2.Fənnin məqsədi və hədəfləri: Fənnin məqsədi - tələbələrə ilk növbədə informasiyanın emalının təşkili və idarə edilməsi üçün istifadə edilən proqramlar kompleksini mənimsətmək, yeni informasiya texnologiyasının sürətli inkişafı və onun tətbiq sahələri məsələlərini tələbələrə dərk etdirmək, gələcəkdə iş fəaliyyətində necə proqramçı ola biləcəklərini onlara öyrətməkdir.
Fənnin hədəfləri - Bakalavr təhsil pilləsini bitirmiş mütəxəssis əməliyyat sistemləri fənnini mənimsəyərək aşağıdakı bilik və vərdişlərə yiyələnəcək:
1.MS-DOS əməliyyat sistemi ilə işləmək qaydalarının öyrənilməsi;
2.Windows əməliyyat sistemi ilə işləmək qaydalarının öyrənilməsi;
3.Windows əməliyyat sisteminin standart proqramları ilə işləmək qaydalarını öyrənmək;
4.Windows əməliyyat sisteminin standart proqramı olan Paint ilə şəkillərin müxtəlif formada redaktəsi prinsiplərinin öyrənilməsi;
5.Windows Explorer proqramı ilə işləmək qaydalarını öyrənmək;
“Əməliyyat sistemləri” kursunun proqramı 60 auditoriya saatı üçün nəzərdə tutulub – 30 saat mühazirə, 30 saat laboratoriya.
3.Mövzular və onların məzmunu
Mövzu 1. Proqram təminatı.Sistem proqram təminatı. Komputerin proqram təminatı. Əməliyyat sistemləri. Texniki xidmət proqramları. Servis proqramları. Proqramlaşdırma sistemləri.
Mövzu 2. Əməliyyat sistemləri anlayışı,əməliyyat sistemlərinin təsnifatı. DOS, OS/2, UNİX, LİNUX, MAC OS və Windows əməliyyat sistemlərinin ailələri.
Mövzu 3. MSDOS əməliyyat sistemi, yüklənməsi və əmrləri. MSDOS əməliyyat sisteminin yüklənmə qaydaları və istifadəsi.
Mövzu 4. Fayllar. Faylların əsas xarakteristikaları. Fayl sistemləri. Fayl anlayışı. MS-DOS və Windows əməliyyat sistemlərində fayl ad və genişlənmələrinə qoyulan tələblər. FAT 16, FAT 32 və NTFS fayl sistemləri.
Mövzu 5. Qovluq və fayllar üzərində əməliyyatlar. Fayl və kataloqların yaradılması və adlandırılması, adlarının dəyişdirilməsi, silinməsi. Faylların xassələri.