“Təbib” in əməkdaşları
“Şərəfli ömür yolu”
u Bu günlərdə ATU-nun normal
fiziologiya kafedrasının professoru,
tibb elmlər doktoru Əhməd
Kazımovun 60 yaşı tamam oldu.
Əhməd Hacı oğlu Kazımov 1956-cı
il martın 23-də Qərbi Azərbaycanının
Kalinino rayonunun İlməzli kəndində
müəllim ailəsində anadan olmuşdur.
1973-cü ildə İlməzli kənd orta məktəbini
əla qiymətlərlə bitirmişdir. 1974-cü ildə
Nəriman Nərimanov adına Azərbaycan
Dövlət Tibb İnstitutuna daxil olmuş və
1980- ci ildə tibbi təhsilini müvəffəqiyyətlə
başa vurmuşdur.
Tibb İnstitutunda təhsil aldığı
dövrdə institutun içtimai işlərində
fəal iştirak etmişdir. 1980-1985-ci
illər ərzində Azərbaycan Respublika-
sı Kurortlar İdarəsinin “Qızıl-qum” və
“Abşeron” sanatoriyalarında həkim
vəzifəsində çalışmışdır. 1985-ci ilin
oktyabr ayında normal fiziologiya
kafedrasının əyani aspiranturasına
daxil olmuş və 1988-ci ildə aspi-
ranturanı müvəffəqiyyətlə bitirmiş,
Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin əmri ilə normal fizio-
logiya kafedrasına assistent təyin
edilmişdir. 1989-cu ildə İ.M.Seçenov
adına I Moskva Tibb İnstitutu ilə
Rusiya
Elmlər
Akademiyasının
P.K.Anoxin adına Normal Fiziologiya
İnstitutunun ixtisaslaşmış müdafiə
şurasında “Mikroionoforez üsulu
ilə tənəffüs neyronlarının mediator
xüsusiyyətləri” mövzusunda disser-
tasiya müdafiə edərək tibb elmləri
namizədi, alimlik elmi dərəcəsini
almışdır. 1988-ci ildən 1993-cü ilə
qədər normal fiziologiya kafedra-
sında assistent, 1993-cü ildən isə
kafedranın baş müəllimi vəzifəsinə
seçilmişdir. Azərbaycan Respublika-
sı Səhiyyə Nazirliyinin müvafiq əmri
ilə 2002-2005-ci illərdə tədrisdən
ayrılmamaqla Nərimanov rayonu Gi-
giyena və Epidemiologiya Mərkəzinin
direktoru vəzifəsində çalışmış-
dır. 2007-ci ilə qədər baş müəllim,
2007-ci ildən dosent vəzifəsinə se-
çilmişdir. Ə.Kazımov özünə qarşı
çox tələbkar və daim öz üzərində
çalışan bir mütəxəssisdir. 1993-
cü ildən 2012-ci ilədək Bakı şəhəri
Əsəbi-ruhi dispanserin klinik neyro-
fiziologiya laboratoriyasında elekt-
rofiziolji tədqiqatları təşkil etməklə
diaqnostik müayinələrə rəhbərlik
etmişdir. Bu məqsədlə də o, elmi
fəaliyyətini davam etdirmiş və 2013-
cü ildə “Müxtəlif hüdudi vəziyyətlər
və funksional musiqi ilə reablitasi-
ya zamanı gənclərin elektroensefa-
loqrafik, psixofizioloji və vegetativ
xüsusiyyətləri” mövzusunda doktor-
luq dissertasiyasını müdafiə etmiş
və tibb üzrə elmlər doktoru elmi
dərəcəsinə layiq görülmüşdür. Hal-
hazırda özəl tibbi klnikalarda diaq-
nostik kompyuterlə EEQ-müayinələri
davam etdirməklə praktik fəaliyyətlə
də məşğul olur.
2015-ci ildə müsabiqə yolu ilə nor-
mal fiziologiya kafedrasının profes-
soru vəzifəsinə seçilmişdir. Dəfələrlə
dünyanın bir çox ölkələrində mötə bər
simpozium və konfranslarda ma-
raqlı elmi məruzələrlə çıxış edərək
Azərbaycanı layiqincə təmsil et-
mişdir. Ə.Kazımov 1 tədris-metodik
vəsaitin və 90 elmi əsərin müəllifidir.
Bu elmi əsərlər xarici ölkələrin çöx
sanballı və mötəbər jurnallarında və
respublika mətbuatında dərc olun-
muşdur. Ə.Kazımov universitetin, ka-
fedranın ictimai həyatında fəal iştirak
edir. Bütün fakültələrdə Azərbaycan
və xarici dillərdə mühazirələrini
aydın, səliş, sadə və maraq-
lı şərh etməklə tələbələrin diqqətini
həddindən artıq özünə cəlb edir.
Tədris materiallarını müasir texna-
logiyanın köməyi ilə slayd və ani-
masiyalardan istifadə etməklə dün-
ya tibb elminin ən yeni nailiyyətləri
ilə tələbələrdə fənnə canlı maraq
oyatmağı və onların tibbi dünya
görüşlərini genişləndirməyi bacarır.
Təcrübə dərslərini müasir tələblərə
uyğun şəkildə özünəməxsus baca-
rıqla təşkil edərək diqqətə çatdırır
və dərin təcrübi-bacarıq vərdişlərini
tələbələrə aşılamaqla onların dərin
hörmətini qazanmışdır. Onun ən
gözəl keyfiyyətlərindən biri də in-
sanı dinləmək mədəniyyəti, yüksək
dünyagörüşü, tələbkarlığı ilə yana-
şı, sadəliyi və gülərüzlü olmasıdır.
Ə.Kazımov çox intizamlı, öz işinə
məsuliyyətlə yanaşan, ixtisasını dai-
ma artıran müəllimdir. Təbabətlə ya-
naşi incəsənət, rəssamlıq və musiqi
sahəsindəki istedad, bacarıqları da
diqqətə layiq olmaqla onu tanıyan-
ları valeh edir.
Evlidir, 3 övladı, 5 nəvəsi var.
Əhməd müəllim xöşbəxt insandır ki,
xalqımızın ən əziz günü olan “Nov-
ruz bayramı”nda dünyaya gəlmişdir.
Tarixin bu günündə bir çox görkəmli
şəxsiyyətlər anadan olmuşlar. Onlar-
dan biri də bizim dostumuz Əhməd
Hacıoğludur.
Hörmətli Əhməd müəllimi yubileyi
münasibətilə səmimi qəlbdən təbrik
edir, onu həmişə gümrah və cavan
görünməyi, can sağlığı və gələcək
işlərində yeni-yeni uğurlara imza
atmağı arzulayırıq.
Dostları ilə paylaş: |