32
Status Bar (Vəziyyət sətri) - qovluq pəncərəsinin aşağı hissəndə yerləşir. Burada
qovluqda olan obyektlərin sayı, diskin boş hissəsinin həcmi və s məlumatlar əks olunur.
13. WINDOWS əməliyyat sistemində pəncərələrin növləri və
onlarla iş prinsipləri
İstifadəçinin qrafiki interfeysinin əsasını yaxşı düşünülmüş pəncərələr sistemi və
digər qrafik obyektləri təşkil edir. Pəncərə-ekranın monitorunda haşiyələnmiş düzbucaqlı
sahədir. Burada proqram, sənəd, məlumat təsvir edilir.
Pəncərə o zaman aktiv olur ki,
onunla həmin anda istifadəçi işləyir. Pəncərələrin bir neçə növü mövcuddur ki, onların
görünüşü təsvir olunan informasiyadan asılıdır. Bu pəncərələrin strukturu işlənmiş
standartlara uyğun təşkil edilmişdir. Belə tipik pəncərələrə
tətbiqi proqramlar pəncərəsi,
sənəd pəncərəsi, dialoq pəncərəsini misal göstərmək olar. “WINDOWS” sözünün
azərbaycan dilinə tərcüməsi “pəncərədir”. Burada işləyən proqram və ya sənəd əks olunur.
Pəncərə ölçülərinin idarə düymələri aşağıdakılardır:
1. Свернуть (Minimize) pəncərəni bükərək, onu məsələlər panelində yerləşdirir;
2. Развернуть (Maximize) pəncərəni ekran boyu açır;
3. Восстановить обратно (Restore Down) pəncərənin
əvvəlki ölçülərini bərpa
edir və bu düymə Развернуть düyməsinə çevrilir.
4. Закрыть (Close) pəncərəni bağlayaraq, proqramın işini sona çatdırır.
Alətlər paneli tez-tez istifadə olunan əməliyyatları yerinə yetirmək üçün əmərlər
düyməsini özündə saxlayır. Buradan düymələri istifadəçi özü təyin edə bilər.
Pəncərənin aşağı hissəsində yerləşən vəziyyət sətrini
ekranda əks etdirmək üçün
Dostları ilə paylaş: