http://www.amu.edu.az
25 iyun 2014-ъц ил
2
İyunun
17-də
Azərbaycanın
səhiyyə
işçilərinin peşə bayramı münasibəti ilə
səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi
ilə geniş kollegiya iclası keçirilmişdir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər ki, tədbiri giriş sözü ilə
acan nazir O.Şirəliyev tibb işçilərini bayram
münasibətilə təbrik etmiş, onlara işlərində
uğurlar arzulamışdır.
Tibb işçilərinin bu bayramı ulu öndər Heydər
Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı
əsasında qeyd etdikləri diqqətə çatdırılmış.
Eyni zamanda, son illərdə səhiyyənin idarə
olunması, tibb müəssisələrinin maddi-texni-
ki bazasının gücləndirilməsi, yeni tibbi tex-
nologiyaların tətbiqi, köklü kadr islahatları
istiqamətində həyata keçirilmiş tədbirlərdən da-
nışılmışdır. Qeyd edilmişdir ki, Prezident İlham
Əliyevin diqqət və qayğısı nəticəsində 500-dən
artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış
tibb müəssisəsi ən müasir avadanlıqlarla təmin
olunmuşdur.
Kollegiyada, həmçinin səhiyyənin kardio-
cərrahiyyə, sümük iliyinin transplantasiyası, irsi
qan xəstəlikləri kimi prioritet sahələrində qaza-
nılmış uğurlardan da danışılmışdır.
Daha sonra kollegiya katibi bir qrup səhiyyə
işçisinin “Tərəqqi” medalı və fəxri adlarla təltif
edilməsi haqqında Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin sərəncamlarını oxu-
muşdur.
Tədbirin sonunda bir sıra tibb işçisinə mükafat
və hədiyyələr təqdim edilmişdir.
Dostları ilə paylaş: