Heydər İsa oğlu İsayev 1936‑cı ildə Naxçıvan
şəhərində
anadan olub.
1954‑cü ildə şəhər 6 nömrəli orta məktəbi bitirib.
1959‑cu ildə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və
Kimya İnstitutunun geoloji‑kəşfiyyat
fakültəsinin məzunu kimi
Əli Bay ramlıya (indiki Şirvan şəhəri) neftçıxarma üzrə operator
göndərilib,
mühəndis, baş mühəndis vəzifələrində işləyib.
1962‑ci ilin dekabrında Azərbaycan Neft və Kimya
İnstitu tu nun problem laboratoriyasında
mühəndis vəzifəsinə
təyin olunub. 1964‑cü ildə institutun əyani aspiranturasına
qəbul edilib. Qısa müddətdə tədqiqatını başa vuraraq nami ‑
zədlik dis sertasiyasını uğurla müdafiə edib (1966). Geologiya‑
minera logiya elmləri namizədi alimlik dərəcəsi alan Heydər
İsayev Moskvada fransız dili
kursunu bitirdikdən sonra
Əlcəzairə mütəxəssis kimi işə göndərilir, buradakı ali mək ‑
təbdə əvvəlcə müəllim kimi çalışır,
sonra geologiya və neft
kafed rasına rəhbərlik edir. 1971‑ci ildə Azərbaycana qayıt ‑
dıqdan sonra Az.NKİ‑nin xarici vətəndaşların təhsili üzrə
fakültəsinin dekanı olub, bir il sonra
prorektor vəzifəsinə təyin
edilib. 20 elmi əsərin müəllifi olan Heydər İsayev rus, fransız
dillərində sərbəst danışırdı.
1977‑ci il aprelin 8‑də Azərbaycan SSR Nazirlər Sove tinin
qərarı ilə Azərbaycan SSR ali və orta
ixtisas təhsili nazirinin
birinci müavini təyin edilib. 1980‑ci ildə bu vəzifədən azad
olunub, yüksək təşkilatçılıq qabiliyyətinə görə bir sıra məsul
vəzifələr ona tapşırılıb. 1980–1983‑cü illərdə 26 Bakı ko missarı
adına Rayon Partiya
Komitəsinin birinci katibi, Azər baycan KP
MK‑nın elm və təhsil şöbəsinin müdiri işləyib.
141
Dostları ilə paylaş: