5.14 Bu bölmədə təhsil, yoxsulluq və əmək bazarı göstəriciləri arasında əlaqələri nəzərdən
keçiririk. Ev təsərrüfatının müayinəsi sorğusunun məlumatları əsasında aparılan hesablamalar
insan kapitalının, xüsusilə də, ev təsərrüfatı baĢçısının və onun həyat yoldaĢının göstəricilərinin
ev təsərrüfatlarının adambaĢına istehlakına əhəmiyyətli dərəcədə təsir göstərdiyini qeyd edir.
Çoxsaylı amillərin cəlb olunması və əksər faydalı cəhətlərin həyata keçirilməsi üçün müəyyən
vaxtın tələb olunması səbəbindən yoxsulluğun azaldılmasında təhsilin rolunun fərqləndirilməsi
çətindir. Belə olduğu təqdirdə, hazırkı bölmədə təhsil nəticələri ilə yoxsulluq arasında əlaqələr ilə
yanaĢı, təhsilin maddi rifah halına təsir etdiyi kanallardan biri olan fərdlərin əmək bazarındakı
göstəriciləri də qısaca olaraq nəzərdən keçirilir.