1989–1992‑ci illərdə xalq təhsili naziri vəzifəsində ölkə
təhsilinə rəhbərlik etdiyi dövrdə Rafiq Feyzullayev müxtəlif
bölgələrin sosial‑mədəni, elmi və iqtisadi səviy yəsini yüksəlt ‑
mək, gərəkli ixtisaslara yiyələnmək istəyənlərə daha əlverişli
şərait yaratmaq məqsədi ilə bir sıra şəhər və ra yon larda ali
məktəblərin, texnikumların filiallarının açılmasına nail olub.
Həmin dövrdə Bakı Dövlət Universitetinin Lənkəran və Şəkidə,
Sənaye Universitetinin Mingəçevirdə, İncəsənət Uni versitetinin
Qubada, Konservatoriyanın Şuşada, Gəncə Pedaqoji İnstitutu ‑
nun Laçın və Qazaxda filialları fəaliyyətə başlayıb. Texnikum
filiallarının şəbəkəsi də genişləndirilib, Ağ sta fa, Astara, Əli
Bayramlı (indiki Şirvan), Beyləqan, Bala kən, Masallı, Xocalı,
Sabirabad, Quba, Qusar, Neftçala, Naxçı van, Füzuli və Laçında
orta ixtisas məktəblərinin 15 filialı təşkil edilib.
199
SSRİ ali məktəblərinin ictimai fənlər üzrə kafedra müdirlərinin
ümumittifaq müşavirəsində (1986)
Şəkildə (soldan). Birinci sıra: 5. Rafiq Feyzullayev – ali və orta ixtisas təhsili nazirinin birinci
müavini, 6. Faiq Bağırzadə – Azərbaycan Dövlət Universitetinin rektoru, 8. Rəhim Rəhimov –
Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə
İnstitutunun rektoru. İkincı sıra: 4. Nurqələm Mikayılov – İnşaat Mühəndisləri İnstitutunun
kafedra müdiri, 5. Əhməd Məmmədov – Kənd Təsərrüfatı İnstitutunun kafedra müdiri,
6. Aqil Əliyev – Azərbaycan Tibb İnstitutunun kafedra müdiri, 7. Həsən Şirəliyev – Azərbaycan
Dövlət Universitetinin kafedra müdiri, 9. Fuad Qasımzadə – Azərbaycan Dövlət Universite ti ‑
nin kafedra müdiri, 10. Hacıbaba Əzimov – Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kafedra
müdiri. Üçüncü sıra: 3. Həmid İmanov, 5. Dərgah Qüdrətov – Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun kafedra müdiri, 7. Oqtay Rzaquliyev – Mirzə Fətəli Axundov adına Azərbaycan
Rus Dili və Ədəbiyyatı İnstitutunun kafedra müdiri və başqaları
Dostları ilə paylaş: