Uşaqlar arasında daha çox rast gələn helmintlərdəndir. Enterobius vermicularis1 sm uzunluqda olub, yoğun və nazik bağırsağın aşağı hissəsində yaşayan dəyirmi qurddur. Qurd öz yumurtalarını anus büküşləri arasına qoyur. Qurd yumurtaları 4-6 saatdan sonra orada inkişaf edir (1-2 ay qala bilir) və güclü qaşınma törədir. Uşaq həmin nahiyəni qaşıdığı zaman qurd yumurtaları dırnaqların altina, oradan ağız boşluğuna isə təkrar yoluxma baş verir.
Əsas klinik əlamət kimi anus ətrafında qaşınma, qarın nahiyəsində ağrı, yaddaş zəifliyi, iştahanın pozulması, gecə enurezi,qız uşaqlarında vulvovaginit, selikli ishal müşahidə edilir.