Azərbaycan Tibb Universiteti üzrə 2013/2014 cü tədris ilində



Yüklə 234.99 Kb.
PDF просмотр
səhifə1/3
tarix25.11.2016
ölçüsü234.99 Kb.
  1   2   3

Azərbaycan 

Tibb Universiteti 

üzrə 2013/2014-

cü tədris ilində 

Dövlət Attestasiya 

Komissiyası 

sədrlərinin hesabatı 

dinlənilmişdir

 

Universitetimizin tələbəsi şahmat 



üzrə Azərbaycan Çempionatının 

qalibi oldu

ATU-nun Tədris Cərrahiyyə 

Klinikasında unikal 

əməliyyat - 6 yaşlı uşağın 

sınmış qoluna ayaqdan 

damar köçürülüb

     Ãÿçåò 

1933 - úö èëäÿí ÷ûõûð.          

№ 12 (1587) 25 iyun 2014 - úц èë                         Ãèéìÿòè 40 ãÿïèê

Prezident İlham Əliyev Azərbaycan 

səhiyyə işçilərinin “Tərəqqi” medalı 

ilə təltif edilməsi haqqında sərəncam 

imzalayıb.

* * *

Prezident İlham Əliyev Azərbaycan 

səhiyyə işçilərinə fəxri adların verilməsi 

haqqında sərəncam imzalayıb.

ÀÒÓ-íó ÿëà ãèéìÿòëÿðëÿ áèòèðÿí áöòöí ìÿçóí ëàðû  

ñÿìèìè ãÿëáäÿí òÿáðèê åäèð, ìöñòÿãèë ùÿêèìëèê 

ôÿàëèééÿòè ö÷öí âÿñèãÿ àëàí ýÿíúëÿðèìèçÿ áþéöê 

óüóðëàð äèëÿéèðèê!

3

3

Dövlət 

imtahanları başa 

çatdi, nəticələr 

qənaətbəxşdir

Azərbaycanın 

səhiyyə işçiləri peşə 

bayramlarını qeyd 

etmişlər

Bu sayımızda

2

4-5

 7

7

Bu gün ATU-da buraxılış günüdür!



http://www.amu.edu.az

25 iyun  2014-ъц ил

2

İyunun 

17-də 

Azərbaycanın 

səhiyyə 

işçilərinin  peşə  bayramı  münasibəti  ilə 

səhiyyə  naziri  Oqtay  Şirəliyevin  rəhbərliyi 

ilə geniş kollegiya iclası keçirilmişdir.

Səhiyyə  Nazirliyinin  mətbuat  xidmətindən 

AzərTAc-a bildirmişlər ki, tədbiri giriş sözü ilə 

acan  nazir  O.Şirəliyev  tibb  işçilərini  bayram 

münasibətilə  təbrik  etmiş,  onlara  işlərində 

uğurlar arzulamışdır.

Tibb işçilərinin bu bayramı ulu öndər Heydər 

Əliyevin  2001-ci  il  4  iyun  tarixli  Sərəncamı 

əsasında  qeyd  etdikləri  diqqətə  çatdırılmış. 

Eyni  zamanda,  son  illərdə  səhiyyənin  idarə 

olunması,  tibb  müəssisələrinin  maddi-texni-

ki  bazasının  gücləndirilməsi,  yeni  tibbi  tex-

nologiyaların  tətbiqi,  köklü  kadr  islahatları 

istiqamətində həyata keçirilmiş tədbirlərdən da-

nışılmışdır. Qeyd edilmişdir ki, Prezident İlham 

Əliyevin diqqət və qayğısı nəticəsində 500-dən 

artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış 

tibb müəssisəsi ən müasir avadanlıqlarla təmin 

olunmuşdur.

Kollegiyada,  həmçinin  səhiyyənin  kardio-

cərrahiyyə, sümük iliyinin transplantasiyası, irsi 

qan xəstəlikləri kimi prioritet sahələrində qaza-

nılmış uğurlardan da danışılmışdır.

Daha  sonra  kollegiya  katibi  bir  qrup  səhiyyə 

işçisinin  “Tərəqqi”  medalı  və  fəxri  adlarla  təltif 

edilməsi  haqqında  Azərbaycan  Respublikası 

Prezidenti  İlham  Əliyevin  sərəncamlarını  oxu-

muşdur.


Tədbirin sonunda bir sıra tibb işçisinə mükafat 

və hədiyyələr təqdim edilmişdir.



İyunun  23-də  Bakıda  “Azərbaycan  və  Mərkəzi  Asiya” 

səhiyyə sammiti öz işinə başlamışdır.

AzərTAc  xəbər  verir  ki,  tədbirdə  Azərbaycan,  Qa-

zaxıstan,  Qırğızıstan,  Tacikistan  və  Gürcüstandan 

40-a yaxın mütəxəssis iştirak edir.

Sammitin  açılışında  çıxış  edən  “Oliver  Kinross” 

təşkilatının meneceri Maximilian Lejman təmsil etdi-

yi təşkilatın fəaliyyəti barədə məlumat vermişdir.

Sammitin həmsədri Nabil Seyidov Bakıda keçirilən 

bu  tədbirin  əhəmiyyətindən  danışmışdır.  Qeyd 

etmişdir  ki,  sammitin  məqsədi  müxtəlif  ölkələrin 

səhiyyə sahəsində peşəkarlarını bir araya gətirmək 

və ən yaxşı təcrübələri bölüşməkdir.

Bildirilmişdir  ki,  tədbir  iştirakçıları  təmsil  etdikləri 

ölkələrin  səhiyyə  nazirlikləri,  klinikaları,  tibb  işçiləri 

arasında  mövcud  əlaqələrin  genişləndirilməsi, 

yeni  əlaqələrin  yaradılması  məsələlərini  müzakirə 

edəcəklər.  Eyni  zamanda,  tibbi  xidmətlərin 

keyfiyyətinin yüksəldilməsi məqsədi ilə yeni texno-

logiyaların tətbiqi imkanlarının araşdırılması mövzu-

sunda fikir mübadiləsi aparmışlar.

Sonra  Səhiyyə  Nazirliyi  Elmi-Tədqiqat  Ağciyər 

Xəstəlikləri  İnstitutunun  direktor  müavini  İradə 

Axundova  Azərbaycanda  vərəm  xəstəliyinin 

müalicəsi  və  profilaktikası  istiqamətində  həyata 

keçirilən  layihələrdən  danışmışdır.  Bildirilmişdir 

ki,  Azərbaycanda  Vərəmlə  mübarizə  üzrə  Dövlət 

Proqramı və Milli Strategiya çərçivəsində xəstəliyin 

yayılmasının  qarşısının  alınması  məqsədilə  bir 

sıra  tədbirlər  həyata  keçirilmişdir.  Respublikanın 

şəhər  və  rayonlarında  vərəm  xəstəxanalarının  ti-

kintisi və təmiri aparılmışdır. Elmi-Tədqiqat Ağciyər 

Xəstəlikləri  İnstitutunda  yaradılmış  Milli  Referens 

Laboratoriyası  ilə  yanaşı  mikrobioloji  müayinələrin 

aparılması  Gəncə  və  İmişlidə  də  təşkil  edilmişdir. 

Bu laboratoriyalar müasir diaqnostik cihaz və ava-

danlıqla təchiz edilmişdir. Vərəmin diaqnostikasının 

yaxşılaşdırılması,  vərəmin  multirezistent  forma-

lı  xəstələrin  aktiv  müalicəyə  cəlb  olunması,  geniş 

miqyaslı  profilaktik  tədbirlərin  görülməsi,  vərəmli 

xəstələrin  birinci  və  ikinci  sıra  dərman  preparatla-

rı  ilə  tam  təmin  olunması  nəticəsində  epidemioloji 

vəziyyətin stabilləşməsinə nail olunmuşdur. Bunun-

la yanaşı, bu xəstəlikdən ölüm göstəricisi son 10 il 

ərzində 2,6 dəfə azalmışdır.

Qırğız 

Respublikası 



Səhiyyə 

Nazirliyinin 

nümayəndəsi  Mederbek  İsmaılov  “Qırğız  Respub-

likasının  səhiyyə  sistemi”  mövzusunda  məruzə  ilə 

çıxış etmişdir.

Toplantıda digər ölkələrin tibb mütəxəssislərinin də 

məruzələri dinlənilmişdir.

Sammit iyunun 24-də başa çatmışdır.



Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər 

Əliyevin  2001-ci  il  4  iyun  tarixli  Sərəncamına 

əsasən,  hər  il  iyunun  17-si  ölkəmizdə  tibb 

işçilərinin peşə bayramı günü kimi qeyd olunur. 

Bununla  əlaqədar  səhiyyə  naziri  Oqtay  Şirəliyev, 

Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil 

Əliyev,  Azərbaycan  Tibb  Universitetinin  rektoru,  Milli 

Məclisin deputatı, akademik Əhliman Əmiraslanov və 

tibb ictimaiyyətinin nümayəndələri iyunun 17-də Fəxri 

xiyabana  gələrək  xalqımızın  ümummilli  lideri,  müasir 

müstəqil  Azərbaycan  dövlətinin  memarı  və  qurucusu 

Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı 

önünə əklil qoymuşlar.

Görkəmli  oftalmoloq  alim,  akademik  Zərifə  xanım 

Əliyevanın  məzarı  üzərinə  də  əklil  qoyulmuş,  gül 

dəstələri düzülmüşdür.

Tibb  işçiləri  görkəmli  ictimai  xadim,  böyük  səhiyyə 

təşkilatçısı  Əziz  Əliyevin  və  tanınmış  elm  xadimi  Ta-

merlan  Əliyevin  də  məzarları  üzərinə  tər  çiçəklər 

düzmüşlər.

Sonra  Şəhidlər  xiyabanına  gələn  səhiyyə  işçiləri 

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda 

mübarizədə canlarından keçmiş qəhrəman Vətən öv-

ladlarının xatirəsini ehtiramla yad etmiş, “Əbədi məşəl” 

abidəsinin önünə əklil qoymuşlar.



Səhiyyə işçiləri ümummilli lider Heydər Əliyevin məzarını 

və Şəhidlər xiyabanını ziyarət etmişlər

Azərbaycanın səhiyyə işçiləri peşə bayramlarını qeyd etmişlər

Bakıda “Azərbaycan və Mərkəzi Asiya” səhiyyə sammiti keçirilib

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 

maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə 

aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Abbasova Nəcibə Ələkbər qızı

Abbasova Səidə Həbib qızı

Abdullazadə Əbülfəz Abdulla oğlu

Əliyeva Bəhriyə Cabbar qızı

Qafarov Lütfi Cəlal oğlu

Qəmbərova Məhəbbət İslam qızı

Mahmudov Elşad Müzəffər oğlu

Məmmədov Cavid Mahal oğlu

Zülfüqarov Vaqif Paşa oğlu



İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyun 2014-cü il

Azərbaycan Respublikası Konstitusiyasının 

109-cu maddəsinin 32-ci bəndini rəhbər 

tutaraq qərara alıram:

Azərbaycan səhiyyəsinin inkişafındakı 

xidmətlərinə görə aşağıdakı şəxslərə 

Azərbaycan Respublikasının fəxri adları 

verilsin:

“Əməkdar Həkim”

Abbasova Pəri Mahmud qızı

Eyvazov Taryel Əli oğlu

Həsənov Bəxtiyar Əbdül Hüseyn oğlu

Həsənova Şirinnaz İsa qızı

Hüseynov Rüstəm Hüseyn oğlu

Mahmudov Rəşad Məmmədqulu oğlu

Məlikova Şərəbanı Höccət qızı

Rufullayeva Sadiqə Qiyas qızı

Rzayev Arif İsa oğlu

Rzayeva Elmira Şahsuvar qızı

Səfərova Pərvanə Əli qızı

Şıxəliyev Yavər Şıxəli oğlu

Xankişiyev Ramiz Səfər oğlu



“Əməkdar Müəllim”

Cümşüdov Cümşüd Həsən oğlu

Gəraybəyli Gəray Çingiz oğlu

Məmmədəliyeva Dilarə Əli qızı



“Əməkdar Tibb İşçisi”

Çobanova Ziyafət Məclum qızı

Həsənova Nişanə Qəşəm qızı

Məmmədova Leyla Mircəfər qızı

Məmmədova Validə Abbas qızı

Mövsumova Gülbacı Əli qızı

Muxtarova Roza İmran qızı

Seyidova Esmiralda Rafiq qızı

Urazina Svetlana Əzizovna

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyun 2014-cü il

Azərbaycan Respublikasının səhiyyə işçilərinin 

“Tərəqqi” medalı ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının səhiyyə işçilərinə 

fəxri adların verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 

Sərəncamı


25 iyun   2014-ъц ил

http://www.amu.edu.az

3

­

u



­

İyunun 23-də Böyük 

Elmi Şura 2013/2014-

cü tədris ilinin son 

iclasını keçirdi. İclası 

açan universitetin tədris 

işləri üzrə prorektoru

ə.e.x., professor Sabir 

Əliyev ilk öncə bu 

günlərdə səhiyyə 

işçilərinin peşə bayramı 

ilə əlaqədar ölkə başçısı 

cənab İlham Əliyevin 

Sərancam imzaladığını 

diqqətə çatdırdı və 

universitetimizin  

əməkdaşları professor 

Gəray Gərayzadə 

dosent Cümşüd 

Cümşüdovu «Əməkdar 

müəllim» fəxri adı 

almaları münasibətilə 

təbrik etdi. Daha 

sonra prorektor uşaq 

yoluxucu xəstəliklər 

kafedrasının müdiri, tibb 

elmləri doktoru Nərgiz 

Hüseynovanı 70 illik 

yubileyi münasibətilə 

təbrik edərək, alimin 

universitetimizin 

həyatındakı xidmətlərini 

xüsusi vurğuladı, 

gələcək   işlərində  ona 

uğurlar dilədi.  

 

Sonra Azərbaycan Tibb Universi-

teti üzrə 2013/2014-cü tədris ilində 

Dövlət  Attestasiya  Komissiyası 

sədrlərinin  hesabatı  dinlənilmiş  və 

gənc  mütəxəssislərin  hazırlanma-

sı  keyfiyyətinin  yaxşılaşdırılma-

sı  işində  universitet  kollektivinin 

vəzifələri” müzakirə edilmişdir. 

Attestasiya 

Komissiyasının 

sədrləri 

müalicə-profilaktika 



fakültəsi  üzrə  Elmi-Tədqiqat  Trav-

matologiya və Ortopediya İnstitutu-

nun direktoru, ə.e.x., professor Va-

qif Verdiyev,  II müalicə-profilaktika 

fakültəsi  üzrə  Ə.Əliyev  adına 

Həkimləri  Təkmilləşdirmə  İnstitu-

tunun  psixiatriya  və  narkologiya 

kafedrasının  müdiri,  tibb  elmləri 

doktoru  Teymur  Qafarov,  pediat-

riya  fakültəsi  üzrə  Ə.Əliyev  adına 

Həkimləri Təhkimləşdirmə İnstitutu-

nun dosenti Rəqsanə Məmmədova, 

tibbi-profilaktika  ixtisası  üzrə  Res-

publika Taun Əleyhinə Stansiyanın 

direktor  müavini,  t.e.f.d.  Şair  Qur-

banov,  tibbi-biologiya ixtisası üzrə  

Milli Onkologiya Mərkəzinin baş di-

rektorunun elmi işlər üzrə müavini, 

professor  Murad Məmmədov, sto-

matologiya  fakültəsi  üzrə  Ə.Əliyev 

adına  Həkimləri  Təkmilləşdirmə 

İnstitutunun  stomatologiya  kafed-

rasının  dosenti  Həsən  Əsədov, 

əczaçılıq  fakültəsi  üzrə  Əczazılıq 

və  Tibb  Sənayesi  Birliyinin  baş 

direktoru  Rüstəm  Rüstəmbəyov, 

hərbi  tibb  fakültəsi  və  hərbi  tibb 

məktəbi  üzrə  Attestasiya  Komis-

siyasının  sədr  müavini  Hərbi  Tibb 

İdarəsinin rəis müavini, t\x polkov-

niki    Həşim  Cəfərov  dövlət  imta-

hanlarının  yekunları  və  nəticələri 

haqqında  ətraflı  məlumat  verdilər. 

İmtahanlarda tələbələrin biliklərinin 

obyektiv  qiymətləndirildiyini,  bu-

ilki  tələbələrin  bilik  səviyyəsinin 

yüksək olduğunu söylədilər. 

Komissiya sədrləri dövlət buraxı-

lış  imhanlarının  yüksək  səviyyədə 

keçirilməsi  üçün  hər  cür  imkanın 

yaradıldığını,  tələbələrin  obyektiv-

lik  şəraitində  yüksək  bilik  nüma-

yiş  etdirdiklərini,  əlaçılar  sırasında 

keçən illə müqayisədə bu il qızların 

çoxluq  təşkil  etdiyini  xüsusi  qeyd 

etdilər.


Böyük  Elmi  Şura  2014/2015-ci 

tədris ili üçün universitet üzrə tədris 

planını  və  2014/2015-ci  tədris 

ili  üçün  ATU-nun  iş  planını  da 

təsdiqlədi.

Hesabatlara yekun vuran prorek-

tor S.Əliyev komissiya sədrlərinə öz 

təşəkkürünü bildirdi və onların hər 

birinin  çalışdıqları  sahədə  mahir 

mütəxəssislər  olduğunu  vurğula-

yaraq dedi kı, həqiqətəndə dövlət-

buraxılış  imtahanları  çox  yüksək 

səviyyədə təşkil olunub, universite-

timizin  rektoru,  hörmətli  akademik 

Ə.Əmiraslanov demək olar ki, imta-

hanların  hamısında  iştirak  edibdir. 

İmtahanların  nəticələrinə  gəldikdə 

isə  elə  bir  narazılığın  olmadığını 

qeyd etdi, bu və digər məsələlərin 

rektoryanı  və  metodik  şuralarda 

müzakirə olunacağını bildirdi.

Sonra  universitetin  prorektoru, 

professor Sabir Əliyevin əczaçılığın 

təşkili  və  əczaçılıq  texnologiyası 

kafedrası adının «əczaçılığın təşkili 

və  idarə  olunması»  kimi  adlandı-

rılması  barədə  təklifi  şura  üzvləri 

tərəfindən 

müzakirə 

olunaraq 

qəbul edildi.

Sonda  müxtılif  məsələlərdən 

söhbət  açan  prorektor    professor-

müəllim  heyətinə  mənalı  istirahət 

arzuladı şura  üzvlərini və Dövlət At-

testasiya Komissiyasının sədrlərini 

iyunun  25-də  keçiriləcək  ATU-nun 

növbəti  buraxılış  gecəsinə  dəvət 

etdi.

MƏNSUR

Azərbaycan Tibb Universiteti üzrə 2013/2014-cü tədris ilində 

Dövlət Attestasiya Komissiyası sədrlərinin hesabatı dinlənilmişdir

BÖYÜK  ELMİ ŞURADA

Azərbaycan 

Tibb 

Universiteti nin 

həkimləri  unikal  bir  əməliyyat  icra 

ediblər.  ATU-nun  Tədris  Cərrahiyyə 

Klinikasında  texniki  baxımdan  çox 

mürəkkəb 

olan 

mikrocərrahiyyə 

əməliyyatı  sayəsində  6  yaşlı  oğlanın 

qolu kəsilməkdən xilas edilib. 

İyunun 


15-də 

Quba 


rayonundan 

olan  6  y

aşlı  Tanrıverdi  Allahverdiyev 

yelləncəkdən  yıxılıb.  O,  yıxılarkən 

dirsəyinin üstünə düşüb. Dirsək sümü-

yü tam sınıb və az qala dərini deşərək 

bayıra  çıxıbmış.  Uşaq  ağır  vəziyyətdə 

Tədris  Cərrahiyyə  Klinikasına  gətirilib 

və əməliyyata alınıb. 

Əməliyyat mikrocərrahiyyə sahəsində 

iki  tanınmış  mütəxəssis  -  ürək-damar 

uzmanı  Mirəli  Məcidov  və  tibb  elmləri 

namizədi  Cəfər  Nəsirli  tərəfindən 

gerçəkləşdirilib.  Lakin  bundan  sonra 

növbəti, daha ağır əməliyyata da zərurət 

yaranıb.  Mirəli  Məcidov  deyir  ki,  uşaq 

ATU-nun Tədris Cərrahiyyə Klinikasına 

“Sol  bazu  kondilusunun  qapalı  sınığı” 

diaqnozu ilə daxil olub: “Əməliyyat za-

manı sınıq sümük bərpa olundu. Lakin 

5-6 saat sonra bəlli oldu ki, uşağın sol 

əlində nəbz itib, işemiya əlamətləri baş-

layıb,  sağ  qolla  müqayisədə  sol  qolda 

hərəkət çətinləşib”.

Doppler  müayinəsi  zamanı  bəlli  olub 

ki, sol qolda qan yalnız dirsəyin ortası-

na kimi gedir, qan aşağı hissəyə işləmir. 

M.Məcidov söyləyir ki, damar trombozu 

uşağın qolunun kəsilməsi ilə nəticələnə 

bilərdi:  “Böyüklərdən  fərqli  olaraq, 

uşaqların  damarları  incə  olur,  2  mm 

qalınlığında  damarlardır.  Adətən  belə 

hallarda böyük xəstələrdə protezlərdən 

istifadə  edirdik.  Uşaqlarda 

belə imkan olmur. Ona görə 

təcili  olaraq  uşağı  yenidən 

əməliyyata götürdük”. 

Həkimlər gecə saat 12-də 

yenidən əməliyyata giriblər. 

Dirsəkdəki  damarın  3-4 

sm-lik  hissəsi  tamamilə 

əzildiyindən  çıxardılıb.  Sağ 

ayaqdan  bir  hissə  damar 

götürülərək  sol  qola  qoyu-

lub.

Əgər  dərhal  müdaxilə 



olmasaydı, 

uşağın 


qolu 

dirsəkdən 

aşağı 

kəsilməliydi.  6  saat  davam 



edən  əməliyyat  uğurlu  keçib.  Artıq 

T.Allahverdiyev reanimasiyadan palata-

ya  köçürülüb.  Vəziyyəti  qənaətbəxşdir, 

qolunda  hərəkət  başlayıb,  ağrıları  da 

keçmək üzrədir.

Günel ASlANOvA,

Mətbuat xidmətinin katibi

ATU-nun Tədris Cərrahiyyə Klinikasında unikal əməliyyat - 

6 yaşlı uşağın sınmış qoluna ayaqdan damar köçürülüb


http://www.amu.edu.az

25 iyun  2014-ъц ил

4

Əhmədli Nərmin Cəfər qızı

 

 

Bakı şəhərində 

anadan olub. Nəsimi 

rayonunda yerləşən 

42 saylı orta məktəbi 

2008-ci ildə bitirərək 

601 balla ATU-nun     

I müalicə-profilaktika 

fakültəsinə daxil 

olub. Orta məktəbdə 

rayon və şəhər 

üzrə keçirilən olim-

piadalarda kim-

ya fənni üzrə iştirak edib və II yerə çıxıb.                                                                                                 

Daxili xəstəliklərin propedevtikası kafedrasın-

dan “Arterial Hipertenziya” mövzusunda elmi 

tədqiqat işi aparıb və diploma layiq görülüb.                                                                                                       

Universitetdə keçirilən Alman Azərbaycan 

Əməkdaşlıq Cəmiyyətində (GAMCA) 

də ümumi cərrahiyyə istiqamətində iş-

tirak edib və diplomla təltif olunub.                                                                                                    

Arzusu ATU-nu bitirdikdən sonra seçdiyi 

ginekologiya ixtisası üzrə yüksək səviyyəli 

mütəxəssis kimi yetişərək anaların və dünyaya 

göz açan körpələrimizin sağlamlığı keşiyində 

dayanmaqdır.



Əhmədova Ülkər Eldar qızı

 

2008-ci ildə Bakı 



şəhərindəki 207 

saylı orta məktəbi 

əla qiymətlərlə 

bitirərək 610 balla 

Azərbaycan Tibb 

Universitetinin (ATU) 

II Müalicə-profilaktika 

fakültəsinə daxil 

olub.  Universitetlərdə 

təhsil aldığı 

müddətdə müxtəlif 

elmi konfranslarda 

iştirak edib. 2009-cu ildə Tələbə Elmi 

Cəmiyyətinin (TEC) 77-ci yekun elmi 

konfransında qalib olduğu üçün diploma 

layiq görülüb. II Mamalıq və ginekologiya 

kafedrasında “Preeklampsiya və eklampsiya 

perinatal nəticələr” mövzusunda elmi iş 

götürüb və 2012-ci ildə TEC-in fakültə 

konfransında qalib olub. 2012-2013-cü illərdə 

Almaniya-Azərbaycan Tibbi Əməkdaşlıq 

Cəmiyyətinin (GAMCA) təşkil etdiyi 

radiologiya, laparoskopiya üzrə keçirilən 

treyninq kurslarında iştirak edərək müvafiq 

sertifikatlara layiq görülüb. ATU-nun Tələbə 

Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkil 

etdiyi “5 günlük rezident ol” layihəsində 

iştirak edib və ATU TTK-nın Daxili xəstəliklər 

kafedrasında tələbə-rezident olub. 2013-

cü ilin avqust ayında GAMCA-nın Summer 

Medical School layihəsi çərçivəsində 

Almaniyanın Mannhaym Universitet 

Klinikasının damar cərrahiyyəsi şöbəsində 

bir aylıq hospitasyon keçib. Bundan başqa 

bir sıra nüfuzlu kurslarda iştirak edərək 

sertifikatlar almışdır. 

Arzusu Almaniyanın yüksək ixtisaslı 

nüfuzlu klinikalarının birində rezidentura 

təhsilini davam etdirməkdir. İnterventional 

kardiologiya üzrə ixtisaslaşıb və ölkəmizdə 

yeni inkişaf edən bu sahədə yaxşı 

mütəxəssis kimi formalaşmaq və Hippokrat 

andını rəhbər tutaraq doğma Vətənimizdə 

insanların sağlamlığı keşiyində durmaq 

niyyətindədir.

Fərzəlibəyova Mədinə Səlim qızı 

 

1988-ci ildə Bakı 

şəhərində anadan olub. 

1995-2006-cı  illərdə 

Səbail rayonunun 160 

nömrəli orta məktəbini 

bitirib. 2006-cı ildə ATU-

ya qəbul olub və universi-

teti fərqlənmə diplomu ilə 

başa vurur.

Rus, ingilis, italyan dillərini bilir. Bir sıra 

beynəlxalq və ölkə daxilində keçirilmiş 

tədbirlərdə, o cümlədən elmi simpozium və 

tələbə düşərgələrində Azərbaycanı təmsil 

edib.

2009-cu ildə AR üzrə Tədbirlər proqramı 



çərçivəsində keçirilmiş “Reproduktiv sağlam-

lıq, o cümlədən HİV / AİDS təlimatçılarının 

təlimi” kursunda iştirak edərək müvafiq ser-

tifikata yiyələnib. Bir sıra elmi nəşrlərdə və 

mətbuat orqanlarında məqalələri dərc olunub.

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə