Azərbaycan Tibb Universiteti üzrə 2013/2014 cü tədris ilində


Əhmədova Ülkər Eldar qızı



Yüklə 14,93 Mb.
Pdf görüntüsü
səhifə11/31
tarix02.01.2022
ölçüsü14,93 Mb.
#6989
1   ...   7   8   9   10   11   12   13   14   ...   31
Əhmədova Ülkər Eldar qızı

 

2008-ci ildə Bakı 



şəhərindəki 207 

saylı orta məktəbi 

əla qiymətlərlə 

bitirərək 610 balla 

Azərbaycan Tibb 

Universitetinin (ATU) 

II Müalicə-profilaktika 

fakültəsinə daxil 

olub.  Universitetlərdə 

təhsil aldığı 

müddətdə müxtəlif 

elmi konfranslarda 

iştirak edib. 2009-cu ildə Tələbə Elmi 

Cəmiyyətinin (TEC) 77-ci yekun elmi 

konfransında qalib olduğu üçün diploma 

layiq görülüb. II Mamalıq və ginekologiya 

kafedrasında “Preeklampsiya və eklampsiya 

perinatal nəticələr” mövzusunda elmi iş 

götürüb və 2012-ci ildə TEC-in fakültə 

konfransında qalib olub. 2012-2013-cü illərdə 

Almaniya-Azərbaycan Tibbi Əməkdaşlıq 

Cəmiyyətinin (GAMCA) təşkil etdiyi 

radiologiya, laparoskopiya üzrə keçirilən 

treyninq kurslarında iştirak edərək müvafiq 

sertifikatlara layiq görülüb. ATU-nun Tələbə 

Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkil 

etdiyi “5 günlük rezident ol” layihəsində 

iştirak edib və ATU TTK-nın Daxili xəstəliklər 

kafedrasında tələbə-rezident olub. 2013-

cü ilin avqust ayında GAMCA-nın Summer 

Medical School layihəsi çərçivəsində 

Almaniyanın Mannhaym Universitet 

Klinikasının damar cərrahiyyəsi şöbəsində 

bir aylıq hospitasyon keçib. Bundan başqa 

bir sıra nüfuzlu kurslarda iştirak edərək 

sertifikatlar almışdır. 

Arzusu Almaniyanın yüksək ixtisaslı 

nüfuzlu klinikalarının birində rezidentura 

təhsilini davam etdirməkdir. İnterventional 

kardiologiya üzrə ixtisaslaşıb və ölkəmizdə 

yeni inkişaf edən bu sahədə yaxşı 

mütəxəssis kimi formalaşmaq və Hippokrat 

andını rəhbər tutaraq doğma Vətənimizdə 

insanların sağlamlığı keşiyində durmaq 

niyyətindədir.


Yüklə 14,93 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin