Azərbaycan Tibb Universiteti üzrə 2013/2014 cü tədris ilində



Yüklə 234.99 Kb.
PDF просмотр
səhifə3/3
tarix25.11.2016
ölçüsü234.99 Kb.
1   2   3

Azərbaycanda  stomatoloji  fənlərin  tədrisi 

ilk  dəfə  1925-ci  ildə  yaradılmış  Diş  Həkimliyi 

İnstitutunda 

aparılmışdır. 

İnstitut 

ləğv 

edildikdən  sonra  1930-cu  ildə  yaradılmış 

Azərbaycan  Dövlət  Tibb  İnstitutunun  müalicə-

proifilaktika  fakültəsinin  verdiyi  ixtisaslara 

stomatologiya  ixtisası  da  daxil  edilmişdir.   

Stomatologiya  fakültəsi  sərbəst  fakültə  kimi 

1954-cü ildə yaradılmışdır.

Həmin il fakültə dekanı olan professor Rüstəm 

Ə

liyev  ixtisasca  farmakoloq  idi.  O,  eyni 



zamanda  əczaçılıq  fakültəsinin  də  dekanı  idi. 

1959-cu  ildən  isə  fakültəyə  yenə  də  ixtisasca 

farmakoloq  olan  professor  Həmid  Abdullayev 

rəhbərlik  etməyə  başlamışdır.  Hazırda  fakültə 

dekanı  vəzifəsini  professor  Zöhrab  Qarayev 

yerinə yetirir.

Fakültədə  gələcək  həkim  -  stomatoloqlar 

təhsil  alır.  2002-ci  ildə  ulu  öndər  Heydər 

Əliyevin qayğ ısı sayəsində ATU-nun stomatoloji 

klinikası  təşkil  edilmişdir.  Bu  yaxınlarda 

klinikanın nəzdində yenicə tikilən tədris mərkəzi 

tələbələrin  ixtiyarına  verilmişdir.  Fakültədə  9 

kafedra və 1 kurs fəaliyyət göstərir. 

Fakültələrimiz bu gün

I müalicə-profilaktika fakültəsi

PEDİATRİYA FAKÜlTƏSİ

STOMATOlOGİYA  FAKÜlTƏSİ

TİBBİ-PROFİlAKTİKA vƏ TİBBİ-BİOlOGİYA FAKÜlTƏSİ

Hərbi Tibb Fakültəsi

II müalicə-profilaktika fakültəsi

Müalicə-profilaktika 

fakültələri

Əczaçılıq fakültəsi 


25 iyun   2014-ъц ил

http://www.amu.edu.az

7

D

övlət-buraxılış  imtahanları  ar-

tıq  sona  çatıb.  İmtahanların 

gedişatında  obyektivlik  və  şəffaflıq 

gözlənilmiş,  hər  bir  tələbənin  hazır-

laşıb  sərbəst  cavab  verməsi  üçün 

əlverişli şərait yaradılmışdır.  

İmtahanların  nəticələri  ilə  daha  yaxın-

dan  tanış  olmaq,  builki  məzunlar  haq-

qında  statistik  məlumatlar  almaq  üçün  I 

müalicə işi fakültəsinin dekanı, professor 

Abuzər Qazıyev, II müalicə işi fakültəsinin 

dekanı,  dosent  Taryel  İsmayılov,  pediat-

riya  fakültəsinin  dekanı,  dosent  Nəriman 

Nağıyev,  tibbi-profilaktika  və  tibbi-biolo-

giya  fakültəsinin  dekanı,  dosent  Aydın 

Məmmədov,  stomatologiya  fakültəsinin 

dekanı, professor Zöhrab Qarayev,  hərbi 

tibb  fakültəsinin  rəisi,  tibb  xidməti  pol-

kovnik-leytenantı  Fəxrəddin  Ağayev  və 

əczaçılıq  fakültəsinin  dekanı,  professor 

Tahir Süleymanovla əlaqə saxladıq.

Məlum  oldu  ki,  I  müalicə  işi  fakültəsini 

bu  il  254  nəfər  bitirir.  Bunlardan  216-sı 

Azərbaycan, 22-si rus, 16-sı isə ingilis dili 

bölmələrinin məzunlarıdır. Bu məzunların 

sırasında  8-i  Prezident  təqaüdçüsü  ol-

maqla 24 tələbə fərqlənmə diplomuna la-

yiq görülmüşdür.    

II müalicə işi fakültəsini bu il 267 nəfər 

bitirir.  Bunlardan  231-i  Azərbaycan, 

36-sı  rus    bölməsinin  məzunudur.  Bu 

məzunların  sırasında  3-ü  Prezident 

təqaüdçüsü olmaqla 28 tələbə fərqlənmə 

diplomuna layiq görülmüşdür.

Hər  iki  fakültənin  tələbələri  cərrahi 

xəstəliklər,  daxili  xəstəliklər,  mamalıq  və 

ginekologiya fənlərindən dövlət imtahan-

ları vermişlər. 

Pediatriya  fakültəsini  bu  il  186  nəfər 

bitirir.  Bunlardan  161-i  Azərbaycan, 

25-i  isə    rus  bölməsinin  məzunudur.  Bu 

məzunların sırasında 14 nəfər fərqlənmə 

diplomuna layiq görülmüşdür.    

Tələbələr  uşaq  xəstəlikləri  və  uşaq 

cərrahlığı  fənlərindən  dövlət  imtahanları 

vermişlər.

Stomatologiya  fakültəsini    200  nəfər 

tələbə  başa  vurur.  Onlardan  98  nəfəri 

Azərbaycan  vətəndaşı,  102  nəfəri  isə 

əcnəbidir.  Builki məzunlar dörd fəndən se-

mestr imtahanı, üç fəndən isə-terapevtik 

stomatologiya,  ortopedik  stomatologiya 

və  ağız,  üz-çənə  cərraihyəsi  fənlərindən 

yekun  dövlət  imtahanı  veriblər.  İmtahan-

lar  iki  mərhələdə  -  bacarıqlar  və  nəzəri 

biliklər hissəsindən ibarət olmuşdur. 

Tibbi  profilaktika  və  tibbi  biologiya 

fakültəsini  tibbi  profilaktika  ixtisası  üzrə 

bitirməli  olan  44  tələbə,  eyni  zamanda 

keçən  il  dövlət  imtahanlarına  buraxılmış 

5  nəfər  son  kurs  tələbəsi  2013-2014-cü 

tədris  ilində  akademik  borclarını  təkrar 

dinləmələr  vasitəsilə  ləğv  etdikləri  və 

müvafiq  tədris  kreditlərini  topladıqları 

üçün  dövlət  imtahanlarına  buraxılmışlar. 

Beləliklə,  dövlət  imtahanlarına  buraxılan 

49 nəfər tələbə imtahanları uğurla verərək 

həkim adına layiq görülmüşlər. 

Tibbi  biologiya  ixtisası  üzrə  təhsil  alan 

məzunlar  artıq  3-cü  ildir  ki,  kredit  siste-

minin tələblərinə uyğun olaraq dövlət im-

tahanlarını  iki  mərhələdə  verirlər.  İxtisas 

üzrə son kursda təhsil alan 30 tələbədən 3 

nəfəri təhsil proqramını yerinə yetirmədiyi 

üçün dövlət imtahanlarına buraxılmamış-

dır.  Eyni  zamanda  keçən  il  dövlət  imta-

hanlarına  buraxılmış  3  nəfər  son  kurs 

tələbəsi 2013-2014-cü tədris ilində akade-

mik borclarını təkrar dinləmələr vasitəsilə 

ləğv etdikləri və müvafiq tədris kreditlərini 

topladıqları üçün dövlət imtahanlarına bu-

raxılmışlar. Dövlət imtahanlarından uğur-

la keçən 27 nəfər tələbəyə həkim-bioloq 

adı verilmişdir.

  Əczaçılıq  fakültəsini  64  tələbə  biti-

rir.    Onların  16  nəfəri  əcnəbi  tələbədir. 

Məzunlar toksikoloji kimya, əczaçılıq kim-

yası,  farmakoqnoziya,  əczaçılığın  təşkili 

və  əczaçılıq  texnologiyası  fənlərindən 

diplom müdafiəsi etmişlər. 

Qeyd  edək  ki,  şəffaflıq  və  tələbkarlıq 

şəraitində keçirilmiş imtahanlarda heç bir 

münaqişə  halı  yaranmamışdır.  Xırda  na-

razılıqlar  operativ  olaraq  Dövlət  Attesta-

siya Komissiyası tərəfindən yerindəcə də 

həll edilmişdir.

ATU-nun rektoru, millət vəkili, akademik 

Əhliman Əmiraslanov dövlət-buraxılış im-

tahanlarının gedişini daim nəzarətdə sax-

lamışdır.

*  *  *


Yay-semestr  imtahanlarına  gəldikdə 

isə “Virtual Test Mərkəzi”nin məlumatına 

əsasən, 

imtahanlarda 

5000-ə 

ya-


xın  tələbə  130  adda  fəndən  imtahan 

verəcək.  Əvvəlki  illərə  nisbətən  imtahan 

verən  tələbələrin  sayı  çoxalıb,  testə  sa-

lınan sualların sayı artıb və bir qədər də 

mürəkkəbləşdirilib.  Həmçinin  müəyyən 

fənlər üzrə test bankı yaradılıb. Bir sözlə, 

bu  sistemin  özündə  yenilik  olmasa  da,  

müsbətə doğru xeyli dəyişikliklər var.

İmtahanlar  başlayan  gündən  hörmətli 

rektorumuz,    millət  vəkili,    akademik 

Əhliman  Əmiraslanov    dəfələrlə  “Virtual 

Test  Mərkəzi”nə  gələrək    tələbələrlə  gö-

rüşüb,  onların  imtahanla  bağlı  fikirlərini 

dinləyib,    problemləri    ilə  yaxından    ma-

raqlanıb.  Rektorla    tələbələrin  bütün 

görüşlərində klassik imtahanla yeni virtu-

al test imtahanlarının fərqli cəhətlərindən 

söhbət açılıb. Tələbələrin böyük əksəriy-

yəti  bu sistemin   daha ədalətli və obyek-

tiv olduğunu dönə-dönə vurğulayıblar.

 

Mərkəzdən  bildirilib  ki,  yay-semestr 



imtahanları  rektorun  müvafiq  əmrinə 

əsasən iyul ayının 3-də başa çatacaq.



Qabil ABDUllAYEv

Dövlət imtahanları başa çatdi, nəticələr qənaətbəxşdir

İyunun 7-də Bakıda şahmat oyunu 

üzrə  kişilər  arasında  Azərbaycan 

çempionatı  başa çatdı.

Azərbaycan Tibb Universitetinin əczaçılıq 

fakültəsinin 802-ci qrup tələbəsi, Beynəlxalq 

qrossmeyster  Ülvü  Bacarani  bu  yarışlarda 

uğurla  cıxış  etdi  və  Azərbaycanın  mütləq 

çempionu fəxri adını qazandı.

Sonuncu turda  Beynəlxalq qrossmeyster 

Zaur Məmmədova  qalib gəlməklə mümkün 

olan  7  xaldan  5  xal  yığdı  və  gızıl  medala 

sahib oldu.

 Yarışlarda iştirak edən 8 idmançının 5 nəfəri Beynəlxal qrossmeyster və 3 

nəfəri Beynəlxalq idman ustası idi.

Ülvü Bacarani bu qələbəsi ilə öz reytinq cədvəlinə 14,8 xal əlavə elədi.

Bu ilin sentyabr ayında Bilbao şəhərində (İspaniya)  şahmat üzrə Avropa 

Kuboku keçiriləcək. Həmin yarışlarda Azərbaycanın “Odlar Yurdu” yığma 

komandasının tərkibində yer alan tələbəmiz Ülvü Bacarani də öz gücünü 

sınayacaq.

Gələcək yarışlarda Ülvü Bacaraniyə müvəffəqiyyətlər  arzulayırıq!



S.İSAYEvA,

İdman klubunun sədri

Universitetimizin tələbəsi şahmat üzrə Azərbaycan

 Çempionatının qalibi oldu

A

zərbaycan Tibb Universitetində Türkiyəli alimlərin iştirakı ilə canlı telekonfrans keçirilib. 

Bağlantıya ATU professorları ilə yanaşı, Türkiyənin Bilim Universiteti, Şişli “FlORENCE 

NİGHTİNGAlE” Araşdırma və Uyğulama xəstəxanasının mütəxəssisləri qatılıblar.

ATU-nun  Tədris  Tera-

pevtik Klinikasında baş tu-

tan  canlı  telekonfrans  za-

manı Metabolik xəstəliklər 

zamanı  qaraciyər  trans-

plantasiyası  mövzusunda 

çıxışlar olub. Bu mövzuda 

professor  Dr.  Yaman  To-

kat, Yıldıray Yüzey, Ahmet 

Aydın  və  Tülay  Erkan  da-

nışıblar.  Həmçinin,  depo 

xəstəlikləri, 

aminturşu 

metobolizm pozğunluqları, 

üzvi  asimediyalar  mövzu-

sunda məruzələr səslənib. 

Canlı bağlantının sonunda xəstəlik faktlarına dair müzakirələr aparılıb. Konfrans zamanı Azərbaycan 

Tibb Universitetində aparılan müayinə və müalicələr, əməliyyatlar barədə videofaktlar açıqlanıb. Öz 

növbəsində,  türkiyəli  mütəxəssislər  də  müzakirə  olunan  xəstəliklərə  dair  həyata  keçirilən  uğurlu 

müalicələr haqqında məlumatları, foto və video çarxları nümayiş etdiriblər.

ATU-nun mətbuat xidməti

ATU-da Türkiyə tibb mərkəzləri ilə telekonfrans keçirilib


http://www.amu.edu.az

25 iyun   2014-ъц ил

ADR parlementi 

1919-cu ilin sentyabr 

ayının 1-də Bakı 

Dövlət Universitetinin 

təsis edilməsi haqda 

qərar qəbul etmişdir. 

Universitetin ən 

böyük fakültələrindən 

biri tibb fakültəsi 

olmuşdur.

*   *   *

1920-ci ildə Azərbaycan Dövlət Universitetinin tibb 

fakültəsinin heyətində 12 professor, 2 dosent və 27 assistent 

çalışmışdır.

*   *   *

Universitetdə tədris işlərinə ilk azərbaycanlı kadrlar 

M.Topçubaşov və M.Mirqasımov dəvət edilmişlər.

*   *   *

1922-ci ildə universitetin ilk buraxılışında 30 nəfər həkim 

diplomu almışdır. Onlardan yalnız 3 nəfəri azərbaycanlı 

olmuşdur.

*   *   *

Azərbaycan Tibb İnstitutunda uzun müddət kafedra müdiri 

işləyən Adilə xanım Şaxtaxtinskaya (1894-1951) elmlər 

doktoru adını alan ilk azərbaycanlı mama-ginekoloq qadındır.

*   *   *

Azərbaycanın ilk qadın elmlər doktoru da tibb mütəxəssisi 

olmuşdur. Bu, 1929-ci ildə oftalmologiya sahəsində elmlər 

doktoru adını almış Sona xanım Əlixanovadır.

*   *   *

BDU-nun tibb fakültəsində 10 il ərzində 1407 həkim 

hazırlanmışdır.

*   *   *

Azərbaycan Dövlət Tibb İnstitutu Azərbaycan SSR Xalq 

Komissarları Sovetinin 19 iyun 1930-cu il tarixli qərarı ilə 

yaradılmışdır.

*   *   *

Fəaliyyətdə olduğu 10 il ərzində ADTİ-yə (1930-1940) 4733 

tələbə qəbul olunmuşdur.

*   *   *

ATDİ-yə tələbə qəbulu artırılaraq 1970-1980-ci illərdə 1300 

nəfərə çatmışdır.

*   *   *

1980-ci ilin 22 avqusunda yaradılmasının 50 illiyi 

münasibətilə ADTİ SSRİ Ali Sovetinin fərmanı ilə «Qırmızı 

Əmək Bayrağı Ordeni» ilə təltif edilmişdir.

*   *   * 

Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1991-ci ildə 

ADTİ Azərbaycan Dövlət Tibb Universiteti statusunu almışdır.

*   *   *

Öz fəaliyyəti dövründə Tibb Universitetində 60 minə yaxın 

həkim və provizor hazırlanmışdır. ATU ali təhsil sahəsində 

Avropa İttifaqı, Mərkəzi və Şərqi Avropa ölkələri ilə Şərqi 

Asiya Ölkələri arasında əməkdaşlıq Tempus Tasis proqramına 

görə Transavropa əməkdaşlığının üzvüdür.

*   *   *

Universitet 1996-cı ildə dünya ali təhsil müəssisələrinin 

Beynəlxalq Reyestrinə daxil edilmişdir.

*   *   *

2000- ci ildə ulu öndər Heydər Əliyevin dəstəyi ilə ATU-nun 

həyatında strateji əhəmiyyət kəsb edən hərbi tibb fakültəsi 

yaradılmışdır.

*   *   *

2002-ci  ildə ATU Avropa Universitetlər Assosiasiyasına 

tam hüquqlu üzv qəbul edilmişdir.

*   *   *

Prezident İlham Əliyev 2010- cu il 28 aprel tarixində 

Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi 

haqqında sərəncam imzalamışdır.

Hərbi tibb fakültəsinin  III kurs,  1132

b

  qrup tələbəsi  Fərzəliyev Fuad Asif 



oğlunun adına verilmiş  qiymət kitabçası və tələbə bileti  itdiyi üçün etibarsız 

sayılır.


II müalicə-profilaktika  fakültəsinin  II kurs,  304

a

  qrup tələbəsi  Sabirzadə 



Samir Azər oğlunun adına verilmiş  tələbə bileti  itdiyi üçün etibarsız sayılır.

Áàø ðåäàêòîð

ÅËÄÀÐ ÈÑÌÀÉÛË

Ìüÿëëèôëÿðëÿ  ðåäàêñèéàíûí 

ìþâãåéè  üñò-üñòÿ äüøìÿéÿ áèëÿð.

ßëéàçìàëàð  ýåðè  ãàéòàðûëìûð.

Qəzet “Òÿáèá”  ãÿze òè íèí  

êîìïyuòåð ìÿð êÿ zèíäÿ éûğûëûð, 

ñÿùè ôÿ ëÿíèð, “Áÿõòèéàð-4” ÈÊØ-äÿ 

÷àï îëóíóð

.      

Ц Н В А Н Ы М Ы З:

Мярданов гардашлары - 100

2-ъи мяртябя,

тел.: 595-24-97

tabibqazeti@gmail.com

Ëèñåíçèéà Н - 022633

Èíäåêñ -0269

Ñàéû 4000

Ñèôàðèø: 160

Dövlətimizin apardığı 

ardıcıl islahatlar  bütün 

sahələrdə olduğu kimi 

elm və təhsildə də özü-

nü    göstərir.  Son  illər 

ölkə rəhbərinin diqqət 

və  qayğısı nəticəsində  

Azərbaycan  Tibb  Uni-

versitetinin    mad-

di-texniki 

bazası-

nın  yaxşılaşdırılması 

istiqamətində  bir  sıra 

əhəmiyyətli  tədbirlər 

həyata 

keçirilmiş, 

res publikamızda 

ali 

təhsilli  tibbi  kadrların  

yüksək  səviyyədə  ha-

zırlanması  məqsədilə 

bir  sıra  tədris  klinika-

ları  tikilib  istifadəyə 

verilmişdir.

Vaxtilə Azərbaycan Tibb Uni-

versitetinin klinik fənləri tədris 

edən  bir  çox  kafedralarının 

paytaxtımızın  müxtəlif  rayon-

larının  ərazisində  yerləşməsi 

səbəbindən  tədris  prosesinin 

təşkilinə  və  nəzəri  fənlərin 

praktik  təcrübə  ilə  daha  sıx 

əlaqələndirilməsinə 

mənfi 

təsir göstərirdi. 



1998-ci  il  sentyabrın  28-də 

ATU-  nun  11  mərtəbəli  tədris 

binasının  və  2000-ci  il  iyun 

ayının  19–da  ümummilli  lide-

rimiz  Heydər 

Əliyevin iştirakı 

ilə Azərbaycan 

Tibb  Universi-

tetinin  70  illik 

təntənəli  yubi-

ley  tədbirində 

isə  böyük  akt 

zalının  açılışı 

olmuşdur.  Hər 

iki  mərasimdə  

ulu 


öndər 

Heydər  Əliyevin  proqram  xa-

rakterli  geniş  tarixi  nitqləri 

toplantı  içtirakçıları  tərəfindən 

gurultulu  alqışlarla  qarşılan-

mışdır. 


2002- ci ildə   ümummilli lider 

Heydər Əliyevin diqqət və qay-

ğısı  sayəsində  Azərbaycan 

Tibb Universitetinin ilk klinika-

sı  olan  Stomatoloji,    2006-  cı 

ildə isə ölkə prezidenti cənab 

İlham 

Əliyevin 



yaxından 

köməkliyi  ilə  Onkoloji    Klini-

kanın  yaradılması  haqqında 

hökumət  strukturunda  qərar 

qəbul edildi.

2007-ci  ilin  avqust  ayın-

da    Azərbaycan  Tibb  Uni-

versitetinin 

rektoru, 

millət vəkili, akademik 

Əhliman Əmiraslanov 

çoxprofilli  terapevtik 

klinikaya  olan  ehti-

yacın  zəruriliyi  haq-

qında  ölkə  rəhbəri 

cənab  Ilham  Əliyevə 

müraciət  etmiş  və 

möhtərəm  prezident 

bu  müraciətə  dərhal 

cavab  verərək  elə 

həmin ilin 11 sentyab-

rında ATU-nun Tədris 

Terapevtik  Klinikasının  yara-

dılması  haqqında  sərəncam 

imzalamışdır.

Az  sonra  2007-ci  il  sent-

yabrın  18-də    Azərbaycan 

Tibb  Universitetinin  çoxprofilli  

Tədris  Terapevtik  Klinikasının 

təməli  qoyulmuş  və  2010-cu 

il  oktyabrın 1-də 14 mərtəbəli 

bu möhtəşəm klinikanın açılış 

mərasimi olmuşdur. 

2008-ci  il  martın  13-də  

Azərbaycan  Respublikasının 

Prezidenti cənab İlham Əliyev 

Azərbaycan  Tibb  Universi-

tetinin  daha  bir  yeni  Tədris 

Cərrahiyyə  Klinikasının  yara-

dılması  haqqında    sərəncam 

imzalayır.    Çox  keçmir  ki, 

2013-cu  il    oktyabrın  12-də 

ümumi ərazisi 45 min kvadrat-

metr  olan  bu  cərrahiyönümlü 

klinika  bütün  müasir  avadan-

lıqlarla  təchiz  edilərək    ATU-

nun  müəllim  və  tələbələrinin 

ixtiyarına verilir . 

Hər iki unikal klinikanın açılış 

mərasimlərində  ölkə  başçısı, 

möhtərəm Prezidentimiz İlham 

Əliyev və Heydər Əliyev Fon-

dunun  Prezidentı,  YUNESKO 

və  İSESKO-nun  xoşməramlı 

səfiri,  Milli  Məclisin  deputatı  

Mehriban  xanım  Əliyeva  işti-

rak etmişlər.  

Beləliklə,  yuxarıda qeyd edil-

diyi  kimi  müxtəlif  ərazilərdə 

yerləşən kafedraların vahid bir 

məkanda  mərkəzləşdirilməsi  

Azərbaycan  Tibb  Universi-

tetinin  bu  istiqamətdə  tədris 

prosesinin  təşkilinin  yaxşılaş-

dırılması  və  həmçinin  elmi-

tədqiqat  işlərinin  aparılması 

üçün  böyük  imkanlar  yarat-

mışdır. 


M.ƏlƏKBƏRlI

ATU rəqəmlərin dili ilə 

ATU rəqəmlərin dili ilə 

Azərbaycan Tibb Universitetinə 

Dövlət qayğısı
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə