83. Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan xalqının suveren hüququ:
1. Sərbəst və müstəqil olaraq öz müqəddəratını həll etmək
2. Sülh bağlamaq və ya müharibə elan etmək
3. Referendumda iştirak etmək
4. Hakimiyyətin bölünməsində iştirak
5. Öz idarəetmə formasını müəyyən etmək
A) 1, 4
B) 2, 5
C) 1, 3
D) 3, 5
E) 1, 5
Testin çətinlik dərəcəsi: mürəkkəb
İstinad: Azərbaycan Respublikasının Konstitusiyası
84. Azərbaycan xalqı öz suveren hüququnu:
A)
Bilavasitə və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş
nümayəndələri vasitəsi ilə həyata keçirir
B)
Bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ
əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsi ilə həyata keçirir
C)
Ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə
seçilmiş nümayəndələri vasitəsi ilə həyata keçirir
D)
Birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri
vasitəsi ilə həyata keçirir
E)
Bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ
əsasında sərbəst, açıq və kollektiv səsvermə yolu ilə təyin edilmiş nümayəndələri vasitəsi ilə həyata
keçirir
Dostları ilə paylaş: