• mədə - bağırsaq (gecikmiş) mərhələsi - iştahanın pozulması, arıqlama, diareya, ürəkbulanma, qarın boşluğunda dövri şəkildə ağrı (göbəkətrafı nahiyədə), baş ağrıları, dişlərin qıcanması, əsəbilik, yuxunun pozulması, bəzən qıcolmalar qeyd olunur. Helmintlər öd yollarından keçərkən qaraciyər nahiyə-sində ağrılar, appendiksə keçərkən appendisit, bağırsaqlarda toplandıqda isə bağırsaq keçilməməzliyi əmələ gətirir.
• qurdqovucu dərmanlardan – albendazol 3 yaşdan yuxarı 10 mq/kq olmaqla gündə 2 dəfə (səhər, axşam) 1-3 gün müddətində,yeməkdən 20-30 dəqiqə əvvəl, levamizol (dekaris)
2,5 mq/kq yeməkdən 20-30 dəqiqə əvvəl, pirantel 10 mq/kq, mebendazol (vermoks) 3-6 yaş – 50mq, 7 yaş və yuxarı 100mq (1 həb - 100 mq) təyin edilir.
Müalicədən 2-4 həftə sonra nəcisin qurd yumurtalarına görə təkrar müayinəsi aparılmalıdır.