Ü N V A N I M I Z:
Mərdanov qardaşları - 98
c
2-ci mərtəbə,
Tel.: 595-24-97
tabibqazeti@gmail.com
Lisenziya Н - 022633
İndeks -0269
Sayı 3000
Sifariş: 302
Azərbaycanda adətə görə Novruz
bayramında göyərdilən səməni
yazın gəlməsinin, təbiətin can-
lanmasının, əkinçiliyin rəmzidir.
Azərbaycan kəndlisi səməni
göyərtməklə növbəti təsərrüfat
ilinə bərəkət, bolluq arzulamış,
bayrama dörd həftə qalmış, hər
çərşənbə axşamı və bayram günü
tonqal qalamaqla, mahnı (“Gün,
çıx!” nəğməsi və s.) qoşmaqla
oda, atəşə, günəşə olan etiqad
və inamını ifadə etmişdir. Bütün
bu mərasimlər İslamdan çox-çox
əvvəl mövcud olmuş qədim şərq
ənənələrinin davamıdır.
Novruz
bayramı
qaba-
ğı adətən evdə, həyətdə abadlıq,
təmizlik işləri aparılır, ağac əkilir
və s. Novruz bayramında şirniyyat
növləri (qoğal, külçə, fəsəli, paxla-
va, şəkərbura, şəkərçörəyi və s.) və
plov bişirilir. Rəngbərəng yumurta
boyanır, məcməyi və sinilərdə xon-
ça bəzənir, şam yandırılır, tonqal
qalanır, səməni qoyulur, ölənlərin
xatirəsi yad edilir, küsülülər ba-
rışır, qohum-qonşular bir-birinə
qonaq gedir, pay göndərirlər.
Aşıqlar baharı mədh edir. Oğlan və
qızlar təzə paltar geyib çalıb oyna-
yır, yallı gedirlər. Cavanlar at ça-
pıb, güləşir, küştü tuturlar. Novruz
bayramında “haxışta”, “bənövşə”,
“kos-kosa” oynayırlar.
Novruz bayramında süfrədə
yalnız acılıqdan, şorluqdan uzaq,
şirniyə baxan xörəklər olmalıdır.
Şirniyyatlardan şəkərbura, paxla-
va, badamburma, ballıbadı və s.
saymaq olar. Adətə görə süfrəyə
“s” hərfi ilə başlayan 7 növ ərzaq
qoyulur. Su, süd, səməni, sünbül,
sucuq, siyənək balığı, süzmə və
sairə də bayram süfrəsinin bəzəyi
olur.
Azərbaycan Tibb Universiteti-
nin Tədris Cərrahiyyə Klinika-
sında Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin (AzQAC) 96 illiyinə və
Novruz bayramına həsr olunmuş
qanvermə aksiyası keçirilib.
Görüşü açıq elan edən ATU-nun
Tədris Cərrahiyyə Klinikasının baş
həkimi Asiman Həsənov qonaqla-
rı qarşıdan gələn Novruz bayramı və
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
fəaliyyətinin 96 illiyi münasibətilə
təbrik edib. Onlara can sağlığı, uzun
ömür, uğurlar diləyib. Daha sonra
Tədris Cərrahiyyə Klinikasının gör-
düyü işlər haqqında məlumat verən
A. Həsənovun sözlərinə görə, klini-
kanın fəaliyyəti 3 əsas istiqamətdə
qurulub. Birinci diaqnostik-cərrahi
müalicə, ikinci tədris, üçüncü isə
elmi fəaliyyətdir.
A.Həsənov klinikanın ən müasir
tibbi avadınlaqlarla təchiz edildiyini
və burada savadlı mütəxəssislərin
çalışdığını da söyləyib. Baş həkim
Qızıl Aypara Cəmiyyətinin indiyədək
həyata keçirdiyi bir çox belə xeyriyyə
aksiyalarını dəstəklədiklərini, gələcəkdə
Tədris Cərrahiyyə Klinikasının belə
layihələrdə mütəmadi olaraq iştirak
edəcəyini də vurğulayıb. AzQAC-ın ic-
raçı katibi Ceyhun Mirzəyev təbrikə və
xoş münasibətə görə təşəkkür edib. O,
Qızıl Aypara Cəmiyyəti haqqında qısa
məlumat verib və bütün universitetlərdə
fəaliyyət göstərdiklərini bildirib: “Bu sı-
raya ATU-nun da daxil olmasına çox
sevindik”.
AzQAC-ın icraçı katib müavin-
lərin dən Səbinə Məhbubi görüşdə
cəmiyyətlərinin nəinki ölkə daxilində,
həmçinin ölkədən kənarda da tanın-
dığını qeyd etdi. Gördüyümüz
işlər artıq beynəlxalq səviyyəyə
də çatıb. “Biz işlədiyimiz
hər müəsisənin tələblərinə,
şəraitinə uyğun olaraq öz işi-
mizi qura bilirik. Və bu bizə
gələcək işlərimizdə heç bir
problemin
yaşanmamasına
imkan verir”.
Görüşdə həmçinin AzQAC-
ın icraçı katib mü avin lərindən
Sabah Şayev, Azərbaycan Qı-
zıl Aypara Cəmiyyətinin Tibb
Universiteti komitəsinin sədri Şahrud
Əhmədov, ATU-nun Tədris Cərrahiyyə
Klinikasının qan bankının müdiri Sev-
da Quliyeva, Ürək-damar cərrahiyyəsi
şöbəsinin müdiri Mirəli Məcidov, Anes-
teziologiya şöbəsinin müdiri Cavid Pa-
şayev də iştirak ediblər.
Daha sonra Tədris Cərrahiyyə
Klinikasında qanvermə aksiyası keçi-
rilib. Məlum olduğu kimi, Azərbaycan
Qızıl Aypara Cəmiyyəti ölkənin ən iri
xeyriyyə təşkilatlarından biridir. Qu-
rum xüsusilə xəstə uşaqlar üçün qan
toplanması ilə bağlı dəfələrlə müxtəlif
tədbirlər təşkil edib. Tibb Universiteti
də öz növbəsində, daim belə xe-
yirxah təşəbbüslərə dəstək olub.
Belə ki, indiyədək ATU-nun Tədris
Cərrahiyyə Klinikasında dəfələrlə
belə ortaq qanvermə aksiyaları təşkil
olunub.
Azərbaycan
Qızıl
Aypa-
ra Cəmiyyətinin Tibb Universi-
teti komitəsinin sədri Şahrud
Əhmədovun sözlərinə görə, bu gün
keçirilən qanvermə aksiyasında 100-
ə yaxın donor iştirak edib. “Universi-
tetin tələbə və rezidentləri, həmçinin
həkimlər qan xəstəliyindən əziyyət
çəkən insanlara yardım məqsədilə kö-
nüllü donor qismində çıxış edirlər. Biz
azacıq da olsa, bu insanlara kömək edə
bildiyimiz üçün çox sevinirik” - deyə, o
bildirib. Ş.Əhmədov həmçinin aksiyanın
keçirilməsinə şərait yaratdığına görə
ATU rəhbərliyinə təşəkkür edib.
Onun sözlərinə görə, təşkilat bu
sahədə fəaliyyətini davam etdirəcək və
gələcəkdə Tibb Universiteti ilə birgə
digər tədbirlər keçirməyi də planlaşdı-
rır.
Dostları ilə paylaş: |