Testin çətinlik dərəcəsi: mürəkkəb
İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin korrupsiya ilə mübarizə üzrə siyasəti. socar.az
205. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin korrupsiya ilə mübarizə üzrə siyasətinin əsas məqsədlərindən biridir: SOCAR-ın işçilərinin vəzifə və məsuliyyətinin korrupsiya fəaliyyətinin qarşısının alınması üzrə tədbirlər çərçivəsində müəyyən edilməsi
Bütün maraqlı tərəflərdə ARDNŞ tərəfindən istənilən növ və təzahürdə korrupsiya fəaliyyətinin qəbul edilməməsi haqqında vahid anlayışın yaradılması
İş qəbul prosesinin təkmilləşdirilməsi
Korrupsiya risklərinin minimuma enidirilməsi
SOCAR-ın fəaliyyətinin şəffaflığının artırılmasının təmin edilməsi
Testin çətinlik dərəcəsi:mürəkkəb
İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin korrupsiya ilə mübarizə üzrə siyasəti. socar.az
206. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin korrupsiya ilə mübarizə üzrə siyasətinin tətbiqi sahəsinə görə: Hazırki Siyasət tutduğu vəzifədən asılı olmayaraq Şirkətin rəhbərliyinin bütün üzvləri tərəfindən mütləq icra olunmalıdır
Hazırki Siyasət tutduğu vəzifədən asılı olmayaraq Şirkətin texniki heyətinin bütün üzvləri tərəfindən mütləq icra olunmalıdır
Hazırki Siyasət tutduğu vəzifədən asılı olmayaraq Şirkətin qulluqçu və texniki heyətinin bütün üzvləri tərəfindən mütləq icra olunmalıdır
Hazırki Siyasət tutduğu vəzifədən asılı olmayaraq Şirkətin rəhbərliyinin bütün üzvləri və işçiləri tərəfindən dünyanın bütün ölkələrində mütləq icra olunmalıdır
Hazırki Siyasət tutduğu vəzifədən asılı olmayaraq Şirkətin fəhlə kateqoriyasının bütün üzvləri tərəfindən mütləq icra olunmalıdır
Testin çətinlik dərəcəsi: orta
İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin korrupsiya ilə mübarizə üzrə siyasəti. socar.az
207. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin korrupsiya ilə mübarizə üzrə siyasətinin başlıca prinsip və tələbləri Şirkətin törəmə və asılı şirkətlərinə, birgə müəssisələrinə, bütün qarşı tərəflərinə, o cümlədən təchizatçılarına, agentlərinə, vasitəçilərinə, məsləhətçilərinə, nümayəndələrinə və digər şəxslərə o halda şamil edilir ki: A) Müvafiq vəzifələr onlarla imzalanmış müqavilələrdə göstərilir
B) Müvafiq vəzifələr onların daxili sənədlərində göstərilir
Müvafiq vəzifələr onların daxili sənədlərində göstərilir və ya tətbiq edilən korrupsiya ilə mübarizə qanunvericiliyindən birbaşa irəli gəlir
Müvafiq vəzifələr onlarla imzalanmış müqavilələrdə, onların daxili sənədlərində göstərilir və ya şifahi şəkildə razılaşdırılır
Müvafiq vəzifələr onlarla imzalanmış müqavilələrdə, onların daxili sənədlərində göstərilir və ya tətbiq edilən korrupsiya ilə mübarizə qanunvericiliyindən birbaşa irəli gəlir