Azərbaycan


ƏLAVƏ A: 2001-CĠ ĠL EBM və 2008-CĠ ĠL YSQS-NĠN TƏSVĠRĠ



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə234/252
tarix25.12.2016
ölçüsü3,44 Mb.
#3305
1   ...   230   231   232   233   234   235   236   237   ...   252
ƏLAVƏ A: 2001-CĠ ĠL EBM və 2008-CĠ ĠL YSQS-NĠN TƏSVĠRĠ 
 
A.1. EBM, 2001-ci il 
 
1.
 
2001-ci il EBM həyata keçirilməsinə 2001-ci ilin yanvarında baĢlanmıĢ və institutlarda olmayan 
bütün  əhalini  əhatə  edən  yeni  ev  təsərrüfatları  büdcə  müayinəsidir.  Seçmədə  (rüblər  üzrə  tam  rotasiya 
vasitəsilə  8000  ev  təsərrüfatı  seçilmiĢdir:  hər  rübdə  sorğuda  2000  yeni  ev  təsərrüfatı  iĢtirak  etmiĢdir) 
Ģəhər  və  kəndyerləri  və  iqtisadi  regionlar  üzrə  ilkin  bölgü  vasitəsilə  üç-mərhələli  seçmə  ehtimalından 
istifadə edilmiĢdir. 
 
2.
 
Sorğu  gündəlik  qeydiyyat  vasitəsilə  doldurulan  dörd  sorğu  vərəqəsi  dəstindən  ibarətdir. 
Ġntervyuerlər  ev  təsərrüfatlarını  rübdə  3-4  dəfə  ziyarət  edirlər.  Ġlkin  (tanıĢlıq  üçün)  müsahibə  rübün 
əvvəlində həyata keçirilir və bundan sonra ev təsərrüfatlarından iki həftəlik xərc və istehlak gündəliyini 
tutmaq xahiĢ edilir. Rübün sonunda ev təsərrüfatlarından rüblük gəlirləri və böyük maddələr üzrə xərcləri 
haqqında  müsahibə  götürülür.  Sorğu  vərəqəsində  yoxsulluğun  monetar  ölçülərini  yaratmaq  üçün  lazım 
olan  məlumatlar  toplanır.  Burada  həmçinin  əsas  vəsaitlər  və  digər  yaĢayıĢ  səviyyəsi  göstəriciləri,  o 
cümlədən: məĢğulluq, mənzil Ģəraiti, torpaq, əsas xidmətlər, səhiyyə, təhsil, maliyyə əməliyyatları, kənd 
təsərrüfatı istehsalı və antropometrik göstəricilər üzrə məlumatlar toplanır. 
 
3.
 
Azərbaycan  ev  təsərrüfatları  büdcə  müayinəsinin  (AEBM)  gücü  cari  istehlakı,  yəni  ev 
təsərrüfatlarının  aldığı  Ģeyləri  və  Ģəxsi  istehlakını  aylar  üzrə  ölçməsidir.  Cari  istehlak  dedikdə  ev 
təsərrüfatının üzvləri tərəfindən müvafiq ayda istehlak edilən ərzaq və qeyri-ərzaq malları və xidmətlərin 
dəyəri  baĢa  düĢülür.  Azərbaycan  EBM-i  ev  təsərrüfatlarının  illik  istehlakını  kifayət  qədər  dəqiqliklə 
müəyyən etməyə imkan vermir. Azərbaycan EBM-i illik istehlakın deyil, aylıq istehlakın qeydə alınması 
ilə  YaĢayıĢ  Standartlarının  Qiymətləndirilməsi  Sorğusundan  (YSQS)  fərqlənir  ki,  bölgü  üzrə 
müqayisələrin etibarlılığını azaldır. Müayinənin xatırlama üçün olan dövrü tez-tez təkrarlanmayan alıĢlar 
və ya mövsümi malların illik istehlakını əhatə etmək baxımından kifayət qədər çevik deyildir. DSK 2001-
ci il EBM-i üçün xatırlama dövrü və gündəliyi praqmatik əsaslarla seçmiĢdir: maraq kəsb edən əsas suala 
cavab  vermək  üçün  sorğu  aparmaq  və  maliyyə  davamlılığını  təmin  etmək.  Gündəlikdən  istifadə  yaxĢı 
seçim  olmaqla,  xatırlama  xətasını  minimuma  endirmiĢdir.  Seçmənin  azalmasını  minimuma  endirmək 
üçün gündəliyin saxlanması dövrü bunu ―dəstəkləyən‖ səviyyələrə uyğunlaĢdırılmalıdır (iki həftə; böyük 
əĢyalar üçün üç ay). 
 
4.
 
Sorğuda böyük yaĢda əhali üçün əmək bazarındakı vəziyyət haqqında məlumatlar, eləcə də əmək 
haqları  və  maaĢlar  haqqında  məlumatlar  toplanır.  Lakin  əmək  haqqı  barədə  məlumatların  etibarlılığı 
formal  və  qeyri-formal  sektorlar  arasında  fərqlənir.  Formal  sektorda  əmək  haqları  sorğuda  yaxĢı  əhatə 
olunmuĢdur.  Bunun  əksinə  olaraq,  özünüməĢğul  Ģəxslərin  əldə  etdikləri  qazanc  qiymətləndirilə  bilmir, 
çünki gəlirlər və xərclər üzrə məlumatların kasadlığı və onların mövsümiliyi buna imkan vermiĢ. 2001-ci 
il  EBM-də  nağd  və  ya  natural  formada  sosial  transferlərin  alınması,  yaxud  köçürmələr  haqda  ətraflı 
məlumatlar toplanır ki, bu da onu faydalılıq təhlilləri üçün əvəzsiz edir. Sorğuda ev təsərrüfatının hər bir 
üzvü  tərəfindən  alınan  sosial  transferlərin  (nağd  müavinətlər),  yaxud  ailə  tərəfindən  alınan  (imtiyazlar) 
sayı və məbləği, eləcə də səhiyyə və təhsil kimi natural formada verilən əsas müavinətlərin həcmi qeydə 
alınır.  
 
 

Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin