155. 1988-ci il noyabrın 17-də “Topxana” meşəsində sənaye obyektinin tikilməsi xəbəri ilə əlaqədar: A) Ali Sovetin fövqəladə iclası keçirildi
B) Nazirlər Sovetinin sədri istefa verdi
C) Əraziyə sovet qoşunları yerildildi
D) Şuşa şəhərində izdihamlı mitinq keçirildi
E) “Azadlıq” meydanında xalqın izdihamlı mitinqi oldu
Testin çətinlik dərəcəsi: asan İstinad: İradə Nuriyeva. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik. Bakı, 2015 156. 1988-ci ilin noyabrın 19-da ilk dəfə “Azadlıq” meydanında: A) Azərbaycan Xalq Cəbhəsi təsis olundu
B) Azərbaycan SSR-nin tərkibindən çıxması haqqında qərar qəbul olundu
C) Azərbaycan Xalq Cümhriyyətinin üçrəngli bayrağı qaldırıldı
D) Nazirlər Sovetinin istefası tələb olundu
E) Ali Sovetin istefası tələb olundu
Testin çətinlik dərəcəsi: mürəkkəb
İstinad: İradə Nuriyeva. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik. Bakı, 2015 157. Düzgün variantı seçin. A) Dağlıq Qarabağ Kiçik Qafqazın cənub-şərqində yerləşir B) Dağlıq Qarabağ Kiçik Qafqazın şimal-şərqində yerləşir
C) Dağlıq Qarabağ Kiçik Qafqazın cənub-qərbində yerləşir
D) Dağlıq Qarabağ Kiçik Qafqazın cənubunda yerləşir
E) Dağlıq Qarabağ Kiçik Qafqazın şimalında yerləşir
Testin çətinlik dərəcəsi: orta İstinad: İradə Nuriyeva. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik. Bakı, 2015 158. Dağlıq Qarabağ ərazisinə daxil olan yaşayış obyektləri: A) Əsgəran, Hadrut, Ağdərə, Xocavənd və Ağdam
B) Əsgəran, Hadrut, Ağdərə, Xocavənd və Füzuli
C) Cəbrayıl, Hadrut, Ağdərə, Xocavənd və Füzuli
D) Əsgəran, Hadrut, Ağdərə, Xocavənd və Şuşa
E) Qubadlı, Hadrut, Ağdərə, Xocavənd və Füzuli
Testin çətinlik dərəcəsi: mürəkkəb
İstinad: İradə Nuriyeva. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik. Bakı, 2015