31
2.10
Yoxsulluğun dərinliyində və kəskinliyində qeydə alınan sürətli azalma
Azərbaycanda yoxsulluğun getdikcə daha çox dayazlaĢmasından xəbər verir. Yoxsulluğun
dərinliyi yoxsulların yoxsulluq həddindən orta hesabla nə qədər aĢağıda yerləĢdiyini
qiymətləndirir
. Bu göstərici aĢağı olduqda
yoxsullar yoxsulluq həddinə daha yaxın olur,
yoxsulluq istehlakda baĢ verən dəyiĢikliklərə daha həssas olur və yoxsulluğu aradan qaldırmaq
nisbətən asan olur. Yuxarı yoxsulluq həddinə əsaslanmaqla yoxsulluq həddi 2001-2008-ci illər
arasında təqribən dörd dəfə azalmıĢdır (Diaqram 2-4). Yoxsulluğun kəskinliyi (yoxsulluğun
dərinliyinin kvadrat forması) təkcə yoxsulların yoxsulluq həddindən nə qədər məsafədə
yerləĢməsini deyil, eyni zamanda, yoxsullar arasında bərabərsizlik səviyyəsini qiymətləndirir. Bu
göstərici daha kəskin Ģəkildə aĢağı düĢmüĢdür. 2001-ci ildə kənd və Ģəhər əraziləri üzrə müəyyən
fərqlər mövcud olduğu halda, Ģəhər yerlərində yoxsulluğun dərinliyinin və kəskinliyinin kəskin
azalması burada yaĢayan insanlar arasında müvafiq qiymətləndirmə baxımından dərinliyin
azalmasına imkan vermiĢdir. Ona görə də, Azərbaycanda yoxsul əhali coğrafi mövqeyindən asılı
olmayaraq daha yeknəsəq bir qrupa çevrilmiĢ, yoxsulluğun dərinliyi və kəskinliyinin azalması
yoxsulluq səviyyəsinin azalması ilə müqayisədə daha yüksək olmuĢdur.
Dostları ilə paylaş: