Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə21/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   ...   17   18   19   20   21   22   23   24   ...   54
Kataloqlar. Faylların adları maqnit disklərində kataloqlarda saxlanılır. Kataloq 
fayllar haqqında informasiyanı saxlayan xüsusi sahədir. Kataloq həmçinin direktoriya 
adlanır. Windows əməliyyat sistemində kataloq qovluq adlandırılıb. Kataloqda faylların tam 
adları, onların ölçüləri, yaradılma vəsonuncu düzəliş vaxtı və tarixi və s. haqqında məlumat 
saxlanılır. Əgər kataloqda faylın adı saxlanırsa, onda fayl bu kataloqda yerləşir. Kataloqun 
adlandırılması da faylda olduğu kimidir. Lakin kataloqun adının genişlənməsi olmur. 


22 
Kataloqun adları böyük, faylların adları kiçik hərflərlə qeyd edilir. Hər bir maqnit diskində 
bir baş və ya kök kataloq olur. Baş kataloqda fayllar və altkataloqlar (1 səviyyəli kataloqlar) 
qeyd olunur. Bu kataloqlarda fayllar və 2 səviyyə li kataloqlar qeyd olunur. Bu proses xeyli 
dərinliyə davam edə bilər. Bu halda maqnit diskində ağacvari(iyerarxik) struktur alınır. 
Məlumat daşıyıcısının ekranda alınan mündəricatında əvvəlcə kataloqların, sonra isə 
faylların adları yerləşir. 
Baş kataloqun faylın adınadək olan kataloqların siyahısı “fayl yolu” adlanır. Faylın 
yolunu göstərərkən kataloqların adları bir-birindən və faylın adından maili xətlə ayrılır. Baş 
kataloqun adından sonra iki nöqtə qoyulur. 
Fayl və kataloqların silinməsi. Hər bir disk daşıyıcısı sonsuz ölçüyə malik 
olmadığından, verilənlərin silinməsi vasitələrinin rolu böyükdür. Verilənlərin silinməsinin 3 
rejimi mövcuddur: çıxartmaq, ləğv etmək və silmək. Birinci 2 rejim əməliyyat sistemləri 
vasitəsi ilə yerinə yetirilir. Verilənlərin silinməsi isə xüsusi proqram vasitələri ilə həyata 
keçirilir. Faylların çıxardılması müvəqqəti xarakter daşıyır. Windows əməliyyat 
sistemlərində bu xüsusi qovluğun köməyi ilə həyata keçirilir ki, bu da “Səbət” adlanır. Fayl 
və qovluqlar çıxardıldıqda yerini dəyişərək səbətdə yerləşir. Bu əməliyyat sisteminin fayl 
strukturu səviyyəsində baş verir. Sərt diskin fayl sistemi səviyyəsində isə heç bir şey baş 
vermir. Yəni fayl hansı sektora yazılıbsa, orada qalır. Faylların ləğv olunması MS DOS əs-
də silmədə və ya Windows əs-də səbətin təmizlənməsində baş verir. Bu halda fayl tamamilə 
əməliyyat sisteminin fayl strukturundan çıxardılır, amma diskin fayl sistemi səviyyəsində 
faylda bir az dəyişiklik baş verir. Cədvəldə bu fayl çıxardılmış kimi qeyd olunur, amma 
fiziki olaraq fayl uz yerində qalır. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin