Əfəndiyeva Günel Mustafa qızı
Bakı şəhərində ana-
dan olub. 2008-ci ildə
Nizami rayonundakı
N.Həmzəyev adına
238 saylı orta məktəbi
bitirərək 610 balla
ATU-nun I Müalicə-
profilaktika fakültəsinə
daxil olub. Orta
məktəbdə oxuduğu
zaman bir sıra olim-
piadalarda iştirak edərək müvəffəqiyyət qaza-
nıb. 2013-cü ildə Fransada Hematologiya üzrə
keçirilən konfransda iştirak edib və sertifikatla
təltif olunub. Universitetdə oxuduğu illərdə ATU-
nun Tələbə Elmi Cəmiyyətinin üzvü olub. Patoloji
fiziologiya kafedrasından “Şəkərli diabet və onun
qara ciyərə təsiri”, Daxili xəstəliklərin propedevti-
kası kafedrasından “Miokard infarktı” mövzusun-
da elmi işlər işləyib və diplomlarla təltif olunub.
ATU tələbə birliyinin hazırladığı “5 gün rezident
ol” layihəsində onkologiya üzrə rezident işləyib
və ATU-nun rektoru, akademik Ə.Əmiraslanov
tərəfindən sertifikatla təltif olunub.
Arzusu ATU-nu bitirdikdən sonra seçdiyi ixtisas
üzrə xalqına və vətəninə layiqli oftalmoloq-həkim
kimi xidmət etməkdir.
Dostları ilə paylaş: |