1970–1980‑ci illərdə
ali məktəblərin
elmi‑tədqiqat işlərini
həyata keçirən əsas
struktur bölməsi olan
kafedraların sayı
450‑dən 525‑ə yüksəlib
(1978) respublikamızın ali məktəblərində aparılan elmi‑tədqi ‑
qat işlərinin inkişafına əlavə təkan verib. Qərarda müvafiq
orqanlar qarşısında elmi‑tədqiqat işlərinin səmərəliliyi və
keyfiyyətinə görə ali məktəb
rəhbərlərinin məsuliyyətinin
artırılması, elmi‑tədqiqatların inkişaf etdirilməsi, onların
nəzəri səviyyəsinin və tətbiqi əhəmiyyətinin yüksəldilməsi, ali
məktəblərin və kafedraların istehsalatla əlaqələrinin möhkəm ‑
lən di ril məsi, kadrlarla işin təkmilləşdirilməsi vəzifələri qoyu ‑
lub. Qərara əlavə olunmuş Sovet İttifaqı üzrə 72 aparıcı ali
təhsil müəssisəsinin siyahısına Azərbaycan
Neft və Kimya
İnstitutunun da adı daxil edilib.
Elmin rolunun artması ali məktəblərdə elmi‑tədqiqat
işinin təşkilinə rəhbərliyin təkmilləşdirilməsini və idarə olun ‑
manın yaxşılaşdırılmasını tələb edirdi. Odur ki, Ali
və Orta
İxtisas Təhsili Nazirliyində fəaliyyət göstərən Elmi‑tədqiqat
işləri şöbəsinin bazasında 3 şöbədən ibarət olan təsərrüfat
hesablı Elm idarəsi yaradıldı. Qısa
vaxt ərzində ali məktəb
elminin idarə olunmasının yenidən təşkili, elmi işlərin planlaş ‑
dırılması və qarşıda duran mühüm elmi vəzifələrin həlli
baxımından alimlərin səylərinin birləşdirilməsinə nail olundu.
Respublika ali məktəblərində elmi‑tədqiqat işlərinin gün ‑
bə gün genişləndirilməsi elmi işçilərin sayının artmasına səbəb
olub. Belə ki, 1970–1980‑ci illərdə ali məktəblərdə çalışan elmi‑
pedaqoji işçilərin sayı 5042‑dən 7156‑ya yüksəlib. Bu nun la ya ‑
naşı, elmi‑pedaqoji kadrların keyfiyyət göstəriciləri də yax ‑
şılaşıb. Həmin dövrdə elmlər doktorlarının (400‑ə yaxın) və
elmlər namizədlərinin (3 mindən çox) sayı təxminən 2 dəfə artıb.
1970–1980‑ci illərdə ali məktəblərin elmi‑tədqiqat
işlərini
həyata keçirən əsas struktur bölməsi olan kafedraların sayı
184
Azərbaycan Dövlət Pedaqoji
İnstitutunda qəbul imtahanları
zamanı (1985)
Şəkildə (soldan): 3. Qurban Əliyev‑
Azərbaycanın ali və orta ixtisas təhsili
naziri, 4. Afad Qurbanov – Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun rektoru,
5. Məmməd Əliyev – Ali və Orta
İxtisas Təhsili Nazirliyi Ali təhsil
idarəsinin rəisi və başqaları