Helmintlərin bioloji qruluşundan və invaziyanın yoluxma yolundan asılı olaraq onlar üç qrupda cəmləşirlər:
• geohelmintlər (böyük ölçülü nematodlar) – bu helmintlərin yumurtaları müəyyən hərarət və nəmişlikdə yetişirlər, ara sahibi olmadan inkişaf edirlər. Yoluxma helmintlərin yumurtaları ilə çirklənmiş qida maddələrindən və sudan istifadə etdikdə baş verir. Bu qrup helmintlərə askaridləri misal çəkmək olar.