Məmməd İsmayıl oğlu Cuvarlinski 1902‑ci ildə Qaryagin
qəzasının (indiki Füzuli rayonu) Cuvarlı kəndində anadan olub.
Həyatın ağrı‑acısını çox tez dadıb. 1911‑ci ildə ikisinifli
kənd məktəbinə daxil olan Məmməd maddi çətinliklərlə bağlı
təhsilini yarımçıq qoyaraq atası kimi fərdi təsərrüfat sa hə lə rin ‑
də çalışıb, ailəsinə kömək edib. Qəlbində oxuyub‑öyrənməyə
böyük həvəs və istəklə 1916‑cı ildə Gəncə əmək məktəbinə ge ‑
dib. Peşə qazan maq arzusu da baş tut mayıb. Əvvəl şəhər ida ‑
rəsində, sonra isə quberniya komissarlığında gözətçi işləyib.
Məmməd Cuvarlinski sosial‑demokratların bolşevik frak ‑
si yasına meyil edib, inqilabi təbliğat və təşviqatla məşğul olub,
əhali arasında intibahnamələr yayıb. Bolşeviklərin ide ya larını
öyrənən Cuvarlinski siyasi dünyagörüşünü genişlən dirib.
Böyük Oktyabr sosialist inqilabı, Bakıda baş verən tarixi
hadisələr onun ictimai şüuruna güclü təsir göstərir.
Gəncə yerli
hökuməti onu bolşevik olduğuna görə işdən çıxarır.
Məmməd
Cuvarlinski 9 aya qədər fəhləlik etdikdən sonra doğma kən ‑
dinə qayıdıb, Qaryagin qəzasındakı kəndlərdə kəndliləri
yadelli istismarçılara, yerli zülmkarlara qarşı mübarizəyə çağı ‑
ran təbliğat işi aparıb.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra
Məmməd Cuvarlinski komsomol təşkilatçısı kimi fəallığına
gö rə 1920‑ci ilin sentyabrında bolşevik partiyasına qəbul edilib.
Qar yagin Qəza İnqilab Komitəsinin təlimatçısı təyin edilən
Cuvarlinski bir il sonra Azərbaycan Kommunist (bolşevik) Par ‑
tiyası Mərkəzi Komitəsinin sovet‑partiya məktəbinə gön
dəri lir,
oranı bitirdikdən sonra Azərbaycan K(b)P Qaryagin Qəza İn‑
qilab Komitəsinin təbliğat‑təşviqat şöbəsinə rəhbərlik edib.
Moskvada ÜİK(b)P MK yanındakı partiya işçiləri hazır ‑
layan kurslarda hazırlıq keçib, 1926–1929‑cu illərdə Gəncə,
75
Dostları ilə paylaş: