədir. Faylda proqram mətni, sənəd, cədvəl, qrafik, şəkil, 
səs, videofilm və s. ola bilər. 
Disklərdə yerləşən fayl və kataloqlara müraciət etmək üçün disk aparıcısının adından 
istifadə olunur. Disk aparıcıları A:, B:, C:, D: və s. kimi adlandırılır. Fayllar mətn və ikilik 


21 
kateqoriyalarına bölünür. Mətn faylları istifadəçi tərəfindən oxunur. 
Əməliyyat sistemlərinin və başqa proqramların fayla müraciəti ücün fayllar 
işarələnməlidir. Belə işarələmə faylın adını təyin edir. Faylın adı 2 hissədən ibarətdir: 

Xüsusi ad 

Genişlənmə. 
Xüsusi ad genişlənmədən nöqtə ilə ayrılır. MS DOS əməliyyat sistemində faylın 
xüsusi adı ən çox 8 simvoldan ibarət ola bilər. Windows əməliyyat sistemində isə faylın 
xüsusi adı 255-ə qədər simvollardan ibarətdir. Faylın ikinci hissəsi 3 simvoldan ibarət olub, 
genişlənmə adlanır. Bəzən isə, Windows əməliyyat sistemi altında işləyən proqramların fayl 
adının genişlənməsi dörd və ya beş simvola qədər olur. Burada faylın tipi göstərilir. Xüsusi 
ad istifadəçi tərəfindən verilir, genişlənmə isə faylın tipi göstərərək avtomatik yazılır. Faylın 
xüsusi adının yazılışı(həmçinin onun genişlənməsi) üçün böyük və kiçik latın hərfləri
rəqəmlər və s. simvollar istifadə oluna bilər. Lakin \ / : * ? 
“ | . ; 
işarələrindən istifadə etmək olmaz. Fayl adlarının ümumi qəbul olunmuş bəzi 
genişlənmələri bunlardır: 
-“.com”, “.exe” - yerinə yetirilməyə hazır olan yəni icra olunan fayllar 
-“.bat” - əmrlər (batch) faylı 
-“.hlp” - məlumat, kömək faylı 
-“.bmp”, “.png” - rəsm tipli fayl 
-“.jpg” - statik təsvir tipli fayl 
-“.gif” - (dinamik) animasiya tipli fayl 
-“.txt” ,“.rtf”, “.doc”, “.docx” - mətn və sənəd tipli fayllar 
-“.dot”, “.dotx” - Word şablonlarının genişlənməsi 
-“.xls”, “.xlsx” - elektron cədvəl faylı 
-“.ppt” , “.pptx”, “.pot” - təqdimat faylı 
-“.pps”,“.ppsx” - nümayiş rejimində açılan təqdimat faylı 
-“.mdb”, “.accdb”, “.dat” - verilənlər bazası (vbis) faylı 
-“.wav” , “.mp3” , “.mid”, “.amr” - rəqəm formatında olan səs faylı 
-“.avi” , “.mpg” , “.vob”, “.mp4”, “.flv” - rəqəm formatında olan video faylı 
-“.dll” , “.lib” , “.obj” - kitabxana faylı 
-“.pub” - Publisher proqram faylı 
-“.html” , “.htm” - İnternet sənədinin formatı 
-“.pst” , “.pab” - elektron poçt 
-“.bak” - faylın surətini yaradır 
-“.sys” - sistem faylı 
-“.bas” - Basic dilində ilkin proqram faylı 
-“.pas” - Pascal dilində ilkin proqram faylı 
-“.c” - C dilində ilkin proqram faylı 
-“.asm” - Assembler dilinin proqram faylı 
-“.tmp” - əməliyyat sistemi və ya proqram tərəfindən müvəqqəti yaradılan fayl 
-“.zip”, “.rar”, “.arj”, “.tar”, “.jar”, “.cab”, “.lrh” - arxiv fayllarının genişlənməsi. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin