Azərbaycan Tibb Universiteti Qidalanma və kommunal gigiyena kafedrası



Yüklə 109,73 Kb.
səhifə3/6
tarix16.05.2022
ölçüsü109,73 Kb.
#58097
1   2   3   4   5   6
2ci is Azərbaycan Tibb Universiteti Qidalanma və kommunal gigiyena kafedrası

Albumin.

Albuminlər (laktoalbumin) südün qiymətli zülallarından hesab olunur. Onlar südü qaynatdıqda pıxtalaşır, köpük əmələ gətirir və qismən qabın dibinə çökür. 

Qlobulin.

  Qlobulinlər (laktoqlobulin və immunoqlobulinlər) miqdarca “ağız südü”ndə daha çox olur ki, bu da körpə heyvanların orqanizmində müdafiə sistemini formalaşdırır. Ümumiyyətlə, “ağız südü” tərkib etibarilə zülallar, yağlar, immun cisimlər, fermentlər və vitaminlərlə zəngin olur.



Süd yağları.

Süd yağının tərkibində 20-yə yaxın doymuş və doymamış yağ turşuları vardır. Onların arasında əvəzolunmaz polidoymamış yağ turşuları (linol, linolen və s.) az, doymuş iri molekullu yağ turşuları (miristin, palmitin, stearin və b.) isə əksinə, çoxdur. Süd yağının tərkibində olan iri molekullu doymamış araxidon və kiçik molekullu yağ turşuları (başlıca olaraq, yağ turşusu), həmçinin triasilqliseridlər və fosfolipidlər (lesitin, kefalin və b.) onun qida əhəmiyyətini daha da artırır. Yağlılığına görə camış südü qoyun südünə yaxındır (7-8 %). İnək və keçi südündə isə yağlılıq 3,5-4 % təşkil edir. Ümumiyyətlə, bir qayda olaraq laktasiya dövrünün sonunda əldə olunan südün tərkibində yağların miqdarı daha çox olur.




Yüklə 109,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin