Testin çətinlik dərəcəsi: orta
İstinad: Azərbaycan Respublikasının Konstitusiyası
83. Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan xalqının suveren hüququ: Sərbəst və müstəqil olaraq öz müqəddəratını həll etmək
Sülh bağlamaq və ya müharibə elan etmək
Referendumda iştirak etmək
Hakimiyyətin bölünməsində iştirak
Öz idarəetmə formasını müəyyən etmək 1, 4
2, 5
1, 3
3, 5
1, 5
Testin çətinlik dərəcəsi:mürəkkəb
İstinad: Azərbaycan Respublikasının Konstitusiyası
84. Azərbaycan xalqı öz suveren hüququnu: Bilavasitə və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsi ilə həyata keçirir
Bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsi ilə həyata keçirir
Ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsi ilə həyata keçirir
Birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsi ilə həyata keçirir
Bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, açıq və kollektiv səsvermə yolu ilə təyin edilmiş nümayəndələri vasitəsi ilə həyata keçirir
Testin çətinlik dərəcəsi: mürəkkəb
İstinad: Azərbaycan Respublikasının Konstitusiyası
85. Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının: Nazirlər Kabineti həyata keçirir
Prezidenti həyata keçirir
C) Dövlət Katibliyi həyata keçirir
D) Ali Məhkəməsi həyata keçirir
E) Milli Məclisi həyata keçirir