tərəqqisi uğrunda mübarizəsi (dördüncü beşillikdə)» mövzu ‑
sun da namizədlik dissertasiyası müdafiə edib. 1958‑ci ildən
1959‑cu ilə qədər Azərbaycan KP MK yanında Partiya Tarixi
İnstitutunda baş elmi işçi işləyib. Hələ Partiya Ta rixi İnstitu ‑
tun da çalışarkən əvəzçilik qaydası ilə 1959‑cu ilin yanva rından
1961‑ci ilin iyununa qədər Bakı Ali Partiya Məktə bin də Sov.İKP
tarixi kafedrasının müdiri vəzifəsində çalışıb. 1961‑ci ildən
1970‑ci ilə kimi Bakı Ali Partiya Məktəbinin rektoru işləyib.
Danil Quliyev 1967‑ci ildə Azərbaycan KP MK‑nın üzvü,
1968‑ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
«Azərbaycan Kommunist Partiyasının tarixi oçerkləri»,
«Azərbaycan tarixi» kitablarının hazırlanmasında yaxından
iştirak edib. 1989‑cu ildə onun redaktorluğu ilə Azərbaycan
SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması tarixinə
dair sənədlər toplusu buraxılıb. Böyük ictimai‑siyasi xadim
Nəriman Nərimanov barədə monoqrafiya yazıb.
Danil Quliyev 1987‑ci ildə tarix elmləri doktoru adına
layiq görülüb.
1970‑ci il avqustun 24‑də Azərbaycanın ali və orta ixtisas
təhsili naziri vəzifəsinə təyin edilib. Bu vəzifədə çalışdığı
1970–1971‑ci illərdə müəyyən səmərəli işlər görüb, 1971–1976‑cı
illərdə Azərbaycan KP MK‑nın ideologiya üzrə katibi işləyib.
1995‑ci ildə təqaüdə çıxan Danil Quliyev ömrünün so ‑
nuna kimi Almaniyada yaşayıb. 2001‑ci ildə dünyasını dəyişib,
Berlində dəfn olunub.
175
Dostları ilə paylaş: