39
устройств pəncərəsi çıxır və onun daxilində qurğuların və drayverlərin adları, versiyaları,
həmin drayverlərin yararlıq dərəcələri göstərilir.
Drayveri yeniləmək üçün Обновить
драйвер seçmək lazımdır. Əgər hər hansı drayver istifadə edilmirsə, onda
Отключить
düyməsini basmaqla,
onu söndürmək,
Удалить düyməsini basmaqla isə tamamilə silmək
olur.
16. WINDOWS-un əmr sətrinin interfeysi
Bir neçə il bundan əvvəl kompüterlə əsas işləmə rejimi “əmr sətri” rejimi idi. Burada
əmrlər kompüterə klaviatura ilə daxil edilirdi. Məsələn, hal hazırda mətn prosessoru olan
MS Word proqramını yükləmək üçün Windows əməliyyat sisteminin İşçi masasında bu
proqramın nişanına siçanı sıxmaq kifayyətdir. Əvvəllər isə
DOS əməliyyat sistemlərində
isləyəndə bunun üçün C:\ WORD\ word.exe C:\doc\mybook.doc tipli əmr daxil etmək lazım
gəlirdi.
Hal hazırda əmr sətri rejimindən demək olar ki, istifadə olunmur.
Lakin əmr sətri
rejimi bütün müasir əməliyyat sistemlərində məsələn, Mac
OS və Linux-dan başlayaraq
Windows əməliyyat sisteminə qədər hamsında qalmışdır. Bu rejim əsasən mütəxəsislərə
“gizlin” xidməti proqramları işə salmaq üçün lazımdır.
Regedit reestr redaktorunu və Windows Msconfig tənzimləmə proqramını işə salmaq
üçün lazım gəlir, ona görə ki, bunları heç bir standart proqram menyusunda tapmaq olmur.
Windows 7- də axtarış sətri əmr sətrini nisbətən əvəzləmışdır,
lakin bəzi hallarda o
kömək edə bilmir. Məsələn, müəyyən proqramı hansısa əlavə açarla yükləmək lazım
gələndə axtarış sətri kömək edə bilmir. Misal kimi Ping əmrini göstərmək olar. Bu əmrin
köməyilə İnternetdə lazım olan qovşağa daxil olma imkanını yoxlayır, həmçinin ona
qədər siqnalın keçmə vaxtını yoxlayır. Bu əmr aşağıdakı kimi görünür:
Pingya.ru və ya Ping-t 213.180.206.1
Ping proqramını axtarış sətri ilə asanlıqla tapmaq olur,
lakin onu əlavə açarla
yükləmək olmur. Belə məsələləri həll etmək üçün Windows- da “əmr sətri” (Выполнить
(Run (İcra et))) vasitəsi vardır. Windows 7- də bunu çağırmaq üçün Win və R klavişlərini
birgə sıxmaq lazımdır. Bu zaman ekrana Выполнить (Run (İcra et)) adlı pəncərə çıxır. Bu
pəncərədə isə əmr sətri rejiminin bütün imkanlarını istifadə etmək olur.
Dostları ilə paylaş: