Azərbaycan Tibb Universiteti üzrə 2013/2014-cü tədris ilində
Dövlət Attestasiya Komissiyası sədrlərinin hesabatı dinlənilmişdir
BÖYÜK ELMİ ŞURADA
Azərbaycan
Tibb
Universiteti nin
həkimləri unikal bir əməliyyat icra
ediblər. ATU-nun Tədris Cərrahiyyə
Klinikasında texniki baxımdan çox
mürəkkəb
olan
mikrocərrahiyyə
əməliyyatı sayəsində 6 yaşlı oğlanın
qolu kəsilməkdən xilas edilib.
İyunun
15-də
Quba
rayonundan
olan 6 y
aşlı Tanrıverdi Allahverdiyev
yelləncəkdən yıxılıb. O, yıxılarkən
dirsəyinin üstünə düşüb. Dirsək sümü-
yü tam sınıb və az qala dərini deşərək
bayıra çıxıbmış. Uşaq ağır vəziyyətdə
Tədris Cərrahiyyə Klinikasına gətirilib
və əməliyyata alınıb.
Əməliyyat mikrocərrahiyyə sahəsində
iki tanınmış mütəxəssis - ürək-damar
uzmanı Mirəli Məcidov və tibb elmləri
namizədi Cəfər Nəsirli tərəfindən
gerçəkləşdirilib. Lakin bundan sonra
növbəti, daha ağır əməliyyata da zərurət
yaranıb. Mirəli Məcidov deyir ki, uşaq
ATU-nun Tədris Cərrahiyyə Klinikasına
“Sol bazu kondilusunun qapalı sınığı”
diaqnozu ilə daxil olub: “Əməliyyat za-
manı sınıq sümük bərpa olundu. Lakin
5-6 saat sonra bəlli oldu ki, uşağın sol
əlində nəbz itib, işemiya əlamətləri baş-
layıb, sağ qolla müqayisədə sol qolda
hərəkət çətinləşib”.
Doppler müayinəsi zamanı bəlli olub
ki, sol qolda qan yalnız dirsəyin ortası-
na kimi gedir, qan aşağı hissəyə işləmir.
M.Məcidov söyləyir ki, damar trombozu
uşağın qolunun kəsilməsi ilə nəticələnə
bilərdi: “Böyüklərdən fərqli olaraq,
uşaqların damarları incə olur, 2 mm
qalınlığında damarlardır. Adətən belə
hallarda böyük xəstələrdə protezlərdən
istifadə edirdik. Uşaqlarda
belə imkan olmur. Ona görə
təcili olaraq uşağı yenidən
əməliyyata götürdük”.
Həkimlər gecə saat 12-də
yenidən əməliyyata giriblər.
Dirsəkdəki damarın 3-4
sm-lik hissəsi tamamilə
əzildiyindən çıxardılıb. Sağ
ayaqdan bir hissə damar
götürülərək sol qola qoyu-
lub.
Əgər dərhal müdaxilə
olmasaydı,
uşağın
qolu
dirsəkdən
aşağı
kəsilməliydi. 6 saat davam
edən əməliyyat uğurlu keçib. Artıq
T.Allahverdiyev reanimasiyadan palata-
ya köçürülüb. Vəziyyəti qənaətbəxşdir,
qolunda hərəkət başlayıb, ağrıları da
keçmək üzrədir.
Dostları ilə paylaş: |