İbrahimli Ülkər İsaq qızı
Cəlilabad rayonunda ana-
dan olub. Nizami rayonundakı
214 saylı orta məktəbi 2008-ci
ildə bitirərək 630 balla ATU-
nun I MPF-nə daxil olub. Orta
məktəbdə kimya, xarici dil və
tarix fənni üzrə olimpiadaların
rayon və şəhər turlarında iştirak
edərək I və II yerə layiq görülüb.
2012-ci ildə Türkiyə Respubli-
kasında kardiologiya üzrə konfransda iştirak edib.
2012-ci ilin avqust ayında İstanbul Universitetinin
Tibb fakültəsində iş təcrübəsi keçib.
Universitetdə oxuduğu illərdə TEC-in üzvü
olub. ATU-nun tələbə birliyinin hazırladığı “5
gün rezident ol” layihəsində onkologiya üzrə
rezident işləyib və ATU-nun rektoru, akademik
Ə.Əmiraslanov tərəfindən sertifikata layiq görülüb.
Məqsədi ATU-nu bitirdikdən sonra təhsilini Alma-
niyada davam etdirmək, bacarıqlı mütəxəssis kimi
yetişməkdir.
Dostları ilə paylaş: |