Bu bölmədə 2000-ci illər ərzində Azərbaycanda rifahın yaxĢılaĢmasına dair dəqiq
təsəvvürün yaradılması məqsədilə yoxsulluğun dinamikası nəzərdən keçirilir. 2001-ci il və 2008-
ci il ölkə üzrə iki reprezentativ sorğunun məlumatlarına əsaslanan və onların müqayisəliliyini
təmin edən bu fəsildə yoxsulluq meylləri və həyat səviyyəsinin digər göstəricilərinin 2000-ci illər
üzrə qiymətləndirilməsi verilmiĢdir. Ev təsərrüfatının və ya Ģəxsin öz hazırki əsas ehtiyaclarını
qarĢılamaq üçün kifayət qədər vəsait, yaxud bacarıqlara malik olub-olmamasının
qiymətləndirilməsi üçün rifah halının həm monetar, həm də qeyri-monetar göstəricilərindən
istifadə edilmiĢdir. Ev təsərrüfatlarının istehlak xərcləri və müvafiq yoxsulluq həddi, yəni yaĢayıĢ
üçün ictimaiyyət tərəfindən qəbul edilə bilən minimum səviyyəni əks etdirən istehlak miqdarı
monetar yoxsulluğun ölçülməsi üçün istifadə edilmiĢdir (yoxsulluğun konsepsiyası və
metodologiyası üçün baxın: HaĢiyə 1.1 və Əlavə C). YaĢayıĢ vəziyyətinin bir sıra aspektləri və
onların ölçülməsi üzrə ətraflı məlumatlar və müzakirələr növbəti fəsillər və əlavələrdə əks
etdirilmiĢdir.
2.2.
2001-ci il EBM və 2008-ci il YSQS məlumatlarının müqayisəliliyini təmin etmək üçün
biz Elbers, Lancov və Lancov (2003-cü il) tərəfindən iĢlənib-hazırlanmıĢ kiçik ərazi
qiymətləndirməsi (KƏQ) metodundan istifadə edərək, 2001-ci il EBM-indən istehlak anlayıĢını
2008-ci il YSQS-yə daxil etmiĢik (ətraflı məlumat üçün Əlavə A-ya baxın). Biz həmçinin
bütövlükdə əhali və ayrı-ayrı alt qruplar üzrə yoxsulluğun qiymətləndirilməsi baxımından
müĢahidə olunan fərqlərin statistik cəhətdən əhəmiyyətli olub-olmadığını yoxlamıĢıq. Yoxsulluq
sahəsində qeydə alınan dəyiĢikliklərin yoxsulluğun dinamikası haqqında müfəssəl nəticələrin
çıxarılması üçün kifayət edib-etmədiyinin müəyyən edilməsi əhəmiyyət kəsb edir. Bunun bir yolu
müəyyən dövrlər üzrə yoxsulluqda yaranan fərqlərin statistik baxımdan ənənəvi əhəmiyyətlilik
səviyyəsini keçib-keçmədiyinin və bunun sadəcə seçmə xətası və sorğu alətlərindəki fərqlər ilə
izah olunmamağının yoxlanılmasıdır.