Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib



Yüklə 11,68 Mb.
Pdf görüntüsü
səhifə9/25
tarix02.01.2022
ölçüsü11,68 Mb.
#1105
1   ...   5   6   7   8   9   10   11   12   ...   25
ATU-nun həkimləri 8-ci 

«Uludağ Dermotokosmetoloji 

Günləri»ndə iştirak ediblər

Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib



Gəncə 



Pediatrlar 

Cəmiyyəti    “Tibbin  müa-

sir aspektləri” mövzüsünda el-

mi-praktik  konfrans  keçirmiş-

dir. Bu barədə məlumatı Gəncə 

Şəhər 

Səhiyyə 

İdarəsinin 

mətbuat xidməti yayıb. Verilən 

məlumata görə, tədbirdə qərb 

bölgəsinin  şəhər  və  rayonla-

rından 100-ə yaxın həkim- pe-

diatr və terapevt iştirak edib.

Tədbiri  giriş  sözü  ilə  Gəncə 

Şəhər  Səhiyyə  İdarəsinin  rəisi, 

tibb  elmləri  doktoru,  professor 

Əlikram  Məmmədov  açmış-

dır.  Qeyd  etmişdir  ki,  bu  gün 

Azərbaycanda  səhiyyənin  inki-

şafı, insanlarımızın sağlamlığına 

göstərilən  diqqət  və  qayğı  ölkə 

başçısı  cənab  İlham  Əliyevin 

gərgin  zəhmətinin  nəticəsidir. 

Belə  vacib  və  təbabətin  aktu-

al  problemlərinin  həllinə  həsr 

olunmuş elmi-praktik konfransın 

Gəncədə  təşkilində  göstərdiyi 

dəstəyə görə Gəncə Şəhər  İcra 

Hakimiyyətinin  başçısı  Elmar 

Vəliyevə minnətdarlığını bildirən 

professor Ə.Məmmədov qonaq-

lara  və  konfrans  iştirakçilarına 

müvəffəqiyyətlər arzulamışdır.

Şəhərin    “Ramada  Plaza” 

otelində    təşkil  olunan  konf-

ransda  Azərbaycan  Tibb  Uni-

versitetinin  uşaq  xəstəliklərinin 

proredevtikası 

kafedrasının 

müdiri,  tibb  elmləri  doktoru, 

professor  İbrahim  İsayev  və 

Akademik  C.Abdullayev  adı-

na  Elmi-Tədqiqat  Kardiologiya 

İnstitutunun  kardioloqu,  tibb 

elmləri  namizədi  Rafiq  Yusifli 

çıxışlar  etmişlər.  Professor  İb-

rahim  İsayev  “Kəskin  revmatik 

qızdırma:klinika, 

diaqnostika, 

müalicəsinə  dair  müasir 

yanaşmalar”  mövzusunda 

mühazirə  ilə  çıxış  etikdən 

sonra  yerli  həkimlərin  su-

allarını  cavablandırmışdır. 

Tibb  elmləri  namizədi  Ra-

fiq  Yusifli  isə  “Xroniki  ürək 

çatışmazlığı  və  arterial  hi-

pertoniyanın  müalicəsində 

aldosteron  antaqonistlərin 

istifadəsinə  müasir  baxış” 

mövzusunda 

mühazirə 

söylədikdən sonra birgə fi-

kir mübadiləsi aparılmışdır.

Sonra  Gəncə  Pediatrlar 

Cəmiyyətinin  sədri  Asif 

Məmmədov 

“Respirator 

distress  sindrom”  mövzu-

sunda çıxış etmiş və ümu-

mi diskussiya aparılmışdır.

Tədbirin  sonunda  profes-

sor 

Əlikram 


Məmmədov 

konfransın  təşkilində  göstər-

diyi  dəstəyə  görə  WORLD 

MEDICINE  şirkətinin  rəhbərliyi-

nə,  professor  İbrahim  İsayevə 

və  tibb  elmləri  namizədi  Rafiq 

Yusifliyə  minnətdarlığını  bidir-

miş  və  belə  tədbirlərin  davamlı 

olacağına 

ümid 


etdiyini 

söyləmişdir.




Yüklə 11,68 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin