İyunun 23-də Bakıda “Azərbaycan və Mərkəzi Asiya”
səhiyyə sammiti öz işinə başlamışdır.
AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan, Qa-
zaxıstan, Qırğızıstan, Tacikistan və Gürcüstandan
40-a yaxın mütəxəssis iştirak edir.
Sammitin açılışında çıxış edən “Oliver Kinross”
təşkilatının meneceri Maximilian Lejman təmsil etdi-
yi təşkilatın fəaliyyəti barədə məlumat vermişdir.
Sammitin həmsədri Nabil Seyidov Bakıda keçirilən
bu tədbirin əhəmiyyətindən danışmışdır. Qeyd
etmişdir ki, sammitin məqsədi müxtəlif ölkələrin
səhiyyə sahəsində peşəkarlarını bir araya gətirmək
və ən yaxşı təcrübələri bölüşməkdir.
Bildirilmişdir ki, tədbir iştirakçıları təmsil etdikləri
ölkələrin səhiyyə nazirlikləri, klinikaları, tibb işçiləri
arasında mövcud əlaqələrin genişləndirilməsi,
yeni əlaqələrin yaradılması məsələlərini müzakirə
edəcəklər. Eyni zamanda, tibbi xidmətlərin
keyfiyyətinin yüksəldilməsi məqsədi ilə yeni texno-
logiyaların tətbiqi imkanlarının araşdırılması mövzu-
sunda fikir mübadiləsi aparmışlar.
Sonra Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər
Xəstəlikləri İnstitutunun direktor müavini İradə
Axundova Azərbaycanda vərəm xəstəliyinin
müalicəsi və profilaktikası istiqamətində həyata
keçirilən layihələrdən danışmışdır. Bildirilmişdir
ki, Azərbaycanda Vərəmlə mübarizə üzrə Dövlət
Proqramı və Milli Strategiya çərçivəsində xəstəliyin
yayılmasının qarşısının alınması məqsədilə bir
sıra tədbirlər həyata keçirilmişdir. Respublikanın
şəhər və rayonlarında vərəm xəstəxanalarının ti-
kintisi və təmiri aparılmışdır. Elmi-Tədqiqat Ağciyər
Xəstəlikləri İnstitutunda yaradılmış Milli Referens
Laboratoriyası ilə yanaşı mikrobioloji müayinələrin
aparılması Gəncə və İmişlidə də təşkil edilmişdir.
Bu laboratoriyalar müasir diaqnostik cihaz və ava-
danlıqla təchiz edilmişdir. Vərəmin diaqnostikasının
yaxşılaşdırılması, vərəmin multirezistent forma-
lı xəstələrin aktiv müalicəyə cəlb olunması, geniş
miqyaslı profilaktik tədbirlərin görülməsi, vərəmli
xəstələrin birinci və ikinci sıra dərman preparatla-
rı ilə tam təmin olunması nəticəsində epidemioloji
vəziyyətin stabilləşməsinə nail olunmuşdur. Bunun-
la yanaşı, bu xəstəlikdən ölüm göstəricisi son 10 il
ərzində 2,6 dəfə azalmışdır.
Qırğız
Respublikası
Səhiyyə
Nazirliyinin
nümayəndəsi Mederbek İsmaılov “Qırğız Respub-
likasının səhiyyə sistemi” mövzusunda məruzə ilə
çıxış etmişdir.
Toplantıda digər ölkələrin tibb mütəxəssislərinin də
məruzələri dinlənilmişdir.
Sammit iyunun 24-də başa çatmışdır.
Dostları ilə paylaş: |