Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib



Yüklə 11,68 Mb.
Pdf görüntüsü
səhifə10/25
tarix02.01.2022
ölçüsü11,68 Mb.
#1105
1   ...   6   7   8   9   10   11   12   13   ...   25
Hamlet QASIMOV,

“Xalq qəzeti”nin

bölgə müxbiri

Qərb bölgəsinin pediatrları Gəncədə


http://www.amu.edu.az

14 mart  2015-ci il

4

 



Martın  5  –də    ATU-  nun    Tədris 

Terapevtik  Klinikasının Tibbi  Şurasının 

yığıncağı 

keçirildi. 

 

Yığıncağın  

gündəliyində    duran    məsələləri  diqqətə 

çardıran  klinikanın    direktoru,  ə.e.x. 

professor  Surxay Musayev  ay  ərzində 

klinikada  aparılan      müalicə    diaqnostik  

işlər  haqqında  məruzə etmək  üçün sözü   

klinikanın  baş  həkimi,    dosent    Ramin  

Bayramlıya  verdi. 

Baş həkim fevral ayı ərzində klinikada 

aparılan  bir sıra yenidənqurma işləri  və 

bir ay müddətində kilinikanın  müraciət 

edən  və  çıxan    xəstələrin  ümumi  sta-

tistikası haqqında  ətraflı məlumat ver-

di. O, məruzəsində bildirdi ki,  ötən illə 

müqayisədə , bu ay klinikaya müraciət 

edənlərin  sayında  nəzərə  çarpacaq 

dərəcədə    (13  %  )  artım  qeydə  alın-

mışdır.  Belə  ki,  klinika  üzrə  stasionar  

müalicə  almaq  üçün      574  xəstə  daxil 

olub,   559 xəstə  isə çıxıb. Martın 5 -nə 

olan məlumata görə,   klinika üzrə sta-

sionar  və gündüz  həftəlik  daxil olma 

və çıxma ümumilikdə  201 nəfər təşkil 

edib. 

Toplantıda qeyd  olundu ki, klinikada 



ay  ərzində  bir  sıra  yeniliklər  də  olub.  

Əvvəllər çox darısqal olan qəbul şöbəsi 

(təcili  yardım)  tamamilə  yenilənərək 

daha müasir bir vəziyyətə gətirilmişdir. 

İndi burada eyni vaxtda  üç  xəstəni ra-

hat  şəraitdə  qəbul  etmək  mümkündür. 

Bundan başqa  klinikada  fevral  ayın-

da ayrıca  uşaq reanimasiyası  bölməsi 

də    yenidən  qurulmuş,  fəaliyyəti 

gücləndirilmişdir. 

Hesabat ayı ərzində  klinikada keçirilən 

tədbirlər  haqqında  da  toplantı  iştirak-

çılarına məlumat verən natiq vurğuladı 

ki,  fevralın  13-  də  klinikamızda  “Auto-

immun xəstəliklərin laborator diaqnosti-

kası” mövzusunda elmi-praktik seminar 

keçirilmişdir  ki,  burada  da  universitet 

əməkdaşları  ilə  birgə  respublikamızın  

digər  müalicə  müəssisələrində  çalışan 

mütəxəssislər  də    qatılmışdır.  Bundan 

başqa fevralın  25 –də klinikanın konf-

rans  zalında  xalqımızın  qan  yaddaşı 

olan  Xocalı  soyqrmının  23  –cü  ildönü-

mü  ilə  əlaqədar  böyük  anım  mərasimi 

keçirilmişdir.  Universitet rəhbərliyinin və 

tibb ictimaiyyətinin  iştirak etdiyi  toplan-

tıda  erməni qəsbkarlarının  millətimizin 

başına gətirdiyi facıələr bir daha  qeyd 

olunmuşdur.

Sonra  klinikanın  baş  tibb  bacı-

sı    Zərgül  Qasımova    “Tibb  bacıları 

məktəbi” nin 2014-2015- cı tədris ilində 

göstərdiyi  fəaliyyəti  haqqında    məruzə 

ilə çıxış etmişdir. 

Çıxışlarda 

səslənən 

fikirlərə 

münasibətini bildirən  klinikanın direkto-

ru , professor Surxay Musayev son vaxt-

lar klinikada aparılan bir sıra  yeniliklər, 

şöbələrdə  yaradılan  maksimum  şərait, 

mütərəqqi  üsullar,  alınan  yeni  avadan-

lıqlar  və  onlardan  istifadə  qaydaları  

barədə  ətraflı söhbət açdı,  görüləcək 

cari məsələlər haqqında toplantı iştirak-

çılarına  məlumat  verdi.  Professor    S. 

Musayev   əldə olunan bu nailliyyətlərin 

qazanılmasında    universitetimizin  rek-

toru,  millət  vəkili,  akademik    Əhliman 

Əmiraslanovun  diqqət və qayğısından 

bəhs etdi.   

O,  çıxışının  sonunda  klinikada  ça-

lışan  bütün  qadın  əməkdaşları  qarşı-

dan  gələn  Beynəlxalq  Qadınlar  Günü 

münasibətilə  təbrik  etdi,  onların  hər 

birinə rəhbərlik adından ailə səadəti və 

işlərində  yeni-  yeni  müvəffəqiyyətlərlər 

arzuladı. 




Yüklə 11,68 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin