Qurban Həsən oğlu Əliyev 1921‑ci ildə Zabaykalye vila ‑
yə tinin Çita şəhərində anadan olub.
Atası Həsən rus əsgərlərini etdikləri özbaşınalıqlara görə
qətlə yetirib və qaçaq düşüb. Nəhayət,
tutulub mühakimə
edilib və ömürlük Uzaq Şərqə – Zabaykalye vilayətinin Çita
şəhərinə sürgünə göndərilib. Maraqlıdır ki, onu iki silahlı rus
əsgəri atla 3 ilə mənzil başına çatdırıb. Lakin əsl azərbaycanlı
xüsusiyyətlərinə malik olan gənc Həsəni əzab‑əziyyət, ağır
sürgün həyatı da ruhdan salmayıb. 1904‑cü ildə elan olunmuş
çar Manifestindən sonra Zabaykalyedə
yaşamağa məcbur olan
Həsən qısa müddətdə adlı‑sanlı xeyriyyəçi kimi tanınan tacirə
çevrilib. Xəlvəti İrəvana qayıdaraq bəy ailəsindən olan 14 yaşlı
Göyçək Əliyeva ilə evlənib, onu da özü ilə Çita şəhərinə aparıb.
Sibirdə onların 13 övladı
dünyaya göz açsa da, taleyin qismə ‑
tindən yalnız üç uşaq böyüyüb ərsəyə çatıb.
Ailəsi 1931‑ci ildə Bakıya qayıdıb və 10 yaşlı Qurban
Bakıdakı 6 nömrəli məktəbdə təhsilini davam etdirib. 1941‑ci
ildə orta məktəbi bitirib, Nəriman Nərimanov adına Azərbay ‑
can Dövlət Tibb İnstitutuna
daxil olub, institut komsomol
komitəsinin katibi seçilib. 1946‑cı ildə ali məktəbdə təhsilini
başa vurub, Xızı rayonunda həkim işləməyə başlayıb. Təşki ‑
latçılıq bacarığı, idarəetmə qabiliyyəti nəzərə alınaraq həmkar ‑
lar ittifaqı sahə sin də
vəzifəyə irəli çəkilib, 1958–1961‑ci illərdə
Azər baycan Sə hiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin
sədri olub. Tibb elmləri namizədi
kimi Azərbaycan Dövlət Tibb
İnstitutu nun da xili xəstəliklər kafedrasında elmi‑pedaqoji fəa ‑
liyyət göstərib, 19 elmi işi çap edilib.
1961‑ci ildə Qurban Əliyev 26 Bakı komissarı Rayon Par ‑
tiya Komitəsinin birinci katibi seçilib, on il bu vəzifədə çalışıb.
177
Dostları ilə paylaş: