Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə104/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   100   101   102   103   104   105   106   107   ...   139
On üç sayı. Mifoloji anlamlı olan on üç sayı haqqında da mənbələrdə xəbərlər 

vardır. Misal üçün, monqollar əcdad ruhlarının, torpaq hamisi ruhlarının sayını on üç 

bilmişlər[64]. Əslində  buddizmin bir qolu olaraq formalaşan lamaizmə  qədər Buryat 

horinlərində də on üç sayı xüsusi dəyər daşımışdır. Onların etiqadına görə, cəhətlərin 

(şimal-cənub,  şərq-qərb)  on  üç  sahib  ruhu  (şamanı)  vardır[65].  Başqa  bir  məlumata 

görə, Mərkəzi və Cənubi Amerika sakinləri də on üç sayını müqəddəs bilmiş və onun 

xoşbəxtlik simvolu olmasına inanmışlar. On üç sayını italyanlar da uğurgətirən hesab 

etmişlər[66]. 

On üç sayının qorxulu, bədbəxtlik gətirən, nəhs bilinməsi halları da vardır. Bu 

qənaətin  kökündə  mifoloji  anlayışlar  durur.  Belə  ki,  xristian  dini  miflərinə  görə,  İsa 

peyğəmbərin şagirdləri sırasında qəflətən on üçüncü şagirdin  peyda olub peyğəmbəri 

ələ verməsi (bəzi miflərdə peyğəmbəri elə bu on üçüncü şagird öldürüb) məsələsi on 

üç sayına mənfi münasibət yaratmışdır. Hətta iş o yerə gəlib çıxıb ki, qədim yəhudilər 

on üçü "ölüm sayı" hesab etmişlər. Odur ki, onlar bu "ölüm sayı"nı rəqəmlə yox, "M" 

ilə demiş,  yazmışlar. Qədim  Babilistanda, Misirdə  də  on  üç  sayına hüzn, bədbəxtlik 

başlanğıcı  kimi  baxılmış  və  haqq-hesab  işlərində  bu  saydan  istifadə  etməməyə 

çalışmışlar.  Qərbi  Avropa  ölkələrində  indinin  özündə  də  on  üç  sayı  nəhs  bilinir, 

uğursuzluq simvolu zənn olunur. 




375 

 

Azərbaycanda da əskilərdən üzü bizə sarı və elə indi də bu sayla bağlı "on üç 



nəhsdir" deyimi tez-tez təkrar edilir. Hətta bu düşüncə "On üç nəhsdir, düşər-düşməzi 

olar"  atalar  sözünün  yaranıb  formalaşmasına  da  zəmin  yaratmışlar.  Odur  ki,  bir 

nəsnəni sayanda on ikidən sonra on üçə çatanda o andaca "On üç nəhsdir", yaxud "On 

üç deyil" söyləyib on dörd deyilir. Amma atalar sözü olaraq misal gətirdiyimiz örnəyə 

diqqətlə  baxdıqda  buradakı  "düşər-düşməz"in  birinci  komponentinin,  yəni  "düşər"in 

uğur,  xeyir  mənasında  olduğunu  görürük.  Deməli,  Azərbaycanda  on  üç  sayının 

"düşərli" olması təsəvvürü də vardır. 

On üç sayına mənfi baxışın yaranmasına başlıca səbəb, sözsüz ki, Onikilik say 

sistemi olmuşdur. Vaxtilə yalnız on ikiyə qədər saymağı bilən və çoxluq mənası verən 

bu  sayı  uğur  simvolu  kimi  qəbul  edənlər  birdən-birə  sonrakı  on  üçün  ortaya 

çıxmasından  xoflanmış,  qorxmuşlar.  Odur  ki,  onlar  bu  on  üçü  "şeytan  yığnağı", 

"şeytan əməli" hesab etmişlər. Əslində isə bu say da, olsa-olsa elə sayma vasitəsidir. 

Hətta on üç sayını özləri üçün tale sayı, uğur simvolu bilənlər də az deyil. 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin