Windows əməliyyat sistemində drayverlərlə iş. Konfiqurasiya fayllarının tərkibinə
çoxlu sayda drayverlər daxildir. Windows əməliyyat sistemində fəaliyyət göstərən
drayverlər Drspace.sys və Dblspace.sys. Bu drayverlər sıxlaşdırılmış disklərdəki
informasiya ilə işləməyə imkan verirlər. Kompüter yüklənərkən bu drayverlər Config.sys və Autoexec.bat fayllarındakı əmrlərdən əvvəl yüklənirlər və bu zaman yaddaşda hər biri 110 Kbayt yer tuturlar.
Display.sys drayveri rusifikasiya edilmiş şriftləri ekrana çıxarır.
RamDrive.sys drayveri proqramların yüklənməsinin tezləşdirmək üçün əməli
yaddaşda virtual disk yaradır. Bu drayveri istifadə etmək üçün tələb olunan proqramları
yaradılmış virtual diskə köçürüb həmin proqramların yerləşməsini Path əmrində göstərmək
lazımdır.
Mause.sys drayveri mausun işini idarə edir. HiMem.sys drayveri isə MS DOS
istifadəsində 64 Kbayt həcmindən yuxarı yaddaşda yer ayırır. Bu drayveri işə salmaq üçün
Пуск-Программы-Стандартные-Командная строка seçib ekrana çıxan MS DOS
sətrində himem.sys yazıb Enter basmaq lazımdır.
Ansi.sys drayveri MS DOS-un rəng təqdimatını dəyişməyə imkan verir. Bu drayver
displeyin rəng rejimlərini dəyişir, kursorun displey üzərində hərəkətini tənzimləyir. Bu
binar drayveri də MS DOS-un əmr sətrində Ansi.sys yazıb Enter-i basmaqla ekrana
çıxarmaq olar.
Setver.exe drayveri vasitəsilə MS DOS-a məxsus olan proqramların versiyalar
cədvəlinə baxmaq olur. Bu proqram vasitəsilə cədvəldə göstərilən proqram faylları üçün
saxta versiya nömrələri təyin etmək olur.
Kompüterin daxili və xarici qurğuların drayverləri haqda məlumat almaq üçün Мой компьютер üzərində mausun sağ düyməsini “klik” edib Свойства seçilir, sonra isə
ekrana çıxan Свойства системы pəncərəsində Оборудование səhifəsini açıb,